Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1221/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ . (açar sözlər: uşaqla ünsiyyət) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət barədə iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(007)-2850/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X8 ilə Cavabdeh 06 mart 2013-cü il tarixdə nikaha daxil olmuşlar.
2. X8 və Cavabdeh birgə nikahlarından 26 noyabr 2014-cü il təvəllüdlü X9 və 21 avqust 2017-ci il təvəllüdlü X7 anadan olmuşdur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(001)- 354/2023 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh ilə X8 arasında Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 06 mart 2013-cü il tarixli 290 saylı nikah qeydinın ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan X3 atası X4, X1 anası Cavabdeh yanında saxlanılması, 21 yanvar 2023-cü il tarixdən başlayaraq 21 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla Cavabdeh xeyrinə tutulması qət edilmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 17 avqust 2022-ci il tarixli 19/2022 saylı ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında qərarına əsasən vətəndaş Cavabdeh tərəfindən, vətəndaşlar İddiaçı və X5 yetkinlik yaşına çalmayan nəvəsi 21 avqust 2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırıması, vətəndaşlar İddiaçı və X5 nəvəsi X7 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara almışdır.
Birinci instansiya məhkəməsində icraat
5. Məmmədov İddiaçı Xəyalə Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 avqust 2017-ci il təvəllüdlü nəvəsi X7 ilə hər həftənin cümə günündən bazar ertəsinədək və eyni zamanda bayram günlərinin sayı ikidən artıq olduqda bir gün onunla birlikdə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu cavabdehin birgə nikahlarından 21 avqust 2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Gəlini Cavabdeh onu nəvəsi Sofiya ilə ünsiyyət qurmağına maneə törədərək, nəvəsi ilə görüşməyini məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh dəfələrlə uşaqla görüşməyi lə bağlı xahiş etsə də, hər hansı nəticə olmamışdır. Ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və himayəçilik komissiyasına müraciət edilmiş və həmin komssiyanın 17 avqust 2022-ci il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən İddiaçı və X5 yetkinlik yaşına çatmayan nəvəsi 21 avqsut 2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmalarına yaradılan maneələr aradan qaldırılmasına, İddiaçı və X5 nəvəsi X7 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 16:00-dək görüşü təmin edilməsi qərara alınmışdır. Hal – hazıradək qərar icrasız qalmışdır. Dəfələrlə həmin qərarın icrası ilə bağlı Cavabdeh müraciət etsə də, nəvəsi ilə görüşməyi mümkün olmamışdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(007)- 2850/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı nəvəsi 21 avqust 2017-ci il təvəllüdlü X7 ilə hər həftəsinin bazar günü saat 11:00-dan saat 16:00-dək, iki gündən artıq davam edən (Yeni il, Novruz, Ramazan, Qurban) bayramların birinci günündə saat 12:00-dan saat 16:00-dək anası Cavabdeh iştirakı olmadan, uşağa uyğun məkanda ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, X7 babası ilə ünsiyyətdə olmaq hüququna malikdir, baxmayaraq ki, xx.xx.2017-ci il təvəllüdlü X1 valideynləri X8 ilə Cavabdeh ayrı yaşayır, bu, uşağın həmin hüququna təsir etmir. O cümlədən Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba İddiaçı, nəvəsi X7 ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 62.2-ci maddəsinə əsasən hazırkı cavabdeh uşağın babası olan hazırkı iddiaçı ilə ünsiyyətinə etiraz etdiyi üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya cavabdehin bu ünsiyyətə mane olmamasını tələb etsə də, cavabdeh maneçiliyi davam etdirmişdir və həmin Komissiyanın qərarına tabe olmadığından, uşağın babası olan hazırkı iddiaçı Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Ailə tək ata, ana və uşaqdan ibarət deyil. Hər bir qohumla olan münasibətin belə uşağa təsiri olur. Nənə-baba tərbiyəsi isə birinci növbədə qayğı, müdriklik və həyat təcrübəsi deməkdir. Uşaq onlarla münasibət nəticəsində yaşlı nəsilə davranış qaydalarını öyrənir. Ümumilikdə, tərbiyə prosesində iki nəslin iştirakı müsbət haldır və uşağın şəxsiyyətinin formalaşmasına yaxşı təsir göstərir. Yaşlı nəsillə yaxşı münasibətdə olan ailədə böyüyən uşaqlar qarşılıqlı anlaşma, hörmət və sevgi anlayışlarını mənimsəyirlər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının nəvəsi ilə görüşüb, ünsiyyətdə olmasına mane olacaq hal müəyyən edilməmişdir. Baxmayaraq ki, iddiaçı iddia tələbində belə tələb qoymamışlar, məhkəmə hesab edir ki, görüş, ünsiyyət yeri məhkəmə tərəfindən müəyyən edilməlidir, bu isə, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Mülki Prosessual Məcəllənin 218.3-cü maddənin tələbinin pozulması kimi qəbul edilməməlidir. Bundan başqa, uşağın bayram gününün birinci günü babası ilə görüşməsi, növbəti günlər isə ardıcıl olaraq anası ilə olması həm uşağın mənafeyi baxımından, həm də bayram günlərində anaları ilə ardıcıl olaraq vaxt keçirməsi baxımından daha məqsədəmüvafiq və əlverişli hesab edilir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1, 62.2, 62.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri, məhkəmə icraati iştirakçilarinin izahatlari
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
11. Apelyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-354/2023 saylı, 31 may 2023-cü il tarixli icra vərəqəsinə əsasən qızı Sofiyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 800 avro sabit pulməbləğində aliment ödənişi alınaraq mənə ödənilməlidir. Lakin, hal - hazıradək cavabdeh qızının saxlanılması ilə bağlı aliment ödənişini həyata keçirməmişdir. İcra vərəqəsinin icrasına səssiz qalan keçmiş qayınatası, yəni İddiaçı nəvəsi Sofiyanın hansı xərclərlə və necə əziyyətlə saxlanılmasını düşünmədən onunla ünsiyyət qurmaq istəyir. Belə olan halda hesab edir ki, iddiaçı nəvəsi Sofiyaya münasibətdə əvvəlcə öz vəzifələrini yerinə yetirməli, daha sonra ünsiyyət hüququndan istifadə etməlidir. İşə baxan məhkəmə aidiyyat normaları pozulmaqla verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasının qərarı əsas götürməklə qeyri-obyektiv və qərəzli olaraq qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15 . Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər; Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər; Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarı: “4. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər;
5. Plenum qeyd edir ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir;
6. Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər;
10. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.”
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətləri ilə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, babanın nəvə ilə ünsiyyətdə olması, eyni zamanda uşağın yaxın qohumu olan baba ilə ünsiyyət hüququ ailə qanunvericiliyində birbaşa təsbit olunduğundan birinci instansiya məhkəməsi bu hüququ tanımaqda haqlı olmuşdur.
21. Cavabdehin apellyasiya şikayətində də qətnamənin ləğvinə əsas olacaq hər hansı xüsusi dəlil irəli sürülməmişdir.
22. Cavabdehin dəlili məhkəmənin aidiyyat normaları pozmaqla verilmiş Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Kommisiyasının qərarını əsas götürməklə qeyri-obyektiv və qərəzli olaraq qətnamə qəbul etməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 06 mart 2020-ci tarxili, 297 nömrəli Fərmanına əsasən AR Ailə Məcəlləsinin 62.2 maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
23. Bundan başqa, iş materiallarında da göründüyü kimi baba İddiaçı və nənə X10 ünvan 1 ünvanında yaşadıqları üçün 19 iyul 2022-ci il tarixli M-177-099 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər.Buna görə kollegiyası hesab edir ki, bu dəlil də qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Apellyasiya şikayətinin digər dəlili kimi ona istinad olunmuşdur ki, Sofiyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay 800 avro sabit pul məbləğində aliment ödənilməli olsa da, ödənilməmiş, icra vərəqəsinin icrasına səssiz qalan keçmiş qayınatası, yəni, iddiaçı nəvəsinin hansı xərclərlə və necə əziyyətlə saxlanılmasını düşünmədən onunla ünsiyyət qurmaq istəyir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir və qeyd edir ki, yetkinlik yaşına çatmayan uşağın atasının aliment öhdəliyini icra etməməsi digər qohumlar, o cümlədən baba ilə ünsiyyət hüququndan imtina edilməsi üçün əsas ola bilməz.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(007)- 2850/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, e-2(007)- 2850/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev