Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12364/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3772/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Körpü Tunel TikintiMəhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Körpü Tunel Tikinti MMC-dən iddiaçıya ödənilməli olan 9891 manat ödənilməmiş əmək haqqı borcunun, 3639.43 manat ödənilməmiş məzuniyyət haqqı borcunun və cavabdehin 07.07.2021-ci il tarixinədək əmək haqqını və məzuniyyət haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının və məzuniyyət haqqının bir faizi məbləğində hesablanmış 9319,32 manat ödənc borcunun alınıb iddiaçıya ödənilməsi, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Körpü Tunel Tikinti MMC-dən 9891 manat ödənilməmiş əmək haqqı borcunun alınıb iddiaçıya ödənilməsi, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın cavabdehdən alınıb iddiaçıya ödənilməsi, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin ödəniş gününə qədər hesablanmaqla cavabdehdən alınıb iddiaçıya ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3772/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 2021-ci ilin fevral-may ayları üçün ödənilməmiş əmək haqqı, əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və əmək müqaviləsinə xitam verilən günə qədər istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya, əmək haqqını ödəmədiyi üçün hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc ödəniş gününə qədər hesablanıb Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun eləcə də hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat haqqın Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək, apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddia tələbi əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olmuşdur, lakin birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir, bu zaman isə qeyd olunan qanunun tələbləri baxımından cavabdeh müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödəməli idi. Həmçinin iddia ərizəsi 12 iyul 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan həmin vaxt qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (əvvəlki redaksiya) 8.1 və 8.1.2 maddələrinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Lakin iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən 15 manat məbləğində dövlət rüsumu ödənilməsi olduğu halda cəmi 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə еdilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, onu mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqı və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3772/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-12364/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12364/2021
24.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver