Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1205/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh* ASC və Cavabdeh* ASC-nin Şəmkir rayon Elekrtik Şəbəkəsinə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi və əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh* ASC-nin nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh* ASC və Cavabdeh*nə qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(006)-1118/*0*3 nömrəli *4 oktyabr *0*3-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart *0*4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 31 may *0**-ci il tarixli, Cavabdeh* ASC-nin sədri V.Əhmədovun adına yazılmış ərizədə Şəmkir EŞ-nin satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı Qərb RETSİ-nin Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik montyoru vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir.
2. ** iyun *0**-ci il tarixli k/**-0*4*9 saylı əmrə əsasən Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarəçi mühəndisi olan İddiaçı **.06.*0**-ci il tarixdən X3 Paylayıcı Şəbəkə sahəsinin Şəmkir şəhər şəbəkə sahəsi üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 540 manat müəyyən edilmişdir. Əsas: şəxsi ərizə və əmək müqaviləsi.
3. Cavabdeh* ASC-nin *8 iyul *0**-ci il tarixli 6-01/xx-xx/4780 saylı məktubla Şəmkir rayon prokurorluğuna müraciəti əsasında toplanmış material üzrə İddiaçı xidməti fəaliyyətinə vicdansız münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi, eyni zamanda xidməti mövqedən sui-istifadə edərək tamah və ya sair şəxsi marağı üzündən xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı abonentlərin sayğac sxemindən kənar xəttdən istifadə etmələrinin; yəni elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasının qarşısını almaması faktlarına görə rayon prokurorluğunda 30 avqust *0**-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.3 və 189-1.4-cü maddələri ilə **0806071 saylı cinayət işi başlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin nümayəndələrinin onun barəsində əvvəlki vəzifəsindən aşağı vəzifəyə keçirilməsi barədə qərəzli şəkildə verilmiş ** iyun *0**-ci il tarixli K**/0*4*9 nömrəli əmrin ləğvini və əvvəlki vəzifəsinə təminatını, qəsdən buraxılmış 01 iyul *0**-ci il tarixdən əvvəlki işə bərpa olunanadək əmək haqqının və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Şəmkir rayonu Atabəy kəndində yaşayır. Azərbaycan Texniki Universitetinin «Elektrotexnika və energetika» fakültəsini bitirmiş və *015-ci il oktyabr ayından *9 may *0**-ci il tarixədək Cavabdeh1 ASC-nin Qərb RETSİ-nin X3 10 kv.-luq Qılıncbəyli hava xətti üzrə nəzarətçi-mühəndis vəzifəsində işləmişdir, işlədiyi dövrdə heç bir nöqsan və qüsurları olmamışdır. Lakin cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyinin onun xidməti ərazisində «ASAN xidmət» mərkəzinin ödəniş xidmətlərindən yayınma kimi korrupsiya halı işlərini həyata keçirdiklərindən xəbərdar olduğunu bildikdən sonra onların arasında ciddi çəkişmələr olmuşdur. Bu səbəbdən, may ayındаn onunla qərəzli mövqedə olmuşlar. *9 may *0**ci il tarixdə guya Şəmkir EŞ-də istehsalatda zərurət olduğu üçün ona bir kadr kimi tələb olunduğunu əsas gətirərək ondan xahiş etmişlər ki, Şəmkir EŞ-ya elektrik montyoru işlərində cavabdeh təşkilata köməklik etsin. Ondan guya həmin ərazilərdə yüksək gərginlik xəttlər üzrə sərbəst əməliyyat aparmaq məqsədi ilə ona daxili əmr verəcəklərini və əmrin * ay etibarlı müddəti olacağını bildirmişlər. O da bunlara inanıb cavabdeh təşkilatın Qərb RETSİ rəhbərlərini hüquqi şəxs olmadıqlarına özlüyündə inanıb, *9 may *0**-ci il tarixdə elektrik montyoru vəzifəsinə keçmək ərizəsini yazmış, öz xəyalında müvəqqəti iş kimi işləməyə davam etmişdir. Lakin *7 iyun *0**-ci il tarixdə onun barəsində Cavabdeh1 ASC-nin hüquqi şəxsi olan Vüqar Əhmədov cənablarının imzaladığı ** iyun *0**-ci il tarixli K/**-0*4*9 nömrəli əmri gördükdən sonra cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi arasında böyük səs-küyə səbəb olmuş narazılıq halları baş vermişdir. O, cavabdeh təşkilatın nümayəndələrinin həyata keçirdikləri bütün korrupsiya, dövlət büdcəsinin ödənişlərindən yayınma, küllü miqdarda pul vəsaitlərinin mənimsənilməsi barədə Azərbaycan Respublikası Baş Prokrorluğu yanında Korrupsiya idarəsinə, Cavabdeh* ASC-nin hüquqi şəxslərinə, Energetika nazirliyinə, Prezident Adminstrasiyasına bu özbaşınalıqlarla bağlı məlumat vermişdir. Bundan sonra Cavabdeh* ASC-nin Qərb RETSİ rəhbərliyi onun *9 may *0**-ci il tarixədək işlədiyi ərazidə qəsdən və qərəzli formada vətəndaşlara külli miqdarda saxta və qərəzli aktlar tərtib etmişlər. Onu susdurmaq məqsədi ilə Cavabdeh* ASC-nin rəhbərliyi Şəmkir rayon Prokrorluğuna guya onun dövlət əmlakını talamaq məqsədi ilə 6-01/05- 06/4780 nömrəli müraciət etmişdir. Burada məlum olmuşdur ki, *9 may *0**-ci il tarixdən 1 iyul tarixədək xidmət etmədiyi ərazidə yazılmış akt və qüsurlara cavabdehlik daşımır. Həmin ərazinin hesab bildirişinin oxumasını Şəmkir EŞ-nin rəhbərliyi öhdəçiliyində idi. Şəmkir rayon Prokurorluğunda cavabdehin müraciəti ilə aparılmış araşdırmada heç bir şahid və sübut tapılmamışdır. 01 iyul *0**-ci il tarixdən cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi və Şəmkir EŞ-nin rəisi onu işə buraxmamışdır. Əmək haqqı tabelinə imza atmağa icazə verməmişlər. İddia ərizəsi təqdim etdiyi tarixədək dəfələrlə bu məsələ ilə bağlı rəhbərliyə müraciət etsə də, barəsində prokurorluqda araşdırma ilə bağlı onun işə buraxılmasının qanunsuz olduğu bildirilmişdir. Hazırda onun 5 aydır əmək haqqı verilmir, digər əlavə gəlir mənbəyi yoxdur, himayəsində xəstə anası, həyat yoldaşı və 3 azyaşlı övladları var. ** iyun tarixli verilmiş əmrdə qeyd olunan ştatda və davamiyyət jurnalında adının qeydiyyatı aparılmamışdır. Təqdim etdiyi sənədlər toplusuna nəzər etdikdə məlum olur ki, hələ də əvvəlki nəzarətçi mühəndis kimi satış üzrə nəzarətçi mühəndislər bazasında qeydiyyatdadır. Həmin sözügedən 10 kvluq Qılıncbəyli hava xəttində baş verən qeyri-qanuni halların məsuliyyəti onun üzərindədir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *4 iyul *0*3-cü il tarixli 3-16-16/1-4/109* saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *(006)-1118/*0*3 saylı mülki işin 138-ci vərəqəsində İddiaçı adından olan 31.05.*0**-ci il tarixli ərizədəki yazılar və aşağı hissəsində «imza» qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *4 oktyabr *0*3-cü il tarixli *(006)-1118/*0*3 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia rədd edilmiş, keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin verilməsinə əsas olmuş başqa işə keçirilməsi barədə ərizəni özü yazaraq, özü imzalamışdır. İddiaçının həmin ərizəni yazmağa məcbur, yaxud vadar edilməsi, aldanaraq yazması barədə bildirdiklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən iddiaçıya münasibətdə işəgötürən tərəfindən qərəzli münasibətin olması görünmür. İşəgötürənin iddiaçıya münasibətdə qərəzli münasibətinin olmasına dair bildirilənlər subyektiv xarakter daşıyır. İşəgötürən işçini işdən azad etməmiş, işçinin öz iradə ifadəsinə əsasən sərbəst şəkildə yazıb imzaladığı ərizəyə əsasən digər işə keçirmiş, iddiaçını ümumiyyətlə Cavabdeh* ASC-nin tabeliyində olan strukturlardan çıxarmamış, aparılan araşdırmanın yekunlaşmasını gözləmiş, iddiaçıya əmək haqqı hesablanmaqda davam etmişdir.
9. Məhkəmə həmçinin göstərmişdir ki, məhkəmədə hazırki mübahisəyə baxıldığı dövrdə işəgötürən ödənilməmiş əmək haqqı məbləğlərinin də iddiaçıya ödənilməsini təmin etmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən işçini digər işə keçirərkən Əmək qanunvericiliyinə riayət etmiş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
10. Məhkəmə göstərmişdir ki, iddiaçının başqa işə keçirilməsinə dair ərizəsinə dərkənar yazılıb-yazılmaması və s. hallarla bağlı qeyd etdikləri iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı başqa işə keçirilməsinə dair ərizəni özü şəxsi iradəsinə uyğun olaraq yazmış, həmin ərizəni imzalamış, işlədiyi Cavabdeh* ASC-yə təqdim etmiş, həmin ərizəyə əsasən müvafiq əmr səlahiyyətli şəxs tərəfindən verilmişdir. Ərizə təqdim olunandan sonra daxili sənədləşmədə hər hansı formal hərəkətlərin edilib-edilməməsi (dərkənar yazılıb-yazılmaması və s.) iddiaçının ərizəsinin mahiyyətini dəyişmir, onun başqa işə keçirilməsi barədə əmrin ləğv edilməsi üçün əsas deyil, həmin əmr verildiyi an səlahiyyət sahibi olan şəxs tərəfindən çıxarılaraq, təsdiq edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.*, 77.1, *17.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək göstərmişdir ki, qətnamə ilə razılaşmır, ərizəyə etiraz etməyən bir başa rəisi kimi imza atan Bəhruz Tağızadə faktiki olaraq həmin tarixdə X3 rəisi olmamışdır. Məhkəməyə sübut kimi təqdim etdiyi 0*.06.*0**-ci il tarixli k/**-0199* nömrəli əmrdə aydın görünür ki, rəisi kimi imza atan Bəhruz Tağızadə 0*.06.*0**-ci il tarixədək Qazax elektrik şəbəkəsinin rəisi olmuşdur. Bu səbəbdən də əmrin səbəbi olmuş ərizə etibarsız sayılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. Cavabdeh* ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.*. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
25. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
26. Göründüyü kimi iddiaçı 31.05.*0**-ci il tarixli ərizə ilə Qərb RETSİ-nin Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik mantyoru vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmiş və **.06.*0**-ci il tarixli əmrlə həmin tarixdən Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik mantyoru vəzifəsinə keçirilmiş, əsas kimi ərizəsi və əmək müqaviləsi göstərilmişdir.
27. Hazırda iddiaçı həmin əmri mübahisələndirərək, ərizənin formal xarakter daşıdığını, müvəqqəti olaraq həmin vəzifədə işlədiyini, əslində heç bir dəyişikliyin olmayacağını ona bildirdiklərinə istinad edir.
28. Kollegiya iddiaçının dəlillərini əsassız hesab edir. İddiaçını həmin ərizəni yazmağa məcbur, yaxud vadar edilməsi, aldadılaraq yazması təsdiq olunmur.
29. Birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş 31.05.*0**-ci il tarixli ərizənin əslində Texniki Departamentinin direktoru, Qərb RETSİ-nin rəisi və Şəmkir EŞ-nin rəisi kimi göstərilmiş şəxslər tərəfindən “etiraz etmirəm” qeydinin imzalanması müəyyən edilmir.
30. Apellyasiya şikayətində isə ona əsaslanır ki, ərizəyə etiraz etməyən birbaşa rəisi kimi imza atan Bəhruz Tağızadə faktiki olaraq həmin tarixdə X3 rəisi olmamışdır.
31. Kollegiya qeyd edir ki, ərizəyə əsasən dərhal əmr verilmiş olsa idi, iddiaçı bu hallara istinad edərək ərizənin etibarsızlığını tələb edə bilərdi. Lakin iş materiallarından görünür ki, iddiaçının başqa işə keçirilməsi barədə ərizə 31 may *0**-ci il tarixdə yazılsa da, bu barədə əmr ** iyun *0**-ci il tarixdə verilmişdir.
32. Həmçinin əgər iddiaçının dediyi kimi ərizəni yazmağa məcbur olması, aldanaraq yazması və s. kimi hallar baş vermişdirsə, ərizə yazıldıqdan sonrakı müddət ərzində iddiaçı həmin ərizəni mübahisələndirə, bu barədə hər hansı şikayət edə bilərdi, lakin iş materiallarından belə bir hal müəyyən edilməmişdir.
33. Digər tərəfdən iş materiallarında olan *8.06.*0**-ci il tarixli iddiaçı tərəfindən yazılmış 13.07.*0**-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına icazə verilməsi barədə ərizədən görünür ki, iddiaçı ərizənin yazıldığı vaxt işlədiyi vəzifənin adını Qərb RETSİ-nin Şəmkir EŞ-nin PŞS-nin elektrik mantyoru kimi qeyd etmişdir.
34. Buradan da aydın olur ki, 31 may *0**-ci il tarixli ərizə iddiaçının iradə ifadəsini əks etdirmişdir.
35. Beləliklə müəyyən edilir ki, iddiaçı öz iradəsinə əsasən başqa vəzifəyə keçirilməsi barədə ərizə yazmış və buna uyğun olaraq mübahisələndirilən əmrlə başqa vəzifəyə keçirilmişdir.
36. İşəgötürən işçini digər işə keçirərkən Əmək qanunvericiliyinə riayət etmiş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
37. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38*, 384, 385, 39*, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(006)-1118/*0*3 nömrəli *4 oktyabr *0*3cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.