Məhkəmə qərarları › İş №2(103)-11672/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11672/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11672/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Bank of Baku" ASC ilə İddiaçı1 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, M2-H01114 saylı və İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli H01114 nömrəli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən bank İddiaçı1 100000 manat məbləğində kredit limiti xətti açılmışdır. Həmin müqavilə əsasında 10.06.2015-ci il tarixdə cavabdehlə 13 fevral 2014-cü il tarixli H01114 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində H072KK15-1101114 saylı kredit sazişi" imzalanmış və ona 36 ay müddətinə, illik faiz dərəcəsi 2.2% olmaqla 65.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında 09.05.2015-ci il tarixli, M2-H01114 saylı ipoteka müqaviləsi bağlanmış, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi. 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin həmin müqavilənin təminatı kimi Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı2 arasında 13.02.2014-cü il tarixli, M1-H01114 saylı ipoteka müqaviləsi bağlanmış Məcidov Civin Sənham oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qətnaməsinə ilə iddia qismən təmin edilməsi, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı1 56.818.79 ABŞ dolları əsas, ABŞ dolları faiz borcu, 327,16 manat cərimə borcu, cəmi 70.062,66 ABŞ dolları manat borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumu, Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinə və İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mən/ilinə yönəldilməsi, cavabdeh İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 70.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat, cavabdeh İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 45000 manat dəyərində qiymətləndirilməklə açıq hərracdan satılması, mənzillərin satışından əldə olunmuş pul vəsaitinin İddiaçı1 "Bank of Baku” ASCyə olan borcunun qaytarılmasına yönəldilməsi və borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin İddiaçı1 qaytarılması, Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilin satıldıqdan bir ay sonra İddiaçı1, Alyarov Elşən Əziz oğlunun, Əliyeva Ziyafət Təhməz qızının, Alyarova Bahar Akif qızının, Əlyarov Əziz Astan oğlunun, Kazımova Nərgiz Surxay qızının Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən, 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzildən və Sumqayıt şəhəri, 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilin İddiaçı2 Sanqam oğlunun Sumqayıt şəhəri. 13-cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 savlı mənzildən çıxarılmaları və hər iki mənzilin boşaldılaraq "Bank of Baku” ASC-yə təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2078/2018 saylı, 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13cü mkr-n ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 51000 manat müəyyən edilmişdir. İddiaçı1 məxsus Sumqayıt şəhəri, 18-ci mkr-n ünvanında yerləşən 31 saylı evin 3 otaqlı 76.1 kv.m ümumi, 50.3 kv.m yaşayış, 25.8 kv.m yardımçı sahədən ibarət 65 saylı mənzilinin ilkin satış qiyməti 59000 manat müəyyən edilmişdir. İddiaçı2 Sanqam oğluna məxsus Sumqayıt şəhəri, 13-cü mkr. ünvanında yerləşən, 1 saylı evin 2 otaqlı 50.94 kv.m ümumi, 30.05 kv.m yaşayış sahəsindən ibarət 8 saylı mənzilinin ilkin satış qiyməti 51000 manat müəyyən edilmişdir. Lakin həmin yaşayış binalarının qiyməti dəyərindən aşağı qiymətləndirilmişdir. Həmçinin, iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Bank of Baku” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formada və qaydada verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400, 402, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2381/2021 saylı iş üzrə 01 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar