Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1161/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi və pul” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı "mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin təsdiqi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3905/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Mehtiyeva (Bayramova) Esmira Bilal qızı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş,tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşlar.
2. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-1434/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikahın pozulması qət edilmişdir.
3. İddiaçı ilə X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞP/9/2023- 02001 saylı xx.xx.2023- cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər nikahın pozulmasından sonra uşaqların kimin yanında saxlanması və aliment məsələsində razılığa gəlmişlər.
4. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-2066/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞP/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3 bəndlərinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Esmiranın himayəsinə verilməsi, İddiaçı uşaqların saxlanması üçün işlədiyi zaman aliment ödəməməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 1.4-cü bəndinin icrası üçün təsdiq olunmasına, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğin Cavabdeh ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizədə qeyd olunmuşdur ki, Esmira ilə Azərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Esmiranın himayəsinə verilməsi, 1.3-cü bəndi ilə birgə nigahdan dünyaya gəlmiş uşaqların saxlanılması üçün Esmiraya alimenti işlədiyi zaman ödəməyi razılaşdırılmışdır. Barışıq sazişinin 1.4-ci bəndi ilə razılaşdırılmışdır ki, Azər Esmira ilə birgə nikahdan dünyaya gəlmiş övladları ilə, onların gündəlik rejimini pozmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, istənilən gün və istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Barışıq sazişi Azər və Esmira arasında xx.xx.2023-cü il tarixdə bağlansa da, uşaqlar 3 iyul 2024cü il tarixdək Azər ilə birlikdə, Azərin Esmira ilə münasibətləri pozulandan sonra Esmiradan ayrı yaşadığı ünvan 1 ünvanında, yaşayıblar. Lakin 3 iyul 2024-cü il tarixdə Esmira uşaqları həmin ünvandan aparmışdır və həmin tarxdən başlayaraq uşaqları Azərə göstərməkdən imtina etmiş, barışıq sazişini ləğv etdirəcəyini bildirmişdir. Esmira ilə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 5ci bəndinin tələbinə görə əgər sazişdə ayrı qayda nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişdə ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra edilməlidir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3905/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 1.4-cü bəndinin icrası üçün təsdiq olunması, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğin Cavabdeh ərizəçi İddiaçı xeyrinə tutulması qət edilmişdir. (hakim X2)
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəçi İddiaçı uşaqlara göstərdiyi faktiki münasibətləri, barışıq sazişin 1.4-cü bəndi ilə bağlı yaranan mübahisənin səbəblərini araşdırmadan, sadəcə təsviri hissəsində sənədləri sadalamaqla formal yanaşma ilə ərizəni təmin etmişdir. Faktiki hallar ondan ibarətdir ki, ərizəçi İddiaçı mənə və uşaqlara qarşı özünü daimi və mütamadi olaraq qeyri-adekvat aparıb bizə qarşı aqressiv münasibət göstərir, mən və azyaşlı uşaqları İddiaçı yanında daimi güclü stress içində yaşayır. Bakı şəhəri 9 saylı Mediasyia təşkilatında bağlanmış 04 oktyabr 2023-cü il tarixli Barışıq sazişi də cavabdeh İddiaçı qeyri-adekvat və aqressiv münasibətlərində hər hansı müsbət dönüş yaratmayıb. Azyaşlı uşaqlar cavabdehdən ayrı - bir ana olaraq mənimlə birlikdə yaşamağa başlayandan sonra psixoloji durumları normallaşmağa başlayıb, lakin onlar stress vəziyyətdən hələ tam çıxmayıblar. Xüsusilə nəzərə almaq lazımdır ki, İddiaçı onu və azyaşlı uşaqları dəfələrlə döyüb onlara müxtəlif bədən xəsarətləri yetirmişdir. Hazırda da onları təqib edir, öz məqsədlərinə nail olmaq üçün polis qurumlarında və məhkəmələrdə yalan danışmaqdan və böhtan atmaqdan belə çəkinmir. Ərizəçi İddiaçı nəinki onun üçün, hətta azyaşlı övladları X4, X5 və X6 üçün təhlükə yaradır və azyaşlı uşaqların mənafelərinin qorunması üçün ərizəçi İddiaçı təcrid olunmaqları şərtdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz erilməmişdir. ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına iştirak etməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Maraqlı şəxs tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
17. Mülki Məcəlləyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər (maddə 355-23.1).
18. Göründüyü kimi, mülki qanunvericilik mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Ərizəçi də məhz bu hüququndan istifadə edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
19. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ilə X3 arasında mediasiya prosesi nəticəsində MŞP/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 1.4-ci bəndi ilə razılaşdırılmışdır ki, Azər Esmira ilə birgə nikahdan dünyaya gəlmiş övladları ilə, onların gündəlik rejimini pozmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, istənilən gün və istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Tərəflər arasında müvafiq saziş olmasına və Cavabdeh həmin sazişdə göstərilən şərtlərlə razılaşmasına baxmayaraq, həmin şərtlər üçün lazımi vəziyyət təmin edilməmiş və sazişin şərtlərinə əməl edilməmişdir. Bu hal həmin sazişin məhz həmin hissəsinin təsdiq edilməsini şərtləndirir.
20. MPM-in 355-26-cı maddəsində barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün aşağıdakı halların mövcudluğu tələb olunur: barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması; barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması.
21. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə barışıq sazişinin mübahisələndirilən hissədə təsdiqinə mane olan hər hansı hal müəyyən edilməmişdir. Tərəflər barışıq sazişini könüllü, kənar təsir olmadan özləri bağlamış və iradələrini ifadə etmişlər. Tərəflər boşanma prosesində uşağın təhsil haqqının ödənilməsi ilə bağlı qarşılqlı razılığa gələ bilərlər və belə bir razılıq qanuna zidd deyil. Eləcə də, belə bir razılaşma üçüncü şəxslərin marağına toxunmur.
22. Eyni zamanda kollegiya qeyd edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il № 15 nömrəli Qərarı ilə dəyişiklik edilmiş redaksiyada) 3.2-ci bəndində qeyd edilmişdir ki, bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”.
23. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmasına dair səbəblər qanunvericilikdə sadalanmışdır. Hazırkı vəziyyətdə isə barışıq sazişinin 1.4-cü bəndinin təsdiq edilməməsinə əsas verəcək hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, uşaqla ünsiyyət vaxtının dəqiq müəyyən edilməməsi, eləcə də apellyaisya şikayətində qeyd edildiyi kimi, uşağın hər hansı manafeyinə toxunan hal olduğu halda məsələnin həlli plenum qərarında göstərilən qaydada, yəni icra üsulunun və qaydasının dəyişdirilməsinə dair birinci instansiya məhkəməsinə ərizənin verilməsi yolu ilə edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, hazırki sazişin qeyd edilən bəndinin təsdiq edilməməsi üçün əsaslar yoxdur.
24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur və apellyasiya şikayətinin dəlili qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Maraqlı şəxs X3 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3905/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.