Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11745/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6020/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6020/2021 saylı, 25 avqust 2021ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" KB ASC-yə və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişin etibarsız hesab edilməsi tələbinə dair mülki işin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 vəsatəti təmin edilməmişdir. Cavabdeh1 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Maştağa yolu, 3-cü məhəllə, ev 2 ünvaında yaşadığı göstərilsə də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivində həyət evində yaşayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6020/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisəsinin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, Cavabdeh1 rəsmi qeydə alındığı və yaşayış yeri ünvan 1-dir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Bağlar massivində həyət evində yaşaması həqiqi olsa belə bu hal şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Çünki, işdə olan sənədlərə əsasən onun rəsmi qeydə alındığı və yaşayış yeri ünvan 1 ünvanıdır. Əgər Cavabdeh1 qeydə alındığı ünvanda yaşamırsa yaxud yaşamaq istəmirsə, onda yaşadığı ünvanda qeydə alınmaq vəzifəsini icra etməlidir. Əks halda istənilən şəxs məhkəmə mübahisələri zamanı bu və ya digər yerdə faktiki yaşadığını bəyan etməklə ərazi aidiyyəti qaydalarının pozulmasına səbəb ola biləcək vəsatət verməklə buna nail olmağa cəhd edər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6020/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11745/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11745/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver