Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1305/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh xx.xx.2019-ci ildə 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikah bağlamış və həmin nikahın bağlanması haqqında akt qeydləri kitabında 1360 nömrəsi ilə qeyd edilmişdir.
2. Tərəflərin xx.xx.2018-ci il təvəllüdlü X7 adında övladları var.
3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-422/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu ildə 1360 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2018-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh uşağın saxlanması üçün heç bir maddi və mənəvi dəstək etmədiyi üçün məhkəmə qaydasında alimentin tutulması zərurəti yaranmışdır.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Ələsgər oğluna verilməsi və məhkəmə xərcləri Cavabdeh aid edilməsi və ondan 48,20 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü ildən tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 17-cim maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107, 112.1.3,119.1, 234.2.1-cimaddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddianın qismən təmin edilməsi, 100 manat aliment tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, aliment ödəməkdən imtina etmir. Bununla belə maddi vəziyyəti 235 manat aliment ödənilməsinə imkan vermir. Belə ki, özü bacısının himayəsində yaşayır, özünün hər hansı gəlir mənbəyi yoxdur. Gözündə zəiflik olduğundan (dərəcəsi çox olduğundan) özü işləyə bilmir. Buna görə də maddi durumu 100 manat aliment ödəməyə imkan verir. Əlbəttə ki, gücü çatarsa daha artıq da ödəmək istəyər. Bununla belə hal hazırda maddi durumu buna imkan vermir. Lakin,birinci instansiya məhkəməsi tərəfindən baxılan mülki iş üzrə bir sıra halları, o cümlədən işsiz olmağı, səhhətində problem olduğunu və s. nəzərə almamışdır. Həmçinin birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X5 lazımi maddi və mənəvi diqqət kimi xüsusiyyətləri ana kimi göstərməməyini iddiaçı tərəfindən bildirməsi şifahi sözlə bildirmişdir. Belə ki, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X6 iddiaçı görüşlə bağlı qətnamənin icrası üçün AR-sı Naxçıvan MR-da aparması da onun ağır olan vəziyyətini daha da ağırlaşdırır. Övladı ilə gündəlik görüşə bilmədiyi üçün bir mənalı olaraq, övladını görmək üçün hər dəfəsində Naxçıvana getməli olur, uşaq üçün nə isə almalı, harasa aparmalı olduğu üçün də xərc çəkir. Belə olan halda isə 235 manat aliment ödməyə imkanı çatmır. Bu xərclərinin hamısını isə onun üçün bacısı çəkir ki, daha artığını da ondan istəyə bilmər. Belə ki, oişsizdir, yaxın qohumlarının – bacısının maddi köməyi ilə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 görüşünə gedir, gözdən əməliyyat olunmalı olduğu halda, əməliyyatın isə icbari sığorta ilə edilməsi mümkün olmadığı üçün onu da etdirə bilmir. Birinci instansiya məhkəməsi bir sıra halları, o cümlədən maddi vəziyyətinin qənaətbəxş olmamasını nəzərə almamışdır, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 100 (bir yüz) manat olmaqla alimentin təyin edilməsi hesab etmişdir ki, onun maddi vəziyyəti nəzərə alaraq daha ədalətli olardı.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olub, etiraz onunla əsaslandırmışdır ki, icraatda Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin e-2(008)- 7050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş əsassız apellyasiya şikayəti əsasında mülki iş vardır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassızdır. Cavabdeh tərəfindən indiyədək uşağın saxlanılması üçün heç bir maddi və mənəvi dəstək edilmədiyi üçün iddia tələbi əsasında cavabdehdən məhkəmə qaydasında alimentin alınaraq ona verilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Əsas Qanunun 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusion prinsipləri Azərbaycan MPM-nin 6-cı maddəsində də əksini tapmış, bu isə öz növbəsində hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Konstitusiyanın 26-cı maddəsinin İ bəndində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə zəmanət verir!!! Əsas Qanundan (AR Konstitusiyası) irəli gələn Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi isə bütün fiziki və hüquqi şəxslıərin qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququnu bir daha təsdiq edir. Məhz bu səbəbdən də iddiaçı olaraq cavabdeh tərəfindən pozulmuş hüquqlarımın müdafiəsi üçün iddia qaydasında məhkəməyə müraciət etmişəm. Cavabdehlə nikahı pozularaq uşaq onun himayəsinə verildikdən sonra belə cavabdeh övladına nəinki maddi, mənəvi dəstək belə olmamışdır. Əldə etdiyi məlumata görə cavabdeh fərdi əməklə məşğuldur, aylıq qazancı qənaətbəxşdir. Lakin buna baxmayaraq övladının saxlanılması üçün dəstək olmamış, sadəcə 2 dəfə cüzi bilet ödənişi etməklə uşaqla görüşmüşdür.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, o görməsin deyə və görüşə icazə verilmədiyi üçün iddiaçı uşağı Naxçıvana aparıb. Orada yaşamır. Uşaq onun yanında idi. Son 2 ildir ki, iddiaçının yanındadır. İddiaçı onu aldatdı. Uşağı atası xəstədir deyə apardı ki, görsün. Onlar hətta daha sonra barışmışdılar. Uşağı aparandan sonra “102” xidmətinə yığdılar. Ona dedilər ki, qanuni olaraq uşaq atasındadır. Məhkəməyə müraciət etməyini dedilər. Məhkəmə işləri də 1 il çəkdi.Hal-hazırda uşağı ilə görüşür və onun bütün ehtiyaclarını ödəyir. O gözü ilə əlaqədar işləyə bilmir. Həm də uşağı görmək üçün Naxçıvana gedib-gəlməyinə müəyyən məbləğ çıxır. Ödəyə bilmir. Həmçinin alimentin miqdarının yüksək olması da, uşağının görə bilməyəyinə səbəb olacaq. İddiaçı qəsdən hər dəfə görüş vaxtı uşağı Naxçıvana aparır. Uşaq məktəbə belə getmir. İddiaçının alimentə ehtiyacı yoxdur. Sadəcə prinsip üçün istəyir. Yazışmalarda da bildirir ki, həmin pulları cırıb atacaq.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – alimentin tutulması ilə bağlı hissədə ləğv edilməsini və 100 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğində aid hissədə cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
21. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-422/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X7 atası İddiaçı himayəsinə verilmişdir.
22. Hazırda iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlmiş, qətnamə tutulmalı olan alimentin məbləğinə dair hissədə cavabdeh tərəfindən mübahisələndirilmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”
25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanunun 19cu maddəsi, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələrindən göründüyü kimi, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin.
26. Bu mənada kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
27. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyəti, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
28. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, o işləmir, bacısının himayəsində yaşayır. Uşağını görmək üçün Naxçıvana gedir. Böyük məbləğdə alimentin təyin edilməsi onu uşağını görməyə imkan verməyəcək.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarla edilmiş dəyişikliyə əsasən “..Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
30. Kollegiya cavabdehin rəsmi iş yerinin olmamasını, onun övladı ilə ünsiyyət hüququnu həyata keçirməsi üçün Naxçıvan şəhərinə getməsini, bununla əlaqədar xərclərini nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən 150 manat məbləğində alimentin tutulması ədalətlidir.
31. İddiaçı tərəfindən iddia ərizəsi 2024-cü ildə verildiyi üçün 2024-cü il üzrə minimum aylıq əmək haqqı məbləğinin 345 manat olması müəyyən edilir. Ali Məhkəmənin Plenum qərarındakı mövqeyə əsasən 150 / 345 = 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı Ələsgər oğlunun xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
33. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı Ələsgər oğlunun xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Cavabdeh 38 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir.
34. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı Ələsgər oğlunun xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov