Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11885/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Zaur oğlunun cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı “borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3422/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Zaur oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) qarşı «borcun ödənilmiş hesab edilməsi, ipoteka müqaviləsinin və çıxarışın ləğv edilməsi, girov qoyulmuş əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 11.02.2015-ci il tarixli 15/001 saylı kredit müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilmiş hesab edilməsi və 11.02.2015-ci il tarixli 15/001 saylı ipoteka müqaviləsinə xitam verilməklə, Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsi 124 saylı evin 77 saylı mənzilinin girovdan azad edilməsi, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməsi, əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli 2(049)-2521/2017 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun cavabdehə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 11.02.2015-ci il tarixli 15/001 saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı əsas kredit borcu üzrə 61795 ABŞ dolları, əsas məbləğə görə faiz borcu kimi 4639 ABŞ dolları, cəmi 66434 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan cəmi 66434 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu üzrə tutmanın "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş ipoteka qoyan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilin hərracda ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 77 saylı mənzilin açıq hərracda satılması, iş üzrə ekspertiza xərcini təşkil edən 70 manat məbləğində pulun cavabdeh İddiaçı aid edilməklə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(106)-214/2018 saylı qətnaməsi ilə iş üzrə Lənkəran rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.04.20 19-cu il tarixli 2(102)-1962/2019 saylı qərarı ilə cavabdeh İddiaçı Zaur oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli 2(106)-214/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. (iş səh.97) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3422/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli 2(102)-1962/2019 saylı qərarında təsbit edilmiş faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.İş üzrə preyudisial əhəmiyyət kəsb edən qərarla tərəflər arasında olan kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə münasibətlərə hüquqi qiymət verilmişdir.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək,qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir . Şikayətdə Mülki Məcəllənin 527-ci maddəsinə istinadən qeyd edilmişdir ki, İddiaçı 11.02.2015-ci il tarixli 15/001 kredit müqaviləsi üzrə 25000 manat pul verilmişdir. Daha dəqiqi 28000 manatdan biraz çox idi onndan da dedilər komissiya filan tutulur və iddaçının əlinə 25000 manat civarında pul vemişlər. Eyni tarxdə onunla Bank arasında ünvan 1 mənzil 77-nin girov qoyulmasına dair 11.02.2015-ci il tarixli 15/001 N-li ipoteka müqaviləsi imzalanmışdır. Həmin vaxtı o sənədlərə diqqət yetirmədiyindən Bankıın əməkdaşları ona 62000 USD borc yazmış və onunda bir hissəsini özlərinə götürmüşlər. Belə ki, o həmişə oranın daimi müştərisi olmuş və heç bir gecikməsi olmadan onlardan manatla dəfələrlə kredit almışdır. Bu krediti də alanda demişdi 3-4 aya bağlayacaq. Elə də oldu krediti alıb və ödənişləri etmiş və Sonra devalivasiyadan bir müddət keçəndən sonra onun ödənişlərini bank özbaşına manatdan dollara çevirib ödədiyindən gecikmələr olmuşdur. Bankla görüşəndə “bu sənlik problem deyil sən ödənişini elə qalan fərqi biz ödəyəcəyik.” Kimi vədlər vermişlər. Burda səhv olub deyib onu aldadıblar. Bizneslə məşğul olduğundan ödənişləri aylıq qrafikdən 2-3 dəfə artıq ödəmişdir. Sonra Bank bağlandı problemlər bundan sonra başlamış. O bankdan borcunu bağladığını və girovdan azad edilməsini tələb etmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi iddiaçıya pulu bankda manatla veriblər. Təqdim etdiyi hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, 11.02.2015-cı il tarixdə 64000 USD bankdan məxaric olub. Sonra eyni tarixdə 26151 USD Banka mədaxil olub.Hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, həmin gün onun hesabında 90151 USD dövriyyə olub. 12.02.2015-ci ildə hesabdan çıxarışa diqqət yetirilsə görünər ki, onun hesabında 26151 USD pul vəsaiti istifadə olunmamış durur. Deməli Bank həmin vəsaiti 11.02.2015, 13.02.2015 və 17.02.2015-ci il tarixlərdə özləri imza etməklə pul vəsaitlərini çıxardıblar.Məhkəmə isə bu faktları ümumiyyətlə araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə faktiki olaraq bu halları qiymətləndirməmiş və ümumiyyətlə araşdırma aparamışdır. Məhkəmə heç bir əsas olmadan yalnız məhkəmə qətnaməsi olmasına əsaslanaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin əsassız olduğunu, kredit müqaviləsi üzrə işin Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanıldığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmaını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı Zaur oğlunun mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1, 59.4; Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 462-467,470-477, 550-554, 556, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (ipoteka və zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən tərəfindən irəli sürülən dəlillərin qanuni qüvvəsini almış məhkəmə qərarları ilə araşdırıldığından (araşdırılmalı olduğundan) və iddiaçının o proseslərdən məlumatı olduğundan ümumiyyətlə yenidən araşdırıla bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMnin 119-cu maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Zaur oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3422/2021 saylı işi üzrə 13 oktyabr 2021-ci il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11885/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11885/2021
20.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver