Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1248/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3323/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 11 saylı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək əmək haqqısının 15-ci dərəcə ilə hesablanması və yaranan fərqin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3323/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, o, 1970-ci ildən 2019-cu ilədək Zərdab rayonu Gəlmə kənd orta məktəbində coğrafiya fənni üzrə müəllimə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1132 saylı sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən şəxslərin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərin, dərslik və müəllim üçün metodik vəsait müəlliflərinin əməkhaqqları 15-ci ödəniş dərəcəsi ilə hesablanıb ödənilir. Ona 2010-cu ildən 2016-cı ilin yanvar ayınadək əmək haqqı 15-ci dərəcə ilə ödənməli olduğu halda 14-cü dərəcə ilə hesablanaraq ödənilmişdir. Bu halın aradan qaldırılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, əsassız bəhanələrlə müraciəti təmin olunmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (oğlu) N.Həsənov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı 1970-ci ildən 2019-cu ilədək Zərdab rayonu Gəlmə kənd orta məktəbində coğrafiya fənni üzrə müəllimə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1132 saylı sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir. İddiaçı əmək haqqının ona 15-ci dərəcə ilə ödənilməli olduğunu biləndən sonra müvafiq təhsil qurumuna müraciət etmiş, ona bildirilmişdir ki, həmin məbləğ ona aylara bölünərək hissəhissə ödəniləcəkdir. İddiaçı da hesab etmişdir ki, həmin fərq ona ödəniləcək. Eyni zamanda, nümayəndə qeyd etdi ki, həmin məbləğ də elə də böyük deyil, belə ki, 2010-cu ildən 2016-cı ilə qədər olan dövrdə də 12 manatla 20 manat arasında dəyişmiş, lakin 20 manatdan çox olmamışdır. Bundan sonra iddiaçı ilə əmək müqaviləsinə 2019-cı ildə xitam verilmiş, lakin bu günədək ona hər hansı ödəniş edilməmiş, o da, Təhsil Nazirliyinə müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi R.Hüseynov apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı əmək hüquqlarının xx.xx.2016-cı ilə qədər pozulduğunu aşkar etməsinə baxmayaraq, o, qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmiş, hüququnun pozulmasını 2016-cı ildə aşkar etməsinə baxmayaraq o, 4 il sonra məhkəməyə hazırkı iddia ilə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bununla belə, nümayəndə, məhkəmə iclasında iddiaçıya 2010-cu ildən 2016-cı ilə qədər əmək haqqının 15-ci dərəcə ilə hesablanaraq ödənilməli olduğunu mübahisələndirmədiklərini, iddiaçıya ödənilməli olan fərqin ildən-ilə cüzi dəyişdiyini, təxminən 12-20 manat təşkil etdiyini bildirdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçının əmək kitabçasının surətinə əsasən o, xx.xx.1967-ci il tarixdən əmək fəaliyyətinə başlamış, müxtəlif müddətlərdən müxtəlif məktəblərdə müəllim vəzifəsində çalışmış, xx.xx.2015-ci tarixdə 20 nömrəli əmrlə 65 yaşı tamam olduğu üçün xx.xx.2015-ci il tarixdən işdən azad edilmiş və onunla bağlanmış X7 xitam verilmiş, xx.xx.2019-cu il tarixli, 67 saylı əmrlə onunla xx xxxxxxxx 2019-cu il tarixdən bağlanmış X7 Azərbaycan Respublikasının Prezidentinin xx xxx 2011-ci il tarixli, 127-İVQD nömrəli qanunu, Respublika Təhsil Nazirinin xx xxxx 2011-ci il tarixli, 1404 nömrəli əmri ilə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1132 saylı sərəncamı ilə İddiaçı “Əməkdar müəllim” fəxri adı verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, H-2694/10-24 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının əmək haqqının düzgün hesablanmaması ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş müraciətinə (xx.xx.2020-cı il tarixli, H-2694 nömrəli) baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2010-cu il tarixli, 1132 nömrəli Sərəncamına əsasən Sizə "Əməkdar müəllim" fəxri adı verilmişdir. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3”na əsasən elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edən şəxslərin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərin, dərslik və müəllim üçün metodik vəsait müəlliflərinin əmək haqqları 15-ci ödəniş dərəcəsi ilə hesablanıb ödənilir. 2010-cu ilin oktyabr ayından 2016-cı ilin yanvar ayına qədər (Mərkəzin fəaliyyəti dövrünə düşməyən müddətdə) ona əməkhaqqı 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmişdir. Həmin müddət X5 mərkəzlərinin fəaliyyət dövrünə düşmədiyinə görə fərqin hesablanıb ödənilməsi imkan xaricindədir. Qeyd olunan məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları kimi: - iddiaçının xx.xx.1967-ci il tarixdən əmək fəaliyyətinə başlaması, müxtəlif müddətlərdə müxtəlif məktəblərdə müəllim vəzifəsində çalışması, xx.xx.2015-ci tarixdə 20 nömrəli əmrlə 65 yaşı tamam olduğu üçün xx.xx.2015-ci il tarixdən işdən azad edilməsi və onunla bağlanmış X7 xitam verilməsi; -Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli, 1132 saylı sərəncamı ilə İddiaçı “Əməkdar müəllim” fəxri adı verilməsi; - 2010-cu ilin oktyabr ayının 4-dən 2016-cı ilin yanvar ayının 1-nə qədər ona əməkhaqqının 15-ci ödəniş dərəcəsi ilə hesablanmalı olduğu halda 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilməsi müəyyən olunur. Bununla belə, cavabdeh T.Nazirliyi iddiaya etiraz edərək iddiaçının vaxtında məhkəməyə müraciət etmədiyini, bununla da Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş bir illik iddia müddətini ötürdüyünü bildirir. Rayon məhkəməsi öz qətnaməsində AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə istinad edərək iddiaçının əmək haqqı tələbi üzrə qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini ötürdüyünü qeyd edərək, mübahisə tərəfi olan cavabdehin isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbinin rədd edilməli olması qənaətinə gəlmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (AR Əmək Məcəlləsi, maddə 296.4). Bundan başqa, kollegiya qeyd edir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. («İatridis Yunanıstana qarşı», şikayət №31107/96, b.54, AİHM 1999-İİ; «Beyeler İtaliyaya qarşı», şikayət №33202/96, b.100, AİHM 2000-1) Avropa Məhkəməsi bir çox sonrakı qərarlarında da ərizəçilərə müəyyən məbləğlərdə pulun ödənilməsindən (məsələn:əmək haqqı, pensiya və sair) imtina hallarını da Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Məsələn: AİHM xx.xx.2012-ci il tarixli Qərarında («Burdov Rusiyaya qarşı») Çernobıl qəzasının iştirakçısı kimi ərizəçiyə təyin olunmuş kompensasiyanın ödənilməməsini onun mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirmişdir. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, hazırkı iş üzrə iddiaçının ona ödənilməmiş əmək haqqı tələbi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında (özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə) tələblərə iddia müddəti şamil edilmir. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinə qədər olan 15-ci ödəniş dərəcəsi ilə ödənilməli olan əməkhaqqı ilə 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmiş əməkhaqqı arasında olan fərqin ödənilməsi cavabdeh Təhsil Nazirliyinə həvalə edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinə qədər olan 15-ci ödəniş dərəcəsi ilə ödənilməli olan əməkhaqqı ilə 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmiş əməkhaqqı arasında olan fərqin ödənilməsi cavabdeh Təhsil Nazirliyinə həvalə edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Kollegiya qeyd edir ki, məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsinin izahatları ilə iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinə qədər olan 15-ci ödəniş dərəcəsi ilə ödənilməli olan əməkhaqqı ilə 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmiş əməkhaqqı arasında olan fərqin aylıq ən çoxu 20 manat təşkil edir (63 ay * 20 manat = 1260 manat. Belə olan halda aydın olur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3323/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixinə qədər olan 15-ci ödəniş dərəcəsi ilə ödənilməli olan əməkhaqqı ilə 14-cü ödəniş dərəcəsi ilə hesablanaraq ödənilmiş əməkhaqqı arasında olan fərqin ödənilməsi cavabdeh Təhsil Nazirliyinə həvalə edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1248/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1248/2021
29.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver