Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12210/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5595/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nəsimi Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 25.272 manat məbləğində sığorta pulu və 30 manat dövlət rüsumu tutulması qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi A.Babayeva məhkəməyə ərizə göndərərək şikayətdən imtina etdiklərini bildirib apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Eyni zamanda ərizədə qeyd olunmuşdur ki, artıq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 25272 manat siğorta ödənişinin iddiaçıya ödənilməsi təmin olunmuşdur. Həmçinin, İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, həyat sığorta ödənişinin ona çatası hissəsi, yəni 25. 272 manat məbləğində pulun ödənilməsi cavabdeh şirkət tərəfindən təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və cavabdehin nümayəndəsi şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsinin şikayətdən imtinası qəbul edilsin. Baxılan iş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12210/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12210/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver