Məhkəmə qərarları › İş №2(103)-1313/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1313/2022

18.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1313/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı mülkiyyətçisi olduğu ünvan 1 ünvanının ikinci mərtəbəsinin 240 kv.m. sahəsi barəsində Cavabdeh ilə aralarında bağlanılmış 07 sentyabır 2021-ci tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş sahənin boşaldılaraq ona qaytarılması; cavabdehin iddiaçıya borclu qaldığı 2500 manat icarə haqqı və iddiaçının cavabdehə obyekti boşaltmaq üçün müraciət etdiyi 08.01.2021-ci il tarixdən sonrakı ayın, yəni 08.02.2021-ci ildən başlayaraq obyekti boşaldacağı günədək hər ay məhrum olduğu 1500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07.09.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsinin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, 08.02.2021-ci il tarixdən başlayaraq və icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 240 kv.m. hissəsi cavabdeh tərəfindən boşaldılıb iddiaçıya təhvil verilənədək hər ay 300 (üç yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Binəqədi rayon məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya baxışına xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına həmçinin, iddiaçı tərəfindən notarial qaydada tərtib olunmuş və imzalanmış cavabdehlə barışdıqları və şikayətinin olmadığı barədə ərizəni də təqdim etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və Binəqədi rayon məhkəməsinin 2(001)- 2078/2021 saylı, 14 iyun 2021-cu il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarəyə verilmiş sahənin boşaldılması və pul” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2078/2021 saylı, 14 iyun 2021-cu il tarixli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar