Məhkəmə qərarları › İş №2(103)-1317/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1317/2025

27.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1317/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2662/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərardadından Borclu MMC-nin şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X1 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X1 90 A ünvanında hüquqi qeydiyyatda olan Borclu MMC-yə qarşı 15,606 manatın və 100 manat dövlət rüsumu əvəzinin borcludan tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2662/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmri ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X1 90 A ünvanında hüquqi qeydiyyatda olan Borclu MMC-dən (VÖEN: **********) Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X1 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun (VÖEN: **********) xeyrinə 15,606 (on beş min altı yüz altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul vəsaiti tutulmuşdur. Borclu MMC-nin nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2662/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmrinə etiraz daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2662/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərardadı ilə (hakim İlkin Rüstəmli) Borclu MMC-nin nümayəndəsi-vəkili Vəkil tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2662/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmrinə vermiş olduğu etirazın geri qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, iş materiallarından görünür ki, Borclu MMC Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2662/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə əmrini, xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsi ilə rəsmi qaydada almışdır. Hazırki etirazı isə borclunun nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə xüsusi sürətli poçt daşıma üzrə kuryer xidmətinə təqdim etmiş və etirazın verilməsi üçün müəyyən olunmuş 10 günlük müddəti ötürmüşdür. Belə olan halda, etiraz onu verən şəxsə geri qaytarılmalıdır. Həmin qərardaddan Borclu MMC şikayət verərək ləğv edilməsini və etirazının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2662/2024 saylı, 06 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Kreditor «AAA» Vəkil Bürosu elektron kabinet vasitəsilə təqdim etdiyi şikayətə etirazda məhkəmə əmrinə vermiş olduğu etirazın geri qaytarılması barədə qərardadı qanuni və əsaslı hesab etmiş və məhkəmədən həmin qərardaddan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Əvvəla, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.Əmrin xx.xx.2024-cü il tarixdə borclunun elektron kabinetinə yüklənməsi, etirazın isə xx.xx.2024-cü ildə məhkəməyə daxil olması iş materialları ilə təsdiq olunur. Borclu şikayətinə əlavə etdiyi ərizədə xx.xx.2024-cü ildə etirazı poçt xidmətinə təqdim etdiyini, 2 etiraz olsa da yalnız birinin qeydə alındığını, buna görə də təkrar xx.xx.2024-cü etiraz verildiyini və geri qaytarıldığını göstərsə də buna dair şikayətinə və ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Göründüyü kimi, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır.Ancaq etirazın vaxtında verilməsi hər hansı bir sübutla təsdiq olunmur. Bu cür vəziyyətdə birinci instançsiya məhkəməsinin gəldiyi qənaətlə məhkəmə tərkibi də razılaşır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2662/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2662/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar