Məhkəmə qərarları › İş №2(103)-11611/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11611/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11611/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Məmmədova (sədirlik edən və məruzəçi), Fuad Şəmsəddin oğlu Talışınski və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(006)-2665/21 saylı qətnaməsindən Azərbaycan Dövlət Sığota Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkətindən İddiaçı xeyrinə 944 manat sığorta məbləğində pul və 30 manat dövlət rüsumu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(006)-2665/21 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-3163/21 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkəti şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.(Məktub 26.11.2021ci il tarixdə məhkəmənin dəftərxanasına daxil olmuşdur.) Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 384 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(006)-11611/21 saylı qətnaməsindən cavabdeh Azərbaycan Dövlət Sığota Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar