Məhkəmə qərarları › İş №2(103)-13337/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13337/2019

20.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13337/2019 20.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh və onun vəkili X9 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2586/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan uşaqların saxlanması üçün Cavabdeh xeyrinə üç övladının saxlanılması üçün kəsilmiş alimentin azaldılması və hər ay hər uşağına görə 160,0 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2586/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği dəyişdirilərək, X1 qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2002-ci il il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2010cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 750 (yeddi yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayətləri və onun dəlilləri: İddiaçı A.Şahvəldov qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, yalnız aylıq məvacibi 550 manat olan bir iş yerində işləyir, bundan başqa isə Rəssamlıq Akademiyasında bir neçə ay işləmiş və aylıq qazandığı məbləğ 50-80 manatdan artıq olmamışdır. Onun birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş məbləği aliment olaraq hər ay ödəmə imkanı yoxdur. Qeyd olunanlara əsasən qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə münasibətləri pozulduqdan bəri o, uşaqlarla heç bir şəkildə maraqlanmamış və ya əlaqə saxlamamış, onların maddi ehtiyaclarını qarşılamaqdan boyun qaçırmışdır. Eləcə də, cavabdeh hazırkı zamanadək uşaqlarının maddi ehtiyaclarını təkcə özü qarşılamağa məcbur qalmışdır. İddiaçının 3 iş yeri (X17 Məktəbi, Azərbaycan Respublikası Rəssamlıq Akademiyası, X19) olduğundan Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 500 manat olmaqla, cəmi 1500 (min beş yüz) manatı ödəməyə imkanı vardır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili V.İsrafilov apelyasiya şikayətini müdafiə edərək, cavabdehin apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği şişirdilmişdir, iddiaçı özü xəstədir, qətnamədən sonra onun vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir, işdən də çıxmışdır, hazırda işləmir və xəstəliyi ilə əlaqədar müalicə olunur. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsi və hər uşaq üçün aylıq 160 manat olmaqla aliment müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apelyasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili A.Məmmədova apelyasiya şikayətini müdafiə edərək, iddiaçının apelyasiya şikayəti ilə razılaşmayaraq uşaqların əvvəlki həyat şəraitinin təmin edilməsi üçün hər uşaq üçün aylıq 500 manat olmaqla aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi, məhkəmənin barışıq təklifinə münasibətdə hazırkı qətnamədə göstərilən məbləğlə razılaşdıqlarını qeyd etdi, apelyasiya şikayətinin təmin, iddiaçının apelyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan,Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16.112018- ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsinə əsasən, İddiaçı xx.xx.2002-ci il il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 500,0 manat, cəmi 1500,00 manat sabit pul məbləğində aliment in Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2504/2019 saylı qətnaməsinə görə, İddiaçın və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(102)-4640/2019 saylı qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, qətnaməsindən İddiaçın tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2504/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qərarda (5-ci səh) İddiaçı izahatında hər uşağa 200-300 manat olmaqla aliment verə biləcəyini göstərmişdir. X17 Məktəbinin xx.xx.2019-cu il tarixli 60 saylı əmrin surətindən görünür ki, rəsm müəllimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsini 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. X17 Məktəbinin xx.xx.2019-cu il tarixli 54 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə xx.xx.2019-cu il tarixədəkməktəbin rəsm müəllimi vəzifəsində çalışmışdır. Aylıq əmək haqqı 2018/2019-cu iş ili üçün 531,00 manat təşkil edir. Nərimanov Rayon İcra və Probasiya şöbəsinin məktubuna əsasən əmək haqqından işlədiyi son günə kimi 70% tutularaq tələbkarın bank hesabına köçürülmüşdür. X17 Məktəbinin xx.xx.2019-cu il tarixli 27 saylı arayışının surətindən görünür ki, İddiaçı Təhsil Mərkəzinin rəsm dərnəyində çalışmır. X14 xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Həmin Qalareyanın əməkdaşı deyildir və heç bir məvacib almır. AR Səhiyyə Nazirliyinin Psixi X2 Araz Babakişi oğlu barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli siqnal vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müxtəlif şikayətlərlə psixoloji Mərkəzə müraciət etmişdir. Ona müalicə təyin olunmuş və psixoterapiya məsləhət görülmüşdür. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 2018/2019-cu il tədris ilində xx.xx.2018-ci il tarixdə 32/ s-h saylı əmrlə “Rəsm” kafedrasına əmək haqqı saathesabı ödəmək şərti ilə müəllim vəzifəsində çalışmışdır. Dərs ilinin başa çatması ilə əlaqədar xx.xx.2019-cu il tarixli 25/sh nömrəli əmrə əsasən işdən azad edilmişdir. 2019/2020-ci tədris ilində kafedrada vakant saat yaranarsa, Şahvələdovun əmək haqqı saathesabı ödəmək şərti ilə müəllim vəzifəsində çalışması məsələsinə baxıla bilər. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 19 nömrəli Uşaq poliklinikasının xx.xx.2019- cu il tarixli 162 saylı məktubunun surətindən görünür ki, X15 2014-cü il tarixdən poliklinikanın oftalmoloji kabinetində OU-Mürəkkəb miopik assiqmatizim diaqnozu ilə xx.xx.2019-cu ildən nevropatoloqda Narahatlıq və oyanıqlıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 19 nömrəli Uşaq poliklinikasının xx.xx.2019- cu il tarixli 161 saylı məktubunun surətindən görünür ki, X11 2014-cü ilin sentyabr ayından poliklinikanın oftalmoloji kabinetində OU-SADƏ miopik assiqmatizim diaqnozu ilə xx.xx.2015-ci ildən dermatoloji kabinetdə psorioz diaqnozu ilə dispanser qeydiyyatındadır. Hədəf kurslarının 2019-cu ilin yanvar-mart ayları üzrə verilmiş qəbzlərinin surətindən görünür ki, X7 görə kursa həmin aylar üzrə hər ay 180 manat məbləğində vəsait ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apelyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verən dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. Hazırkı iş üzrə apelyasiya araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh himayəsindədir və Nizami Rayon Məhkəməsinin 16.112018- ci il tarixli 2(007)-4165/2018 saylı qətnaməsinə əsasən, X1 həmin uşaqların saxlanması üçün hər uşağa görə 500,00 manat olmaqla, cəmi 1500,00 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğ apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi çıxarılandan iş üzrə Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarı çıxarılan aralıqda iddiaçı ona alimentin hesablanmasına əsas olmuş gəlirlərinin formalaşdığı X17 Məktəbindən işdən azad olunmuş, həminməktəbin rəsm dərnəyində, çalışmır, X20 ilə əməkdaşlıq etmir, ordan məvacib almır, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını müəllim vəzifəsindən azad olunmuşdur. Həmçinin məhkəmə araşdırılması ilə müəyyən olunur ki, iddiaçı bir sıra psixoloji problemləri ilə bağlı psixoloq müalicəsi götürmüşdür. Eyni zamanda, hazırkı işə apelyasiya qaydasında baxılarkən Məhkəmə kollegiyası tərəfindən tərəflərə razılığa gəlmələri təklif olunmuş, cavabdeh hazırkı qətnamə ilə müəyyən edilmiş alimentin ödənilməsi halında barışıq sazişi bağlamağa razı olduqlarını bildirmiş, lakin iddiaçı tərəf bununla razılaşmamışdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ümumilikdə 1500,00 manat sabit pul məbləğində alimentin müəyyən olunduqdan sonra iddiaçının müntəzəm gəlirlərinin olmamasını, onun iş yerlərindən azad olmasının onun maddi vəziyyətində baş verən dəyişiklik kimi qiymətləndirib, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərini əsas götürərək iddiaçıdan sabit pul məbləğində tutulan alimentin məbləğinin dəyişdirilərək hər uşağa görə 250 manat məbləğində müəyyən edilməsi barədə düzgün nəticəyə gəldiyindən apelyasiya şikayətləri təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2586/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi onların apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar