Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1247/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilinə vurulmuş ziyana görə 19300 manat məbləğində, mənzildən istifadə etmək hüququndan məhrum olduğu bütün müddət ərzində kirayə qalmaq üçün xərclədiyi 24000 manat məbləğində, mənəvi zərərə görə 10000 manat məbləğində, hüquqi yardımın göstərilməsinə görə 111 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilinə etdiyi təmir işlərinə vurulmuş ziyana görə 19300 manat məbləğində, mənzildən istifadə etmək hüququndan məhrum olduğu xx.xx.2013-cü il tarixindən xx xxxxxx 2019-cu il tarixinə qədər olan bütün müddət ərzində kirayə qalmaq üçün xərclədiyi 28000 manat (80 ay kirayə qaldığı aylarının sayı x 350 manat bir aylıq kirayə haqqının məbləği), mənəvi zərərə görə 10000 manat məbləğində və hüquqi yardımın göstərilməsinə görə 111 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2003-cü il tarixində X10 ilə nikaha daxil olmuşdur. Nikahda olduğu dövrdə xx xxx 2006-cı il tarixdə bağlanmış kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən “xxxx” Mənzil-Tikinyi Kooperativindən ünvan 1ndə inşa edilmiş binanın 10-cu girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 112 kv.m olan 1112 saylı mənzili satın almışlar. Mənzilin müqavilə ilə razılaşdırılmış dəyəri tam şəkildə ödənilmişdir. Bir müddət Rusiya Federasiyasında yaşadıqdan sonra iddiaçı uşaqları ilə birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Mənzil aldığı binanın tikintisi başa çatdığı üçün aldığı mənzilin təmiri ilə məşğul olmağa başlamışdır. Rusiya Federasiyasından gələrkən keçmiş əri X10 Bakıda yaşamağı və aldığı mənzildə təmir işlərinin aparılması üçün təxminən 10000 manat məbləğində pul vermişdir. Ələkbərov Zaur özü isə Rusiya Federasiyasında qalaraq orada işləyir və hər ay iddiaçıya pul göndərmişdir. İddiaçı təmir işlərinə başlamışdır. Lakin həm iddiaçının həm də təmir üçün əlində olan pulu xərclədikdən sonra təmiri qısa müddətdə başa çatdıra bilməmişdir. Bu ərəfədə isə keçmiş əri X10 ilə aralarında problemlər yarandığı üçün o, artıq iddiaçıya yaşamağı və təmir üçün daha az pul vəsati göndərməyə başlamışdır. Bəzən isə bir müddət ümumiyyətlə göndərməmişdir. Buna görə də iddiaçı məcbur qalaraq qızıllarının bir hissəsini sataraq təmiri davam etdirmişdir. Həmçinin bir neçə dəfə olmaqla bankdan da xırda kreditlər alaraq imkan daxilində təmir işlərini davam etdirmişdir. Demək olar ki, mənzildə əsas xərc aparan təmir işləri tam başa çatmışdır. Təkcə divar kağızı (aboy) və parketin vurulması və hamamda aksessuarların yerinə quraşdırılması qalmışdır. Ümumilikdə təmir işləri üçün materialların alınmasına təxminən 14800 manat, usta və fəhlələrin göstərdiyi xidmətə görə isə təxminən 4500 manat məbləğində pul xərcləmişdir. Qısa müddət ərzində başa çatmamış işləri tamamlayaraq mənzilə köçməyi planlaşdırmışdır. Lakin sonuncu dəfə iddiaçı mənzilə baxmağa gedərkən mənzili aça bilməmişdir. Binada olan komendantla əlaqə saxladıqda o, bildirmişdir ki, keçmiş əri X15 qısa müddət əvvəl gələrək mənzili iddiaçının xəbəri olmadan başqa bir şəxsə satmışdır. İddiaçı komendantdan mənzilin kimə satılmasını soruşsa da o, bu barədə iddiaçıya məlumat verməkdən imtina etmişdir. Sonradan iddiaçı həmin şəxsin cavabdeh olduğunu öyrənmişdir. Bundan sonra isə həmin müqavilənin ləğv edilməsi və ər-arvadın ümumi birgə əmlakı kimi bölünməsi ilə bağlı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin 2(004)- 432/2014 №- li iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilinə dair "xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, qeyd edilən mənzilə görə ½ hissədə iddiaçıya və ½ hissədə X11 olmaqla bərabər pay haqqı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2646/2015 №- li iş üzrə xx xxx 2015-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 2(004)-432/2014 saylı iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilərək ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilinə dair “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, qeyd edilən mənzilə görə ½ hissədə iddiaçıya və ½ hissədə X2 pay haqqı müəyyən edilmiş və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2646/2015 saylı iş üzrə xx xxx 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1159/2016 № li iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-432/2014 № li iş üzrə xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş “xxxx” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, qeyd edilən mənzilə görə ½ hissədə iddiaçıya və ½ hissədə X11 pay haqqı müəyyən edilmiş, həmin müqavilə üzrə X11 ödənilmiş 52000 manat məbləğində pul vəsaitinin ondan alınaraq cavabdehə verilməsi, “xxxx” MMC-nin hesabına xx xxxx 2013-cü il tarixli kassa mədaxil orderinə əsasən ödənilmiş 3000 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən alınaraq cavabdehə verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3097/2016 № li iş üzrə xx xxxx 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1159/2015 № li iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin həmin vaxtdan 4 (dörd) ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər qeyd edilən mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Artır 6 (altı) ildən artıqdır ki, iddiaçı 2 (iki) uşaqla birlikdə kirayələrdə qalmış və ½ hissəsi iddiaçıya məxsus olan mənzildə yaşamaqdan və həmin mənzilə olan bütün hüquqlarından məhrum olmuşdur. Cavabdehlə bununla bağlı apardığı danışıqlar isə heç bir nəticə verməmişdir. Belə ki, cavabdeh könüllü olaraq qeyd edilən mənzili boşaldaraq iddiaçıya təhvil verməkdən imtina etmişdir. Bu da azmış kimi cavabdeh iddiaçının həmin mənzildə apardığı bütün təmir işlərini dağıtmaqla iddiaçıya təxminən 20000 manat məbləğində zərər vurmuşdur. Cavabdeh bütün bunları həmin mənzilin mübahisəli olmasını bildiyi halda qəsdən etmişdir. Həmçinin cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçı 6 (altı) ildən artıqdır ki, 2 (iki) uşaqla birlikdə kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində mülkiyyətində olan mənzildən istifadə etməkdən məhrum olduğu üçün himayəsində olan 2 (iki) uşaqla birlikdə kirayədə yaşamaq və kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır ki, bunun da nəticəsində iddiaçıya külli miqdarda maddi ziyan dəymişdir. Belə ki, 6 (altı) ildən artıq müddət ərzində kirayə evlərdə qaldığı müddət üçün təxminən 24000 manat məbləğində pul ödəmişdir. Cavabdeh isə həmin müddət ərzində həmin mənzili kirayəyə verərək pul qazanmışdır. Həmçinin bütün bu müddət ərzində cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində keçirdiyi əsəb və stress səbəbindən mənəvi zərərə məruz qalmışdır. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 19300 (on doqquz üç yüz) manat və 28000 (iyirmi səkkiz min) manat məbləğində ziyanın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Sədirlik edən : Natavan Nağıyeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil olan ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilini cavabdeh təmirsiz vəziyyətdə almışdır. Bu barədə ‘‘Qlobal Zəri” MMC-nin arayışı da vardır və bu arayış sübut kimi Gəncə şəhər Nizami rayon məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsində də fakt olaraq qəbul edilərək mənzilin cavabdehə satılarkən tam təmirsiz vəziyyətdə olması təsdiq edilmişdir, (bax xx xxx 2017-ci il tarixli 2 (044)-138/2017 saylı qətnamənin 3-cü səhifəsinin son abzasına). Məhkəmə nəzərə almamışdır ki, İddiaçı 19300 manat mənzil təmirinə dəymiş ziyan tələbi ümumiyyətlə nəinki təmin edilməməlidir, iddiaçının bu tələbi irəli sürməyə ümumiyyətlə subyektiv hüququ yoxdur. Mənzil kirayəsinə pul xərcləməyi ilə bağlı məhkəmənin 28000 manat pul tələbini təmin etmə hissəsin gəldikdə, iddiaçı sübut olaraq xx.xx.2013-cü il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi 80 ay hər ay 350 manat kirayə pulu ödəməsi barədə qarışıq və ödəmə təyinatı bəlli olmayan qəbzlər təqdim etmiş və həmin qəbzləri də məhkəmə sübut qismində qəbul etmişdir. Məhkəmə çəkişmə prinsipini pozaraq prosesdə cavabdehin iştirakını təmin etməməklə prosessual pozuntuya yol vermişdir. Məhkəməyə iddiaçı AR Ali Məhkəməsiin xx.xx.2016-cı il tarixli qərarını təqdim etməsinə baxmayaraq nədənsə cavabdeh olduğu hal-hazırda Gəncə Apellyasya Məhkəməsində baxılan xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş, mübahisəli mənzildə cavabdeh tərəfindən aparılmış təmir işlərinə, eləcə də də ayrılması mümkün olmayan mebellərə çəkilmiş 25230 manat məbləğində X12 və keçmiş həyat yoldaşı X1 müştərək qaydada tutulması ilə bağlı Gəncə şəhər Nizami rayon məhkəməsinin 2(044)-138/17 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsini məhkəməyə təqdim etməmiş, mübahisəli mənzillə bağlı iddiaçı ilə aramızda pul tələbi ilə bağlı başqa bir mübahisə olması barədə məlumat verməmişdir. Halbuki iddiaçı həmin mənzildə ümumiyyətlə olmamış, təmirindən xəbərsiz olmuş, binanı tikən “xxxx” MMCdən rəsmi sənəd mövcuddur ki, cavabdeh həmin mənzili hazırda digər mülkiyyətçisi olan X1 52 min manata təmirsiz vəziyyətdə almışdır. Mənzil o zaman alınarkən hələ heç binanın tam tikintisi başa çatdırılmamış və iddiaçı o zaman artıq ərindən faktiki olaraq ayrılmışdır, lakin nikahda formal olaraq qalmaqda davam etmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Konstitusiyanın 60, 127, Mülki Prosessual Məcəllənin 1,4,9,165-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili K.Əliyeva apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək və əlavə sənədlər təqdim edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğvini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx xxx 2017-ci il tarixli 1112 saylı kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən, ünvan 1 4 ünvanında inşa ediləcək binasının 1112 saylı mənzili İddiaçı satın almışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)- 432/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab olunmuş, ünvan 1 ünvanında inşa edilmiş binada yerləşən 1112 saylı mənzil üzrə pay haqqı hər birinin ½ olmaqla, X10 ilə İddiaçı arasında bərabər bölünmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2015-ci il tarixli 2(103)-2646/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(004)-432/2014 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdehlər “xxxx” MMC-nə, X3 və Cavabdeh qarşı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbi barədə iddiası qismən təmin edilmiş, ünvan 1ndə “xxxx” MMC tərəfindən inşa edilmiş binanın 1112 saylı mənzilinə dair cavabdehlər MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin mənzilə görə ödənilmiş pay haqqı üzərində İddiaçı və cavabdeh X6 hər birinin ½ hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3097/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli e2(004)-2706/2019 saylı qətnaməsi ilə X4 övladları X7 və X8 ilə birlikdə məcburi qaydada ünvan 1ndə inşa edilmiş binanın 1112 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11693/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli e-2(004)-2706/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(044)-138/2017 saylı qətnaməsi ilə X10 və İddiaçı müştərək qaydada 25230 manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat və 1 manat bank xidmət xərci alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2 (004)_2706/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürmə tələbinə dair” iddia tələbi təmin edilmişdir. İş materiallarında olan “kooperativ mənzil tikintisi haqqında” xx.xx.2017-ci il tarixli 1112 saylı müqavilədən görünür ki, mübahisəli ünvan 1 4 ünvanda inşa edilən 10-cu giriş, 3-cü mərtəbə də yerləşən 112,0 kv.metrlik 1112 saylı mənzilin ½ hissəsi (56,0 kv.metr) İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1409/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” MTK-nın hüquqi varisi “xxxx” MTK-nın məktubundan görünür ki, ünvan 1 4 ünvanda inşa edilən 10-cu giriş, 3-cü mərtəbə də yerləşən 112,0 kv.metrlik 1112 saylı mənzil Cavabdeh təmirsiz vəziyyətdə satılmışdır. İddiaçı tərəfindən sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş tarixsiz X16 ilə “daşınmaz əmlakın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, naməlum tarixdən bir il müddətinə İddiaçı ünvan 2 ünvandakı 1 otaqlı mənzili icarəyə verir. İddiaçı tərəfindən sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş ili məlum olmayan 07 aprel tarixli X13 ilə “mənzilin kirayə verilməsi haqqında” müqavilədən görünür ki, naməlum ilin 19 martından başlayaraq naməlum müddətə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, naməlum küçədə yerləşən 12/9 ünvanda 12/9 otaqdan ibarət mənzili aylıq 350 manata icarəyə götürür. İddiaçı tərəfindən sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş “Unibank” 13 saylı fililı tərəfindən verilmiş çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə 5000, xx.xx.2013 tarixdə 600, xx.xx.2013 tarixdə 20 000, xx.xx.2013 tarixdə 6000, xx.xx.2013 tarixdə 18000, xx.xx.2013 tarixdə 6000, xx.xx.2013 tarixdə 6000, xx.xx.2013 tarixdə 6000, xx.xx.2013 tarxdə 18000, xx.xx.2013 tarixdə 10000, xx.xx.2013 tarixdə 18000, xx.xx.2015 tarixdə 200, xx.xx.2017 tarixdə 173, xx.xx.2018 tarixdə 205,03, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 203, xx.xx.2018 tarixdə 349,71, xx.xx.2018 tarixdə 349.81, xx.xx.2019 tarixdə 350, xx.xx.2019 tarixdə 350, xx.xx.2019 tarixdə 300, xx.xx.2019 tarixdə 150, xx.xx.2019 tarixdə 280/, xx.xx.2019 tarixdə 500 manat pul “Zolotaya Korona” sistemi ilə İddiaçı tərəfindən Türkiyə Respublikasına məxaric edilmişdir. Həmin pul ödəmələrinə dair ərizələrdən görünür ki, həmin müxtəlif məbləğlərdə olan pul vəsaitləri Acımış Sezai adlı şəxsə təyinatı bəlli olmayan səbəblərdən köçürülmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin 4 əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) AR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən norma ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin Mülki Prosessual Məcəllənin 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işlərə baxılarkən işdə olan sübutlara bütöv bir məcmu halında yanaşılmalı, onların məcmusuna qiymət verilməlidir (N.Səlimzadənin şikayəti üzrə 2006-cı il 8 iyun tarixli Qərar). Məhkəmə iş materiallarında olan sübutları müqayisəli təhlil edərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin hallarını təşkil edən sübutları araşdırmadan və ziddiyyətli olan sənədlərə istinad edərək səhvə yol vermişdir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, birinci instansiya məhkəməsi xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan bütün müddət, yəni 80 ay üçün hər ay iddiaçının aylıq 350 manat kirayə haqqı məbləği xərcləməsi nəticəsinə gələrək 28000 manat iddia məbləğini təmin edərkən nəzərə almamışdır ki, istinad etdiyi və iş materiallarında olan icarə müqavilələri bir-biri ilə öz aralarında və bank ödəmə sənədləri ilə ziddiyyət təşkil etməklə iddia tələbini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, “Unibank” 13 saylı filialı vasitəsilə “Zolotaya Korona” sistemi ilə İddiaçı tərəfindən məxaric edilmiş pul vəsaitlərinin məbləği, tarixləri ilə icarə müqavilələrində qeyd edilmiş məbləğlər üst-üstə düşmür və təyinatı naməlumdur. Həmçinin bank məxaric sənədləri ilə pul icarə müqavilələrinin tərəflərinə deyil başqa şəxs Acımış Sezai adlı şəxsə ödənilmişdir. İş materiallarında 80 ay müddətində iddiaçının xərcini təsdiq edən cəmi 28 000 manat olmaqla hər ay 350 manat ödənilməsinə dair sübutlar mövcud deyil. Birinci instansiya məhkəməsu cavabdeh tərəfindən mübahisələndirilən qətnaməsində X14 ilə xx.xx.2018-ci il tarixdən başlayaraq aylıq 350 manat ödəməsinə dair dəlil üzrə iddianı əsaslı hesab etsə də, eləcə də, X14 ilə bağlanmış müqavilə 07 apreldə (ili naməlum) bağlanmaqla 19 mart (ili naməlum) tarixdən naməlum vaxta kimi aylıq 350 manat ödənilməli olması qeyd edilsə də, Hüseynov Bəhmənə pul ödənişinə dair hər hansı bir sübut iş materiallarında mövcud deyil və apellyasiya instansiya məhkəməsi gedişində iddiaçının nümayəndəsi təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı və birinci instansiya məhkəməsi X5 xx.xx.2018-ci il tarixdən başlayaraq aylıq 350 manat ödənilməsi dəlilinə istinad etsə də, iddiaçının digər sübut qismində kirayə haqq ödənişi kimi təqdim etdiyi bank məxaric sənədləri ilə xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 350, xx.xx.2018 tarixdə 203, xx.xx.2018 tarixdə 349,71, xx.xx.2018 tarixdə 349.81, xx.xx.2019 tarixdə 350, xx.xx.2019 tarixdə 350, xx.xx.2019 tarixdə 300, xx.xx.2019 tarixdə 150, xx.xx.2019 tarixdə 280, xx.xx.2019 tarixdə 500 manat pulun Türkiyə Respublikasına Acımış Sezai adlı şəxsə ödənilməsi müəyyən edilir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclası gedişində təqdim edilmiş məhkəmə bildirişlərindən də görünür ki, İddiaçı iddia etdiyi müddətdə Bakı şəhərində ayrı-ayrı ünvanlarda 2017-ci il üzrə məhkəmə bildirişlərində, xx.xx.2014-cü il üzrə icra vərəqəsində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 1 ev 4 A, mənzil 14, Bakı şəhəri Yeni Yasamal H.Hüseynov küçəsi ev 1 A, mənzil 75, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi ev 24 B, mənzil 1111, qeydiyyat ünvanı ünvan 5 məcburi köçkün kimi məskunlaşdığı ünvan və mülkiyyətinin olduğu yer (faktiki yaşayış yeri) ünvan 6şdir. İş materiallarında Acımış Dilarəyə pul ödənişini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən 118 090,52 manat məbləğində pul ödəniş sənədlərinin kirayə haqqı olaraq hansı əsasla ödəməsini əsaslandıra bilməmiş, iddiaçının aylıq 20 000, 18000, 6000, 10000 manat məbləğlərində pul vəsaitlərini kirayə haqqı kimi təqdim etməsi iş üzrə digər sənədlərlə ziddiyyət təşkil etməklə iddia tələbinin əsaslılığını istisna edir. İş üzrə preyudisial əhəmiyətə malik olan məhkəmə qərarları və mübahisəli mənzilin tikintisini həyata keçirən və cavabdehə mənzili satan şirkətin rəsmi məktubu ilə ünvan 1 4 ünvanda inşa edilən 10-cu giriş, 3-cü mərtəbə də yerləşən 112,0 kv.metrlik 1112 saylı mənzilin Cavabdeh təmirsiz satılması faktı işin mübahisəsiz halıdır və məhkəmə hesab edir ki, təmir haqqının ödənilməsi hissəsində də idda tələbi təmin edilə bilməz. İşin hallarından görünür ki, iddaçı mübahisəli mənzilə subyektiv hüquq (mükiyyət hüququ xx.xx.2017-ci il tarixli müqavilə ilə) əldə etmiş, mənzilə köçürülmə iddiasını isə 2019-cu ildə qaldırmışdır. Cavabdeh vicdanlı alıcı olaraq 2013-2017-ci illər ərzində əldə etdiyi mənzilə mülkiyyət hüququnun olmasını məhkəmə müdafiə hüququndan istifadə etməklə sübuta yetirməyə çalışmışdır və iddiaçıya zərər vurmaq, onu paylı əmlakından məhrum etməyə yönəldilən hərəkətlər etməsi (təqsiri) iş materialları ilə sübuta yetirilməmişdir. Həmçinin iş üzrə müəyyən edilir ki, mənzilə köçürmə tələbi üzrə icra vərəqəsi üzrə qısa müddətə iddiaçı mübahisələndirilən mənzilə köçürülmüşdür. İddiaçı məcburi köçkün olaraq faktiki məskunlaşdığı ünvanda deyil, Bakı şəhərində yaşamaq zərurətini işi ilə əlaqələndirməyə çalışsa da, bu barədə sübutlar da iş materialları ilə öz təsdiqini tapmır və cavabdehin nümayəndəsi iddiaçının həmin dövr ərzində Azərbaycan hüdudlarından kənarda yaşaması sualı üzrə bu halı inkar etməmişdir. Birinci instansiya məhkəməsi 2013-cü il daxil kirayə haqqı məbləğinin ödənilməli olması nəticəsinə gəlsə də, mənzil kirayə haqqı məbləği kimi əsas götürülmüş “X9” İctimai Birliyi tərəfindən 2013-cü il üzrə ümumiyyətlə kirayə haqqı məbləği barədə arayışı verilməmiş, Yasamal rayonu üzrə aylıq icarə haqqı ümumi arayışı iddiaçının 2013-2019-cu illər ərzində Yasamal rayonu ərazisində yaşamasını təsdiq edən sübut hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1247/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1247/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver