Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1320/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Vidadi Məmməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 21 oktyabr 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən apelyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "AvroAsiya X2" ASC-dən 5000 manat məzuniyyət haqqının, 30000 manat ezamiyyət haqqının, artıq işlədiyi iş saatları üçün 30000 manat məbləğində haqqın, xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün 3000 manat məbləğində pulun və 500 manat məbləğində bülleten haqqının, ümumilikdə 68500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı 07.12.2021-ci il daxilolma tarixli poçt xidməti vasitəsilə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Daha sonra iddiaçı elektron kabinet vasitəsilə 17.12.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək belə hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki iş materiallarına əsasən iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsini 03.11.2021-ci il tarixdə qəbul etmiş (i.v.155), həmin qətnamədən rabitə orqanı vasitəsilə apellyasiya şikayəti vermiş, Məhkəmənin eyni saylı, 07 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmış, daha sonra iddiaçı elektron kabinet vasitəsilə 17.12.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qətnamədən elektron kabinet vasitəsilə 17.12.2021-ci il tarixdə apelyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüş, lakin həmin müddətin bərpasına dair ərizə təqdim olunmamış, rayon məhkəməsi isə bu halı nəzərə almadan apellyasiya şikayətinə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində əsasən apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçının apelyasiya şikayəti vermək üçün qanundan nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması üçün mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş son dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-649/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vidadi Məmmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1320/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1320/2022
17.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver