Məhkəmə qərarları › İş №2(103)-1168/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1168/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1168/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X23 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2023 nömrəli, 16 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının cavabdeh İddiaçı olduğunun müəyyən edilməsi, qətnamənin xx.xx.2006-cı il təvəllüdlü X3 doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsas olması, xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir.

2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6331/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə Cavabdeh2 iddia tələbi qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində aliment tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 914/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh İddiaçı vermiş olduğu kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddəti ötürüldüyündən kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6331/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 7068/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

3. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4878/2021 nömrəli qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə X17 iddiasının təmin edilməsi, cavabdeh İddiaçı, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X12, xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2013-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçı X19 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4878/2021 nömrəli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7375/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İş materiallarında olan Elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı “X28 İnternational LLC” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində mühəndis vəzifəsində çalışır və onun əmək haqqı 3920,08 manat təşkil edir..

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər X23 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 914/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay qazancının 1/10 hissəsində alimentin tutularaq Cavabdeh2 ödənilməsi haqqında və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixindən hesablanmaqla ondan hər ay hər uşağa görə qazancının 1/10 hissəsində, cəmi üç uşağa görə qazancının 3/10 hissəsində alimentin tutularaq X19 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 aliment tutulması tələbi ilə ona qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2007-ci il təvəllüdlü övladları X1 üçün ondan hər ay qazancının dörddə biri hissəsi qədər alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, xx.xx.2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq ondan hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsində alimentin tutulması haqqında qətnamə qəbul edilmişdir. O, qətnamədən narazı qaldığı üçün həmin qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7068/2020 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti versə də, şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi əsas gətirilərək xx.xx.2021-ci il tarixli qərarla şikayəti təmin edilməmişdir. X23 ona qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərin yarısı miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə ondan xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin tutulması haqqında qətnamə qəbul edilmişdir. O, qətnamədən narazı qaldığı üçün qətnaməni apellyasiya və kassasiya instansiya məhkəmələrində mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 7375/2020 saylı və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarları qəbul edilərək şikayətləri təmin edilməmişdir. X6 “atalığın müəyyən edilməsi və s.” tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2006-cı il təvəllüdlü X3 atası olması faktının müəyyən olunması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay gəlirlərinin 1/4 hissəsi miqdarında ailmentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3622/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atasının İddiaçı olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay qazancımın (başqa gəlirlərimin) 1/10 (onda bir) hissəsi miqdarında alimentin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bir müddət öncə cavabdehlərə tərəfindən aşağıdakı məzmunlarla mediasiya qaydasında təkliflər edilmişdir: X23 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013cü il təvəllüdlü X2 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, hər uşağa görə qazancının 1/10 hissəsi miqdarında olmaqla üç uşağa görə alimentin məbləğinin cəmi olaraq qazancının 3/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini X19 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdeh2 ilə olan ailə münsibətlərindən dünyaya gələn xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, bir uşağa görə qazancının 1/10 hissəsi miqdarında müəyyən edilməsi barədə razılığa gəlinməsini Cavabdeh2 xx.xx.2022-ci il tarixli məktubla təklif etsə də, onun tərəfindən təklifinə cavab verilməmişdir. Cavabdehlər tərəfindən təklifinə cavab verilməməsindən sonra Mediasiya Şurasına müraciət edib tələblərinin icrasında köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixində 5 saylı Mediasiya Təşkilatında iclas keçirilərək, MŞB/5-01209 saylı məktubla ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, onun cavabdehlərlə qurduğu ailə həyatından ümumilikdə 5 uşağı vardır. Cavabdeh2 və X23 məhkəməyə müraciət edərkən digər nikahdan övladlarının olmasına əhəmiyyət verməyərək, hər biri uşağının sayına görə də aliment tutulması haqqında qətnamələrin qəbul edilməsinə nail olmuşlar. Qətnamələrdən narazı qaldığı üçün yuxarı instansiya məhkəmələrinə şikayət verərək qətnamələrin ləğv edilməsini, aylıq sabit olaraq tutulan alimentin miqdarının hər uşaq üçün əmək haqqının 1/10 hissəsi miqdarında ödəmək iqtidarında olduğunu bildirsə də, bu və digər hallar yuxarı instansiya məhkəmələrində icraat aparılarkən (işin əvvəlki instansiya məhkəmələrində baxılan zaman digər uşaqların mövcud olması ilə bağlı müvafiq sənədlərin tərəfindən təqdim edilməməsinə görə) həmçinin də cavabdehlərə etdiyi təkliflər də nəzərə alınmamışdır. Belə olan halda da, o, aldığı əmək haqqının 85 faizini (Mürşüdlü Ləman 50 faiz, Cavabdeh2 25 faiz, İsgəndərova Ülkər 10 faiz) alimentlərə ödəyir. Bu da onun maddi vəziyyətini çətinləşdirməklə dolanışığını mümkünsüz edərək hüquqlarını kobud şəkildə pozur. Hazırda hesab edir ki, ondan tutulmalı olan aliment məbləğlərinin tərəflərə münasibətdə hər uşağa görə gəlirlərinin 10 hissəsi miqdarına azaldılmasına dair qətnamə qəbul edilməlidir. O, övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və aldığı əmək haqqının 10 faizi onların hər birinin normal maddi təminatının ödənilməsinə kifayət edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq uşağın saxlanılması vəzifəsinin hər iki valideynin borcu olduğunu və Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən üç və daha artıq uşağa görə tutulmalı olan alimentin maksimal məbləğinin qazancın yarısı hissəsi miqdarında olmalı olmasını əsas götürərək mövcud iddianı əsaslı və qanuni hesab edib məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsinə (hakim: Mədinə Bağırova) əsasən, iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2, 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı aldığı əmək haqqının rəsmi olaraq 85 faizini (Mürşüdlü Ləman 50 faiz, Cavabdeh2 25 faiz, İsgəndərova Ülkər 10 faiz) faktiki olaraq isə 70 faizini alimentlərə ödəyir. Bu da onun maddi vəziyyətini çətinləşdirməklə dolanışığını mümkünsüz edərək hüquqları kobud şəkildə pozulur. Hazırda iddiaçıdan tutulmalı olan aliment məbləğlərinin tərəflərə münasibətdə hər uşağa görə gəlirlərinin 1/10 hissəsi miqdarına azaldılmasına dair qətnamə qəbul edilməlidir. Çünki qanun belə deyir və belə bir tələb qoymuşdur. Lakin məhkəmə qanunun tələblərini bir kənara qoyaraq şəxsi mülahizələrə söykənən, konkretlik olmayan, ümümi əsaslandırılmış qətnamə ilə iddiaçının iddiasının əsassız olması qənaətinə gəlir. İddiaçı övladlarının saxlanılması üçün alimenti ödəməkdən boyun qaçırmır və aldığı əmək haqqının 10 faizi onların hər birinin normal maddi təminatının ödənilməsinə kifayətdir. Hazırki halda isə iddiaçının 5 övladının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə qazancının 1/10 hissəsində müəyyən ediləcək alimentin miqdarı açıq-aşkar uşaqların mənafeyinə uyğundur. Belə ki, iş materiallarında olan əmək haqqının məbləğini 10-a böldükdə 392 manat pul alınır ki, bu məbləğ də 2024cü il üçün nəzərdə tutulmuş yaşayış minimumundan 157 manat çox ödəniş deməkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

14. 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

15. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin

16. 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə valideynlərindən qazancın və (və ya) başqa gəlirlərinin yarısı miqdarda aliment tutulur.

20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiyanın

21. 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün.

22. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun

23. 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

24. 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

25. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.... 8.6-cı bəndinə əsasən daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

28. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir....Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir.

30. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

31. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

32. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

42. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının nikahdan kənar münasibətlərindən bir övladı - xx.xx.2007-ci il təvəllüdlü X21 vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-914/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 İslam qızının xeyrinə İddiaçı hər aylıq qazancının ¼ hissəsi miqdarında X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulması qət edilmişdir. Bundan başqa cavabdehin rəsmi nikah münasibətlərindən üç övladı xx.xx.2005-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2013-ci il təvəllüdlü X22 vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1437/2020 nömrəli, 29.307.2020-ci il tarixli qətnaməsinə əsasən X17 xeyrinə İddiaçı hər aylıq qazancının 1/2 hissəsi miqdarında uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün aliment tutulması qət edilmişdir. Həmçinin iddiaçının nikahdan kənar münasibətlərindən bir övladı xx.xx.2006-cı il təvəllüdlü X7 vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla, İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir.

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.3-cü, 75.1-ci, 75.2-ci və 75.4cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

44. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

45. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olduğundan ondan tutulan alimentin miqdarı maddi vəziyyətinə uyğun olaraq uşaqların mənafeyinə zərər verməyəcək şəkildə azaldıla bilər. Belə ki, qanunvericiliyin tələbinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Hazırkı halda iddiaçıdan 5 uşağa görə cəmi əmək haqqısı və başqa gəlirlərinin ½ hissəsi miqdarında aliment tutula bilər.

47. İddiaçının hazırkı iddia tələbi üzrə cavabdehlərdən nikah münasibətlərindən dörd uşağı olduğundan, həmçinin iddiaçının digər nikah münasibətindən olan xx.xx.2006cı il təvəllüdlü X7 üçün artıq qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3622/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaq yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan hər ay qazancının (başqa gəlirlərinin) 1/10 (onda bir) hissəsi miqdarında aliment tutulması qət edildiyindən, eyni zamanda qanunvericilikdə uşaqların birinin digərlərinə münasibətdə hər hansı üstünlük verilmədən, hər birinə bərəbarə hüquqlar təsbit olunduğundan alimentin miqdarı iddiaçının aylıq qazancından beş uşağa görə tutula biləcək ümumi aliment məbləğinin ½ hissəsi miqdarında, yəni xx.xx.2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/10 hissəsində, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün isə hər ay qazancının (başqa gəlirlərinin) 3/10 hissəsində müəyyən edilməlidir.

48. Alimentin tutulması tarixinin nə vaxtdan hesablanmasına münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbindən hazırkı aliment məbləğinin xx.xx.2020-ci il tarixdən tutulmasını xahiş etsə də həmin hissədə iddia tələbi qismən təmin edilməli, aliment məbləği iddia tələbində göstərilən tarixdən deyil, iddiaçının məhkəməyə müraciət tarixindən, yəni xx.xx.2023-cü il tarixindən hesablanmalıdır.

49. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməməlidir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehlər dövlət rüsumunun ödənilməsindən azadolunan şəxslər olduğundan iddiaçı tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1952/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-914/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay qazancının 1/10 hissəsində aliment tutularaq Cavabdeh2 və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1437/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən hesablanmaqla İddiaçı hər ay hər uşağa görə qazancının 1/10 hissəsində, cəmi üç uşağa görə qazancının 3/10 hissəsində aliment tutularaq X19 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar