Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1281/2023 13.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və halinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Ərazi İdarəsi cəlb edilməklə) “əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(004)- 3728/2022 qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Xidmətinin Baki Ərazi İdarəsi cəlb edilməklə) qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Cavabdeh MMC tərəfindən 2011-ci ildən işdən azad olunana qədər istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunduğu üçün əmək haqqına hesablanmış əlavələrin və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə hesablanmamış vəsaitin, həmçinin əmək və məzuniyyət haqlarının verilməsi, işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün ona əmək haqqının bir faizi məbləğində ödəncin əvəzi olaraq həmin Cəmiyyətdən 4.540 manat pulun və hər gecikdirilmiş günə görə həmin məbləğin 1%-nin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(004)- 3728/2022 saylı qərardadı ilə məhkəməyə təqdim edilmiş və mülki işə əlavə edilmiş sübutlar əsasında İddiaçı hesabına işlədiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əmək məzuniyyətindən istifadəyə görə əmək haqqına əlavələrin ödənilibödənilməməsini, əgər ödənilmişdirsə həmin vəsaitin ümumi məbləğinin nə qədər təşkil etməsi, bayram və istirahət günləri işə cəlb olunmaya görə ödənilməli olan əmək haqqı məbləğinin nə qədər təşkil etməsi, istifadə olunmamış məzuniyyət günləri üçün pul əvəzi kompensasiya məbləğinin nə qədər təşkil etməsi, əmək haqqı məbləğinin gecikdirildiyi günlərə görə 1 faizin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, işin dayandırılmasını əsassız hesab etdiyini bildirmiş və şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualların bir qismi əsassızdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və şikayətə dair etiraz və ona əlavə edilmiş sənədlərin təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər etiraz və ona əlavə edilmiş sənədləri, həmçinin işə məhkəmə iclasında baxılması barədə vəsatətlərini məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlilərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0 və 255.0.5ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin etdikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, mülki-prosessual qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün hər hansı əsas görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(004)- 3728/2022 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Fərrux Qasımov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1281/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1281/2023
13.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver