Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1171/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “əmlakların çıxarılması tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2023-cü il tarixli 2(009)-1484/2023 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 2 (iki) ədəd kresli, 1 (bir) ədəd çarpayı, 1(bir) ədə stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün masa ünvan 1 ünvandan çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 noyabr 2023-cü il tarixli 2(009)-1484/2023 nömrəli qətnamədə olan yanlışlığın düzəldilməsi haqqında qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2023 saylı, xx.xx.2023-cü il qətnaməsinin qət etdi hissəsində yol verilən yanlışlıq “Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 2 (iki) ədəd kresli, 1 (bir) ədəd çarpayı, 1(bir) ədəd stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün masa ünvan 3 ünvandan çıxarılsın.” düzəldilərək “Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 2 (iki) ədəd kresli, 1 (bir) ədəd çarpayı, 1(bir) ədə stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün masa ünvan 4 ünvandan çıxarılsın.” kimi oxunması qərara alınmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin nümayəndəsi-vəkili etiraz ünvanlayaraq göstərmişdir ki, apellyasiya şikayəti nəzərdə tutulan müddət ötürüldükdən sona verilmişdir. Belə ki, qətnamə elektron kabinetə 16 noyabr 2023-cü il tarixdə yüklənmiş, iddiaçı isə 19 dekabr tarixində apellyasiya şikayəti vermişdir. Halbuki 1 aylıq şikayət vermə müddətinin axımı xx.xx.2023ci il tarixdə başlamış və xx.xx.2023-cü ildə bitmişdir (xx.xx.2023-cü il tarixi qeyri iş günü olduğu üçün). Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf göstərmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür, bu hal isə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsasdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan müəyyən edilir ki, qətnamə 16 noyabr 2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti qanunda nəzərdə tutulduğundan gec, yəni 19 dekabr 2023cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamə əldə edilmişdir, ona görə də prosessual müddətin axımı da həmin vaxtdan başlamışdır. Odur ki, apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı qətnamədən apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1484/2023 nömrəli 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(103)-8034/2023 nömrəli qərardadı ləğv olunsun, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1171/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1171/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver