Məhkəmə qərarları › İş №2(103)-1261/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1261/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1261/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası "xxxx" MMC, Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iddiaçıların verdiyi iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5347/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən işə xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası "xxxx" MMC, Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı. 69,27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş hərracın nəticələri haqqında 26 fevral 2018-ci il tarixli protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 fevral 2018-ci il tarixli müqavilənin ləğv edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-salqısı barədə müqaviləsinə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 nömrəli evin 135 nömrəli mənzilinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizələrini onunla əsaslandırmışlar ki, X2 mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69.27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımcı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzili cavabdeh hərrac təşkilatı Cavabdeh2 MMC tərəfindən xx.xx.2018-ci il tarixində qanunsuz hərrac keçirməklə hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ipoteka saxlayan iş üzrə üçüncü şəxs "xxxx" ASC-yə satılmış və ipoteka saxlayan qeyd etdiyi əsaslar üzrə mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində öz adına qeydiyyatdan keçirmiş, "xxxx" ASC mənzili satmaq üçün qısa müddət ərzində mənzili boşaltmalarını onlardan tələb edir. Qeyd edilənlərə əsasən gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69.27 kv.m ümumi, 46.73 kv.m yaşayış, 22.54 kv.m yardımcı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilin üzərinə həbs qoyaraq üçüncü şəxsin həmin mənzili məhkəmə prosesi müddətində başqa şəxslərə satılaraq başqa şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi qadağan edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5347/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası "xxxx" MMC, Cavabdeh2 MMC-yə və üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “qiymətləndirmə rəyinin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2 nömrəli evin 135 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə iddiaçıların iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizələri təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69.27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımcı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzili cavabdeh hərrac təşkilatı Cavabdeh2 MMC tərəfindən xx.xx.2018-ci il tarixində qanunsuz hərrac keçirməklə hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ipoteka saxlayan iş üzrə üçüncü şəxs "xxxx" ASC-yə satılmış və ipoteka saxlayan qeyd etdiyi əsaslar üzrə mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində öz adına qeydiyyatdan keçirmiş və "xxxx" ASC mənzili satmaq üçün qısa müddət ərzində mənzili boşaltmalarını onlardan tələb edir. Qeyd edilənlərə əsasən gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69.27 kv.m ümumi, 46.73 kv.m yaşayış, 22.54 kv.m yardımcı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilin üzərinə həbs qoyaraq üçüncü şəxsin həmin mənzili məhkəmə prosesi müddətində başqa şəxslərə satılaraq başqa şəxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi qadağan edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-5347/2019 saylı 12 dekabr 2019-cu il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı2, cavabdehlər Azərbaycan Respublikası "xxxx" MMC, Cavabdeh2 MMC, üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi, "xxxx" ASC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən İddiaçı2, cavabdehlər Azərbaycan Respublikası "xxxx" MMC-nin, Cavabdeh2 MMC-nin, üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin, "xxxx" ASC-nin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı1 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növlərində iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2). Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası iddianı təmin tədbiri üçün zəruri olan iddianın əsaslılığı prezumpsiyasından çıxış edərək nəzərə alır ki, iddianın predmeti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69,27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilidir. Birinci instansiya məhkəməsi məsələ ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olmasını və qətnamənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini, həmin icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2657/18 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə müvafiq ərizəni əsassız hesab etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərardadında da göstərildiyi kimi, hazırki iş üzrə hərrac prosesi tamamlanmış və mübahisəli mənzil artıq Bankın mülkiyyətinə keçmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qərardadında göstərilən hal hazırki iş üzrə iddianı təmin etmək üçün kifayət edən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69,27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilin üzərinə müvəqqəti xarakterli məhdudiyyətin qoyulmasını istisna etmir. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunaraq qərardad ləğv olunmalı və iddiaçının ərizəsi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı, 69,27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilinin üzərinə müvəqqəti məhdudiyyət qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5347/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035, 3 otaqlı. 69,27 kv.m. ümumi, 46.73 kv.m. yaşayış, 22.54 kv.m. yardımçı sahədən ibarət 2 nömrəli evin 135 nömrəli mənzilinin özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar