Məhkəmə qərarları › İş №2(103)-1200/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1200/2020

14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1200/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilə İddiaçı cavabdehlər LPO “xxxxxxxxx” ASC-yə və "xxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)-5212/2019 saylı qətnaməsindən cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 062/10 saylı, xx xxxx 2010-cu il tarixli və 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqavilələrinin təminatı kimi "xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış 06/01 saylı, xx xxxx 2010-cu il tarixli, 0179/11/1 saylı, xx xxxxxx 2012-ci il tarixli, 0179/12/1 saylı xx xxxx 2012-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında yerləşən mənzillərin ipoteka ilə yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ipotekaya xitam verilməsi və ipoteka qeydiyyatının ləğvinə dair müvafiq qeydlərin aparılması, həmçinin İddiaçı həmin əmlak üzrə mülkiyyət hüquqlarını özündə əks etdirən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 062/10 saylı, xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə X7 500000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. Əlavə olaraq “xxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 60.000 (altmış min) manat məbləğində kredit verilmişdir.Qeyd edilən kredit müqavilələrinin təminatı olaraq İddiaçı ilə 06/01 saylı, xx xxxx 2010-cu il tarixli, 0179/11/1 saylı, xx xxxxxx 2012-ci il tarixli, 0179/12/1 saylı xx xxxx 2012-ci il tarixli ipoteka müqavilələri bağlanmışdır və həmin ipoteka müqavilələrinin təminatı olaraqBakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında yerləşən əmlaklar bank qarşısında ipoteka müqavilələri əsasında girov qoyulmuşdur. “xxxxxxxxx” ASC ilə X9 arasında 062/10 saylı, xx xxx 2012-ci il tarixli və 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqavilələri üzrə borc məbləğləri tam ödənilmişdir. Həmin kredit müqavilələri üzrə borc öhdəliyi tam ödənildiyi üçün ipoteka ilə yülkü edilmiş əmlakların ipotekadan azad edilməsi üçün xx xxxx 2019-cu il tarixdə ərizə ilə Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət olunsada, xx xxxxx 2019-cu il tarixli məktubla cavab verilərək yuxarıda qeyd olunan kredit müqavilələri üzrə borc öhdəliyinin tam icra edilməsinin etiraf olunmasına baxmayaraq, tərəf olmayan X2 guya başqa kredit müqaviləsi üzrə 208414,02 manat əsas borcu, 123353,03 manat faiz borcu olmaqla, ümumilikdə 331767,05 manat borc öhdəliyinin olması əsas göstərilərək öhdəliyi tam ödənilmiş kredit müqavilələrinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməsindən imtina edilmişdir.Bundan sonra xx xxxxx 2019-cu il tarixli ərizə ilə təkrar müraciət olunmuş və xx xxx 2019- cu il tarixli məktubla əvvəlki cavab məktubu ilə eyni məzmunlu cavab verilərək yenidən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)- 5212/2019 saylı qətnaməsi ilə iddia cavabdeh LPO “xxxxxxxxx” ASC-yə münasibətdə qismən təmin edilmiş, “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 062/10 saylı, xx xxxx 2010-cu il tarixli və 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqavilələrinin təminatı kimi "xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış 06/01 saylı, xx xxxx 2010-cu il tarixli, 0179/11/1 saylı, xx xxxxxx 2012-ci il tarixli, 0179/12/1 saylı xx xxxx 2012-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında yerləşən mənzillərin ipoteka ilə yüklülükdən azad edilməsi və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində müvafiq qeydlərin aparılması, iddianın digər hissələrdə rədd edilməsi, iddianın cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəh, Yasamal rayon İnşaatçılar prospekti ev 20a, mənzil 31 və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 20a, mənzil 101 ünvanlarında olan mənzillər X9 ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında bağlanmış kredit müqaviləsi və sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən qeyd olunan mənzillər girov qoyulmuşdur. Bank əməliyyat sisteminin məlumatlarına əsasən sonuncu kredit müqaviləsi üzrə X2 “xxxxxxxxx” ASC qarşısında borc öhdəliyi mövcud olduğuna görə, hesab edirlər ki, həmin borc öhdəliyi tam icra olunduqdan sonra mənzillər girovdan azad edilə bilər. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)-5212/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)-5212/2019 saylı qətnaməsi cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından məlum olur ki, ipoteka saxlayan “xxxxxxxxx” ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 062/01 saylı ipoteka müqaviləsinə, xx xxxxxx 2012-ci il tarixli, 0179/11/1 saylı və xx xxxx 2012-ci il tarixli, 0179/12/1 saylı sonrakı ipoteka müqavilələrinəəsasən, “xxxxxxxxx” ASC iləX9 arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 062/10 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən X7 ayrılmış 500 000 manat məbləğində kredit öhdəliyinin və xx xxxxxx 2011-ci il 0179/11 saylı kredit müqaviləsinə əsasən 60 000 manat məbləğində kredit öhdəliyinin təminatı olaraq İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, məhəllə 494-də istifadədə olan 0,0731 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 12 mərtəbəli binanın 2-ci girişində, 7-ci mərtəbəsində, 125,9 kv.m ümumi, 84,8 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 30 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0,11935 ha torpaq ahəsində yerləşən 20a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbəsində, 8.1 kv.m ümumi, 52,8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində istifadədə olan 0,11935 ha torpaq sahəsində yerləşən 20a nömrəli, 14 mərtəbəli binanın 2-ci girişində, 12-ci mərtəbəsində, 163,8,1 kv.m ümumi, 3.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 101 saylı mənzilBank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı tərəfindən LPO "xxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 062/10 saylı, xx xxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə X7 500000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. Əlavə olaraq “xxxxxxxx” ASC ilə X9 arasında bağlanmış 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə 60.000 (altmış min) manat məbləğində kredit verilmişdir.Qeyd edilən kredit müqavilələrinin təminatı olaraq İddiaçı ilə 06/01 saylı, xx xxxx 2010-cu il tarixli, 0179/11/1 saylı, xx xxxxxx 2012-ci il tarixli, 0179/12/1 saylı xx xxxx 2012-ci il tarixli ipoteka müqavilələri bağlanmış və həmin ipoteka müqavilələrinin təminatı olaraqBakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında yerləşən əmlaklar bank qarşısında ipoteka müqavilələri əsasında girov qoyulmuşdur. “xxxxxxxxx” ASC ilə X9 arasında 062/10 saylı, xx xxx 2012-ci il tarixli və 0179/11 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqavilələri üzrə borc məbləğləri tam ödənilmişdir. Həmin kredit müqavilələri üzrə borc öhdəliyinin tam ödənildiyini nəzərə alaraq, həmin kredit müqavilələrinin təminatı kimi girov qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında yerləşən mənzillərin girovdan azad edilməsi xahiş edilmişdir. LPO "xxxxxxxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********044 saylı və xx.xx.2019-cu il tarixli, **********050 saylı cavab məktublarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 31 və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20a, mənzil 101 ünvanlarında olan mənzillər X9 ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 0179/11 nömrəli və xx.xx.2012-ci il tarixli 062/10 nömrəli kredit müqavilələrinə əsasən girov qoyulmuşdur. Bank əməliyyat sisteminin və müştəriyə məxsus qovluqdakı sənədlərin araşdırılması zamanı həmin kredit müqavilələri üzrə borc öhdəliyinin tam yerinə yetirildiyinə baxmayaraq, X6 ilə ləğv prosesində olan “xxxxxxxxx” ASC arasında xx.xx.2015-ci il tarixli 090/15 nömrəli kredit müqaviləsi və sonrakı ipoteka müqaviləsinin bağlandığı müəyyən edilmişdir. Həmin müqavilələrə əsasən yuxarıda göstərilən ünvanlar üzrə mənzillər girov qoyulmuşdur. Bank əməliyyat sisteminin məlumatlarına əsasən sonuncu kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə X2 208414,02 manat (iki yüz səkkiz min dörd yüz on dörd manat, 2 qəpik) əsas borcu, 123353,03 manat (bir yüz iyirmi üç min üç yüz əlli üç manat, 3 qəpik) faiz borcu olmaqla, ümumilikdə 331767,05 manat (üç yüz otuz bir min yeddi yüz altmış yeddi manat, 5 qəpik) borc öhdəliyi mövcuddur. X2 “xxxxxxxxx” ASC qarşısında olan borc öhdəliyi tam icra olunduqdan sonra mənzillərin girovdan azad edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(011)-3189/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər “xxxxxxxxx” ASC-yə və qeyrisinə müqavilələrin ləğv edilməsi barədə ilkin iddiasına, ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X3 və qeyrisinə qarşı kredit tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qarşılıqlı iddiasına, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı “xxxxxxxxx” ASC-yə və qeyrilərinə qarşı müqavilənin ləğv edilməsi və girovdan azad edilmə barədə iddiasına dair mülki iş üzrə ilkin iddia və üçüncü şəxsin iddiasının qismən təmin edilməsi, “xxxxxxxxx” ASC ilə X6 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış 090 15 saylı kredit müqaviləsinin ləğv edilməsi, “xxxxxxxxx" ASC ilə İddiaçı və X6 arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinin ləğv edilməsi, ilkin iddia və üçüncü şəxsin iddiasının qalan hissədə təmin edilməməsi, ləğvetmə prosesində olan “xxxxxxxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X3 və İddiaçı qarşı cavabdeh Nərminə Hacıyevanın xx.xx.2015-ci il tarixli 090/15 saylı kredit müqaviləsinə əsasən ləğv prosesində olan “xxxxxxxxx" ASC-dən götürdüyü 250461 ABŞ dolları məbləğdə kredit borcundan banka ödənilməmiş qalan 208415 ABŞ dolları əsas borcu, 36 476 ABŞ dolları faiz borcu, ümumilikdə 245161 ABŞ dolları kredit borcu və eləcə də bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq “xxxxxxxxx” ASC-nin hesabına ödənilməsi, ipoteka qoyulmuş İddiaçı tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20 A, mənzil 101; Bakı şəhəri., Yeni Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20 A, mənzil 31; Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, mənzil 30 ünvanında yerləşən əmlaklara yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********12 saylı məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20a, 101 saylı mənzil “xxxx” MTK-nın xx.xx.2008-ci il tarixli 119 nömrəli forma-2 arayışına, xx.xx.2008-ci il tarixli maliyyə arayışına, Bakı Şəhər İcra Hakimiyyətinin 010456 nömrəli xx.xx.2006-cı il tarixli orderinə və X5 razılıq ərizəsinə əsasən İddiaçı adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20, 30 saylı mənzil “xxxx” MTK- nın xx.xx.2008-ci il tarixli 118 nömrəli forma-2 arayışına, xx.xx.2008-ci il tarixli maliyyə arayışına, Bakı Şəhər İcra Hakimiyyətinin 017335 nömrəli xx.xx.2007-ci il tarixli orderinə və X5 razılıq ərizəsinə əsasən X4 adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 20a, 31 saylı mənzil “xxxx” MTK-nın xx.xx.2008-ci il tarixli 117 nömrəli forma-2 arayışına, xx.xx.2008-ci il tarixli maliyyə arayışına, Bakı Şəhər İcra Hakimiyyətinin 017334 nömrəli xx.xx.2007-ci il tarixli orderinə və X5 razılıq ərizəsinə əsasən X4 adına xx.xx.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış yuxarıda adı çəkilən kredit müqavilələrindən irəli gələn kreditin qaytarılmasına dair öhdəliyin icrasının borclu tərəfindən tam şəkildə yerinə yetirildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli və xx.xx.2010-cu il tarixli kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinə öhdəliyin icrası ilə xitam verildiyi faktı cavabdeh LPO “xxxxxxxxx” ASC tərəfindən etiraf edildiyindən həmin halın məhkəmədə əlavə araşdırılmasına lüzum qalmamışdır. Bundan başqa cavabdeh tərəf mübahisəli mənzillərin üzərində ipoteka yüklülüyünə xitam verilməməsinin əsası kimi “xxxxxxxxx” ASC ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun mövcudluğunu göstərsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə sözügedən kredit müqaviləsi və “xxxxxxxxx” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsi ləğv edilmişdir. Mülki Məcəllənin 425-ci və 442-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinin tələblərinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibədə məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmiş və məhz həmin dəlillərin əsassız hesab edilməsi iddianın təmin olunmasını mümkün etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi kredit və ipoteka müqaviləsi məhkəmə aktı əsasında ləğv edildiyindən həmin müqavilələrə istinad edilərək müqavilə üzrə borcludan hər hansı məbləğdə pul tələb oluna, ipoteka müqaviləsinə istinad edilərək tələbin əmlaka yönəldilməsi tələb oluna bilməz. Belə olan halda isə iddiaçının ipoteka predmetlərinin yüklülükdən azad edilməsinə dair müraciətini təmin etməməklə cavabdeh haqlı olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq kredit müqavilələri üzrə öhdəliklərin tam icra olunması nəticəsinə gələrək ipoteka predmetlərinin yüklülükdən azad etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehinverdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(007)-5212/2019 saylı qətnaməsi cavabdeh LPO “xxxxxxxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar