Məhkəmə qərarları › İş №2(103)-1172/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1172/2025

07.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1172/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 10 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment və azırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq 10 iyun 2015-ci il təvəllüdlü X1 müalicə xərclərinə görə hər ay 200 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiyaya dair və 10 manat kargüzarlıq xərci lmaqla cəmi 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, tərəfindən xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 saylı qərardaddan verilən şikayətin geri qaytarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 3058/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının vermiş olduğu şikayət geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş və müddətin buraxılması səbəbinin üzürlü hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə müddətin buraxılması səbəbinin üzürlü hesab edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 nömrəli xx.xx.2024–cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin e-2(011)-3058/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, lakin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5770/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2(011)- 3058/2024 saylı işi üzrə xx.xx.2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılmış və Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil Xətai Rayon Məhkəməsinin e-2(011)-3058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. İddiaçının Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin və şikayətə iddiaçı tərəfindən verilmiş etirazın dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki işdən görünür ki, qətnamə elektron sistemə xx.xx.2024-cü il tarixdə, yerləşdirilmişdir. cavabdehə çatdırılması üçün məhkəmə bildirişləri və qətnamə ünvan 1 ünvanına göndərilmişdir. Poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, qətnamə xx.xx.2024-cü il tarixdə Cavabdeh oğlu tərəfindən imzalanmaqla götürülmüşdür. Cavabdeh tərəfindən birinci dəfə qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Apellyasiya şikayətində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində yenidən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi, cavabdeh ilkin olaraq məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra bir ay müddətində apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh ilkin olaraq apellyasiya şikayətini qanunvericlikdə nəzərdə tutulmuş müddətdə, yəni 1 ay müddətində verdiyindən və cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etdiyindən rayon məhkəməsi müddətin ötürülməsinin üzürlü hesab edilərək, hazırkı ərizəni təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan, Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardadı qanuni və əsaslı olduğundan rayon məhkəməsi iddiaçının həmin qərardaddan verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının şikayətini təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-3058/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar