Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1279/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(009)-2682/2022 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şilkayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 500.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(009)- 2682/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Ərizəçinin nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında iddia qaldırmaq üçün iddiaçı tərəfindən verilən etibarnaməni himayəçisi X2 razılığı əsasında imzalamışdır. Bu barədə etibarnamənin “QEYD” hissəsində verilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə əsasən İddiaçı 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxs olduğundan etibarnaməni himayəçinin razılığı əsasında imzaladı. Lakin məhkəmə bu razılığı nəzərə almamış, qərardadında ümumiyyətlə etibarnamənin bu hissəsinə qiymət verməmişdir. Qanunvericilikdə heç bir yerdə məhdudiyyət qoyulmamışdır ki, 17 yaşı tamam olmuş şəxs mülki iddia verə bilməz. Məhkəmə iddia ərizəsinin səlahiyyəti göstərilməyən şəxs tərəfindən imzalanmasını qeyd etsə də, səlahiyyətli olmayanla imza edən şəxsin kimlər olmasını qeyd etməmişdir. İş üzrə vəkil olaraq iddiaçını təmsil etmək səlahiyyətinin olması barədə notarial qaydada etibarnamə iş materiallarına əlavə edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi icraata qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsi səlahiyyəti göstərilməyən şəxs tərəfindən imzalandığı üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdə olan: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2005-ci il tarixdə doğulmuşdur. Şamaxı rayon İcra hakimiyyəti başçısının 16 noyabr 2020-ci il tarixli sərəncamının surətindən görünür ki, X5 xx xxxxxx 2005-ci il təvəllüdlü İddiaçı himayəçi təyin edilmişdir. AR-İİ 876370 nömrəli, 23 noyabr 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq iddia ərizələrinin verilməsi və digər səlahiyyətlərini etibar etmişdir. Etibarnamədə qeyd edilmişdir ki, İddiaçı 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayan şəxs olduğundan etibarnaməni himayəçi X3 razılığı əsasında imzaladı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar; 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən bir tərəfli əqdin bağlanması, yəni vəkilə etibarnamənin verilməsi üçün notarius tərəfindən mülki qanunvericiliyin tələblərinə əməl edilməklə iddiaçının himayəçisinin yazılı razılığı alınmışdır. İddia ərizəsi də iddiaçının vəkili tərəfindən imzalanmış və birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(009)- 2682/2022 nömrəli qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Fərrux Qasımov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1279/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1279/2023
13.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver