Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1210/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətə maneələrin aradan qaldırılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X2 qarşı cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair ərizə ilə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 daha sonra iddia tələbinin artırılması barədə ərizə təqdim etmiş və iddianı cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi və pul tələbi formasında müəyyən etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia tələbinin isə təmin edilərək ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin qarşılıqlı iddia üzrə cavabdehlər X3, İddiaçı tərəfindən öz vəsaitləri hesabına boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddiasının isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 hazırki qətnamədən apellyasiya şikayəti verdiyindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdi. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1210/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.6-cı, 402.2.5-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Mülki iş üzrə apellyasiyanın mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1210/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1210/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1210/2025
10.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver