Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1237/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6547/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1177/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 fevral 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 184 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 29 iyun 2007-ci il təvəllüdlü X4 atası – cavabdeh İddiaçı, 06 sentyabr 2010-cu il təvəllüdlü X9 və 08 fevral 2016-cı il təvəllüdlü X3 anaları – iddiaçı Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, 06 sentyabr 2010-cu il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında 07 fevral 2006- cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 184 nömrəli akt qeydi əsasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra cavabdeh İddiaçı ilə birgə nikahdan doğulmuş övladları 29 iyun 2007-ci il təvəllüdlü X4, 06 sentyabr 2010-cu il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək ananın himayəsində qalmaları, İddiaçı ilə birgə nikahdan doğulmuş övladları 29 iyun 2007-ci il təvəllüdlü X4, 06 sentyabr 2010-cu il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 660 manat sabit pul məbləğində alimentin tutulub anaya ödənilməsi, iddia ərizəsi tərtib edilərkən dövlət rüsumu olaraq "xxxx" ASC-yə ödədiyi 50 manat nağd pulun, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiyaya dair xərcin Bakı 16 saylı Mediasiya Təşkilatına ödədiyi 60 manat nağd pulun İddiaçı alınıb X6 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 07 fevral 2006-cı il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 184 saylı nikah aktı qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 29 iyun 2007-ci il təvəllüdlü X10 atası - İddiaçı, 06 sentyabr 2010-cu il təvəllüdlü X9 və 08 fevral 2016-cı il təvəllüdlü X3 anaları - Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi, 06 sentyabr 2010-cu il təvəllüdlü X5 və 08 fevral 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanmaları üçün İddiaçı 08 aprel 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Ümumiyyətlə, nikah pozulmamışdan qabaq uşaqlar vaxtlarının çox hissəsini atası ilə keçirir, bütün xərclərini atası ödəyir. Lakin buna baxmayaraq cavabdeh yenə də rəsmi qaydada iddiaçıdan aliment tələb etmiş və bu barədə qanuni tədbirlər görülmüşdür. Baxmayaraq ki, iddiaçı qeyri-rəsmi şəkildə uşaqların bütün xərclərini ödəmiş, cavabdeh bunları nəzərə almamış, yenə də icra qaydasında həmin məbləğləri iddiaçıdan tələb etməkdədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 29 iyun 2007-ci il təvəllüdlü X4 atası - İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Yəni qanuni və rəsmi olaraq 08 aprel 2024-cü il tarixdən aliment almaq hüququ yaranmışdır. Habelə bununla bağlı aralarında danışıqlar getsə də, iddiaçının himayəsində qalan uşağa görə aliment tələb etsə də, o söz vermişdir ki, məsələni öz aralarında həll edəcəklər. Lakin görünən odur ki, cavabdeh heç bir formada mübahisəni könüllü şəkildə həll etmək istəmir. Buna görə məcbur qalaraq məhkəməyə müraciət edilmişdir. Bununla əlaqədar 30 may 2024-cü il tarixdə rəsmi qaydada mediasiya təklifi göndərilmiş və sonra mediasiya təşkilatına müraciət edilərək, 02 iyul 2024-cü il tarixdə Mediasiya arayışı alınmışdır.
3. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan 29 iyun 2007-ci il təvəllüdlü X1 üçün hər ay üçün 235 manat alimentin cavabdehdən tutulması və mediasiya üçün ödənilmiş 57,75 manat rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6547/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4, 5-ci bəndlərinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2, 78.3 və 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1, 18.1, 27.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 77.1 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin hallarına və sübutlara tam, obyektiv və hərtərəfli qiymət verilməmiş, düzgün araşdırılmamış, qanunun normaları pozulmaqla, nəticədə maddi və prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, hakim tərəfindən məhkəmə iclasında işə qanunun normaları əsasında deyil, gördüyü və rastlaşdığı ehtimallar əsasında fikir bildirmişdir. Nəticədə qəbul etdiyi qətnamə də qanuna əsalanmadan, şəxsi mülahizə əsasında qəbul edilməklə iddianın rədd edilməsi ilə nəticələnən əsassız və qanunsuz olmuşdur. Belə ki, qətnaməni əldə edərkən məzmununu oxuyan zaman müəyyən etmişdir ki, fikirləri təhrif edilmiş, ümumiyyətlə səsləndirmədiyi fikir məhkəmə qətnaməsində əsas götürülərək iddia rədd edilmişdir. Məhkəmə qətnaməsində adından “cavabdeh uşaqların saxlanması üçün aliment tələb etdiyindən, hazırda iddiaçının ödənilməmiş aliment borcu yığılmışdır. İddiaçı ona görə himayəsində olan uşağın saxlanması üçün aliment tələb edir ki, iddiaçı da öz tələbini geri götürsün.” ifadələri qeyd olunmuşdur. Bu tamamilə absurddur, belə bir fikir səsləndirilməyib. Müəyyənləşdirmək məqsədilə məhkəmə iclas protokolu və video görüntü ilə tanış olmaq üçün müraciət etmiş və məlum olmuşdur ki, həqiqətən də məhkəmə iclasında deyilməyən fikir qətnaməyə əlavə edilmişdir. Məhkəmə iclas protokolunda həqiqətən həmin fikrin yazılmadığını müəyyən etmişdir. Habelə, məhkəmə iclas protokolu və video görüntüyə baxış keçirən zaman məlum olmuşdur ki, iştirakı ilə keçirilən məhkəmə iclasının video görüntüsü yarımçıq kəsilmiş, habelə məhkəmə iclasının təxirə salındıqdan sonra qətnamənin elan edilməsi video görüntüdə qeydə alınmamışdır. Səbəbi naməlumdur. Hakimin səsləndirdiyi fikirlər məhkəmə iclas protokoluna əlavə edilməmişdir. Protokola qeyd şəklində həmin fikirlərin əlavə edilməsi barədə ərizə təqdim etmişdir. Həmçinin, hakim cavabdehin alimenti ödəmə qabiliyyətinin olması üçün işləməsi barədə halı müəyyən edərkən elektron sistemdən cavabdehin işləməsi və 717 manat mək haqqı alması müəyyən edilmişdir. İddiaçı fəhlə işləyir və bir uşağın saxlanılması üçün aliment tələb etmək onunda təbii hüququdur. Belə ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahında olan 29 iyun 2007-ci il təvəllüdlü X10 atası – atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Yəni qanuni və rəsmi olaraq 08 aprel 2024-cü il tarixdən iddiaçının aliment almaq hüququ yaranmışdır. Bundan əlavə, qanunvericilik tərəfindən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentin ödənilməsi yalnız atanın deyil, həmçinin ananın da öhdəliyidir. Məhkəmənin qanunsuz və əsassız olaraq iddia tələbini təmin etməməsi 29 iyun 2007-ci il təvəllüdlü X7 hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu baxımdan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-6547/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddiaçının iddia tələbinin tam təmin edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
12. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
14. Maddə 82.3 övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
15. Maddə 75.1 valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. Maddə 78.3 tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
18. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6547/2024 saylı 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi, Cavabdeh himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1177/2024 saylı, 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə 06 sentyabr 2010-cu il təvəllüdlü X9 və 08 fevral 2016-cı il təvəllüdlü X3 anaları – iddiaçı Cavabdeh yanında saxlanılaraq onun himayəsinə verilməsi qət edilmişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, hazırda iddiaçının ödənilməmiş aliment borcu yığılmışdır. İddiaçı övladlarını saxlamaq borcunu yerinə yetirməyərək aliment borcunu ödəməməsi Cavabdeh aliment tutulması tələbinə əsas vermir. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı verdiyi izahata uşaqların saxlanması üçün bacardığı qədər ödəniş etdiyini bildirsə də, bu hal məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsinin istisna edilməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, bu gün Cavabdeh himayəsində iki azyaşlı övladının olması İddiaçı himayəsində olan övladı 29 iyun 2007-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment ödəməyə imkan vermir.
30. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
31. Qeyd olunan qanunun müddəasından göründüyü kimi, hazırki işdə İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi, daimi iş yerinin olmaması övladlarının maddi tələbatlarının təmin olunmasına yönəlmiş alimentin ödənilməsi vəzifəsindən azad etmir.
32. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh aliment tutulması barədə tələbi əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6547/2024 saylı 31 oktybar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.