Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1281/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixində mülkiyyət hüququ üzrə dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır.
2. Satıcı Cavabdeh2 ilə alıcılar X21, X22, X7, X8, X13 arasında bağlanılmış xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən satıcı, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixində verilmiş 11/3120 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsindən 0,02 ha hissəsini X14, 0,015 ha hissəsini X20, 0,01 ha hissəsini X5, 0,0378 ha hissəsini X6, 0,01 ha hissəsini isə X1.
3. X13 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Cavabdeh1 mərhumun vərəsəsi kimi xx.xx.2012-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi 34/75 saylı sahənin bir hissəsi xx.xx.2014-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə X9 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh1 və Cavabdeh2 qarşı X13 ilə Cavabdeh2 arasında Bakı şəhəri 40 saylı Notariat Kontorundə xx.xx.2009-cu il tarixində AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan faktiki olaraq 1950-ci ildən 8 saylı hərbi şəhərcik yerləşir. Mübahisəli torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətsiz istifadəyə verilmişdir. Mübahisəli ərazi 24 saat ərzində daimə mühafizə olunur, həmin əraziyə giriş yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin icazəsi ilə mümkündür və hal-hazırda da həmin ərazində yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus tikililər var. Cavabdeh1 mərhum anası X13 mübahisəli torpaq sahəsini Cavabdeh2 almışdır. Cavabdehin anası mərhum X9 20 fevral 2009-cu il tarixində mübahisəli torpaq sahəsini Cavabdeh2 almış və bu barədə aralarında seriya AN-1 ******* nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Halbuki, həmin vaxt mübahisəli torpaq sahəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Mübahisəli torpaq sahəsinin X12 adına sənədləşdirilməsi (çıxarışın alınması və ona əsas olmuş sənədlər) faktiki olaraq sənəd üzərində aparılmışdır. Torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə Müdafiə Nazirliyinin xəbəri olmamışdır. Qeyd etmək istəyir ki, Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı olmadan 11572,8 kv.m. torpaq sahəsini ayrı-ayrı vətəndaşlara, alqı-satqı müqavilələri əsasında, həmçinin cavabdehin mərhum anası X1. Lakin, mərhum Cavabdeh2 torpağın dəyərini ödəsə də, Cavabdeh2 satdığı torpaq sahəsini alıcıya verməmişdir, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. O, həmin torpaq sahəsini alıcıya verə də bilməzdi, çünki torpaq sahəsində həmin vaxt Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşdirilmişdir. Bununla da sübuta yetirilir ki, sənədləşmə yalnız sənəd üzərində aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23.1-ci maddəsinə əsasən hərbi hissələrin, hərbi təhsil müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrin və təşkilatların daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Torpaqların kategoriyalara aid edilməsi və bir kategoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Lakin iş materiallarında görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 04 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərini öz üzərinə götürərək, mübahisəli torpaq sahəsini bir kategoriyadan digərinə keçirilməsinə sərəncam vermişdir. Nəticədə, müdafiə təyinatlı torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin statutusu müdafiə təyinatlı torpaq sahəsidir. Çünki həmin torpaq sahəsi Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur və giriş-çıxış Müdafiə Nazirliynin icazəsi ilə mümkündür və həmin ərazidə Müdafiə Nazirliyinə məxsus tikililər mövcuddur. Azərbaycan Respublikası qanunvericiliyinə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən cavabdehin anası mərhum X9 xx.xx.2009-cu il tarixdə Cavabdeh2 aldığı torpağa dair bağlanmış seriya AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
7. Cavabdeh1 iddiaya qarşı etiraz verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, onun anası X3 Rizvan Əli oğlu ilə Bakı şəhəri 40 saylı notariat kontorundə xx.xx.2009-cu il tarixində AN-İ ******* nömrəli müqavilə bağlayaraq ünvan 3 ünvanında yerləşən sahənin 0,01 ha hissəsini almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiasında Nəsibə Məmmədova ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Bunu onunla əsaslandırır ki, bu alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi Müdafiə Nazirliyinə mənsub olmuşdur. Lakin Müdafiə Nazirliyi iddia ərizəsində Nəsibə Məmmədova ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin Mülki Məcəllədə və digər normativ-hüquqi aktda müəyyən olunmuş hansı hüquq normasına əsasən etibarsız hesab etdiyini əsaslandırmamışdır. Əqdləri etibarsız edən hüquqi əsaslar Mülki Məcəllədə və digər normativ hüquqi aktlarda konkret olaraq göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tələbini əsaslandığı faktiki əsaslara gəldikdə isə hesab edir ki, bu hallar da əsassızdır. Belə ki, alqı-satqı müqaviləsi bağlanıldığı zaman torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə aid olmayıb. Cavabdehin anası Nəsibə Məmmədova mübahisəli torpaq sahəsini notariat kontorunda Cavabdeh2dan alıb və həmin müqavilə bağlanılan zaman həmin torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olması dövlət reyestrində təsbit edilmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edilyi və ya əldə edən şəxsin qeyri-dəqiq olmasının bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Nəsibə Zeynalova qeyd edilən torpaq sahəsini alarkən, həmin torpaq sahəsini özgəninkiləşdirən Cavabdeh2 adına reyestrdə bu sahəyə dair mülkiyyət hüquqları qeydə alınmışdır. Bu qeydə alınan hüquq nə o vaxtı, nə də bu günə kimi mübahisələndirilməmişdir. Bu baxımdan Nəsibə Məmmədova belə mübahisənin mövcud olduğundan heç bir vaxt xəbəri ola bilməzdi, o səbəbdən də o, vicdanlı əldə edəndir. Digər tərəfdən iddiaçı əqdin əhəmiyyətsiz olduğunu iddia edirsə, belə olan halda Nəsibə Zaynalovanın əmlaka dair heç bir hüququ yaranmamış, satıcı Cavabdeh2 ona qarşı əmlakın geri tələb edilməsinə dair iddia tələbi irəli sürə bilərdi. Lakin göründüyü kimi, Cavabdeh2 tərəfindən nə Nəsibə Məmmədovaya, nə də onun hüquqi varisi olan cavabdehə qarşı belə iddia qaldırılmayıb. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İddiaçı isə 14 ildən sonra cavabdehə qarşı əqdin etibarsızlığı ilə bağlı iddia irəli sürüb. Mübahisəli əqdlər baxımından isə yalnız əlaqədar şəxsin onun mübahisələndirilməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Əqdin mübahisələndirilməsi yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti yaranmışdır. İddiaçı isə qanunvericiliklə nəzərdə tutulan bu işlə bağlı kəsici müddətdə əqdi mübahisələndirməyib. Digər tərəfdən əgər iddiaçı hesab edirsə ki, bu torpaq sahəsinin özəlləşdirilməsi qanunsuz olub, o, hazırda mübahisələndiriyi əqdi deyil, bu əqdin bağlanmasından əvvəl bağlanmış əqdi qanunsuz hesab edə bilər.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X21, X22, X7, X10 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
9. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerində müayinə zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasara alınmış vəziyyətdədir, girişi bağlıdır, torpaq sahəsinin üzərində bir sıra boş qalmış, sökülmüş tikililər mövcuddur.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 819/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsi digər təyinatlı torpaq sahəsi kimi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququ yaranmışdır. İddiaçı tərəf müqavilə predmeti olan torpaq sahəsinin iddiaçıya məxsus olduğunu, müdafiə təyinatlı torpaq sahəsi olduğunu iddia etsə də, Daşınmaz Əmlakın Dövlət Reyestrindəki bu qeydiyyatı mübahisələndirməmişdir. Belə olan halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ həqiqi hesab edilir.
12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 mülkiyyətində olan bu torpaq sahəsini X21, X22, X7, X8, X4, bunun müqabilində torpağın dəyəri alıcılar tərəfindən Cavabdeh2 ödənilmişdir. Qeyd edilən müqavilə, hər bir tərəf öz iradəsini ifadəsini bildirməklə, notarial qaydada təsdiq edilmiş, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin şərtlərinə uyğun tərtib edilmişdir. Beləliklə, həmin müqavilənin etibarlılığını şübhə altına alan halların mövcud olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 646.1, 646.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 22-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları”nın 2, 3-cü bəndlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini Cavabdeh1 mərhum anası X13 Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında almışdır. Müdafiə Nazirliyinin iddia tələbi Cavabdeh2 da yönədilmişdir. Lakin Məhkəmə əsl Cavabdeh2 məhkəmə prosesinə çağırsa da, onun məhkəmə iclasında iştirakını zəruri hesab etməmiş (Cavabdeh2 rəsmi qaydada xəbərdarlıq edilib-edilməməsini araşdırılmalıydı) və bu barədə tədbirlər görməmişdir. Həmin vaxt mübahisəli torpaq sahəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin adına sənədləşdirilməsi (çıxarışın alınması və ona əsas olmuş sənədlər) faktiki olaraq sənəd üzərində aparılmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh X13 aldığı torpaq sahəsinin əvəzinə Cavabdeh2 müəyyənləşdirilmiş pul məbləğini ödəmiş, Cavabdeh2 isə satdığı torpaq sahəsini alıcıya verməmişdir, yəni götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmin torpaq sahəsini alıcıya verə də bilməzdi, çünki torpaq sahəsində həmin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi yerləşmişdir. Bununla da sübut edilir ki, sənədləşdirmə yalnız sənəd üzərində aparılmışdır. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin statusu müdafiə təyinatlı torpaqdır. Azərbaycan Respublikasının qanunvericiliyində müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs R.Q.Zamanova və onun nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdilər. Vəkil və nümayəndə həmçinin bildirdi ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Məhkəmə bununla bağlı üçüncü şəxs tərəfindən verilmiş ərizəyə münasibət bildirməmişdir. Məhkəmə tərəfindən iş üzrə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və digər üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı -Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. -“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, işdən görünən odur ki, ünvan 1 ünvanında yerləşən 0,2528 ha torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2009-cu il tarixində dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Həmin qeydiyyat iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
26. Mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
27. Göründüyü kimi, Cavabdeh2 üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmış 0,2528 ha torpaq sahəsinin 0,01 ha hissəsini X2, sonuncunun həmin torpaq üzərində mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi yazılı formada tərtib edilmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq notarial qaydada təsdiq edilmişdir.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasları barədə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat verilmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-819/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər: