Məhkəmə qərarları › İş №2(103)-1176/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1176/2020

24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1176/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakimin köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi vəkil X4 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat məbləğində vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5030 manat alınaraq, iddiaçı "xxxxxxxxxxxx” ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Baş Dövlət X11 Xİ tağımının inspektoru tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx xxxxxx 2018-ci il tarixdə saat 21:15-də "VAZ- 21099” markalı ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 Ələt- Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 199-cu km-də idarəetmə hüququ olmadan idarə etdiyi ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-2109” markalı avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxarkən yolayrıcını keçmə qaydasını pozaraq, ** BD *** dövlət qeydiyyat nişanlı "Liaz 100 421 yük” markalı avtomobillə toqquşmuş, zərərçəkmiş şəxs X5 maddi zərər yetirmişdir (səh.10); AA Seriyalı 517824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ- 21099” markalı avtomobilin sahibi Cavabdeh1dur (səh.14); ƏN-İİİ Seriyalı 445871 nömrəli etibarnamənin surətinə əsasən, Cavabdeh1 sürücülük hüququ olduqda idarə etmək və digər səlahiyyətlərlə ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-2109” markalı avtomobili xx xxxxxx 2059-cu il tarixədək müddət üçün Cavabdeh2 vermişdir (səh.14); qüsur aktına əsasən, ** BD *** dövlət qeydiyyat nişanlı “Liaz 100 421 yük” markalı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin dəyəri 8880,0 manat təşkil edir (səh.12); Sığortaçı "xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş icbari sığorta müqaviləsinə dair məlumata əsasən, sığortalı ** EZ *** dövlət qeydiyyat nişanlı “VAZ-2109” markalı avtomobillə əmlaka vurulan zərərə görə 5000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur (səh.8); xx xxxxxx 2018-ci il tarixli PXA39705 nömrəli sığorta aktının surətinə əsasən, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək sığortalanmış ** EZ *** dövlət qeydiyyat nişanlı “VAZ-2109” markalı avtomobil xx xxxxxx 2018-ci il tarixdə Ələt-Astara yolunun 199-cu km-də ** BD *** dövlət qeydiyyat nişanlı “Liaz 100 421 yük” markalı avtomobillə toqquşmuşdur. Zərərin məbləği 8880 manat, sığorta ödənişinin məbləğinin 5000 manat olması müəyyən edilmişdir (səh.9); 203 nömrəli ödəniş tapşırığına əsasən, “xxxxxxxxxxxx” ASC “xxxxxxxxx” ASC vasitəsi ilə sığorta ödənişi qismində 5000 manat məbləğində pulu X2 hesabına köçürmə etmişdir (səh.11); 08 və xx xxx 2018-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxxxxxxxxxx” ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir (səh.6-7). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, “xxxxxxxxxxxx” X9 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə “İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 56.1.2-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1108, 1114-cü maddələrinə; Azərbaycan Respublikası MPM-in 14.2, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi olan, xx xxxx 2017ci il tarixdən xx xxxx 2018-ci il tarixədək sığortalanmış ** EZ *** dövlət qeydiyyat nişanlı “VAZ-2109” markalı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış, Cavabdeh1 həmin avtomobilə dair Cavabdeh2 adına etibarnamə versə də, Cavabdeh2 avtomobil idarə etmək hüququ, sürücülük hüququ olmamışdır və o, həmin avtomobili hüququ olmadan idarə edərək sığorta hadisəsi törətmişdir. Cavabdehlər sığortaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməmiş, sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməmişlər. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(007)-2557/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə; Normativ hüquqi aktlar haqqında " Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 884, 897.4, 1108.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, mülkiyyətindəki ** EZ *** dövlət qeydiyyat nişanlı "VAZ-2109” markalı avtomobili idərə etmək və digər səlahiyyətlərlə Cavabdeh2 -ƏN-111 Seriyalı 445871 nömrəli etibarnamə ilə satmışdır. Uzun müddətdir ki. avtomobil Cavabdeh2 faktiki sahibliyində və istifadəsindədir. “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh2 arasında icbari sığorta müqaviləsi bağlanmışdır. Cavabdeh2 həmin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi X5 dəymiş zərərin Cavabdeh1 ilə müştərək qaydada ödənilməsi üçün heç bir əsas yaratmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi vəkil A.Bağırov apellyasiya şikayətini müdafiə edərək, qəzanın Cavabdeh2 tərəfindən törədildiyi üçün pul məbləğini özünün ödəməli olduğunu, bununla belə məbləğdən də narazı olduqlarını, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ə Cavabdeh2 Cavabdeh1 avtomobil üçün etibarnamə verən zaman heç bir problem olmayacağını bildirdiyini, özünün siğortalı olduğunu, məbləğdən narazı olduqlarını, “xxxxxxxxxxxx” ASC tərəfindən aldadıldığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X10 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh1 tərəfindən Cavabdeh2 59 il müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verildiyini, sonra “VAZ 2109” markalı ** EZ *** dövlət nömrə nişanlı avtomobilin vəziyyəti ilə maraqlanmadığını, İcbari siğortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunduqlarını, mülki iş üzrə hər iki cavabdehin məsuliyət daşımalı olduğunu, Cavabdeh1 subsidiar məsuliyyət daşıdığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/193 saylı ekspertiza rəyinə əsasən, Astara rayon 6N-li ATXB tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1987-ci il buraxılışlı “Liaz 100 421 yük” markalı ** BD *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6990.0 manat müəyyən edilir (səh.156); Azərbaycan Respublikası DİN Baş Dövlət X14 xx.xx.2020-ci il tarixli məktubuna əsasən, DİN Baş Dövlət X11 Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına görə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 57, mənzil 31-də qeydiyyatda olan Cavabdeh1 adında qeydiyyatda olan "VAZ-2109" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 69/1-də qeydiyyatda olan Əkbərov Mikayıl Zöhrab oğluna xx.xx.2009-cu il tarixdə xx.xx.2039-cu il tarixədək müddətə, Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 32-də qeydiyyatda olan X6 xx.xx.2009-cu il tarixdə xx.xx.2059-cu il tarixədək müddətə və Lerik rayonu, Pirzora kəndində qeydiyyatda olan Cavabdeh2 xx.xx.2011-ci il tarixdə xx.xx.2059-cu il tarixədək müddətə verilməsi barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumatlar qeydə alınmışdır. xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.1989-cu il tarixdə AVK 152227 nömrəli "C" kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixdə milli nümunəli AE 436790 nömrəli "C" kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. Cavabdeh2 əlavə kateqoriya üzrə xx.xx.2018-ci il tarixdə imtahan verərək ona AE 437026 nömrəli "BC" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qanunvericiliyin normalarına (Azərbaycan Respublikası MM-nin 936, 1096, 1097, 1108, 1114; MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə) və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, lakin Cavabdeh1 tələbə münasibətdə cavabdehliyi baxımından tələbin təmin edilməsindən əsassız qənaətə gəlmişdir. Belə ki, Cavabdeh2 etibarnaməli qanuni əsaslarla avtonəqliyyat vasitəsinə sahiblik və istifadə hüququna malık olmuş və sığorta münasibətləri də onunla olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh1 aid hissədə qətnamə ləğv edilməli, tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməli, ekspertiza xərci isə iş üzrə tələbin yönəldiyi tək şəxs olan Cavabdeh2 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2557/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə- ləğv edilsin və Cavabdeh1 münasibətdə iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğdə pul vəsaitinin Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar