Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1337/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilməmiş əmək haqqı və məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq-hesabın verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(010)-4142/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 592 saylı marşrutun istismarçısı olmuşdur və iddiaçı cavabdehə məxsus 592 saylı marşrut xəttində olan avtobusda 3 il müddətində sürücü işləmişdir. Qeyd edilən müddətdə cəmi bir dəfə 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmuşdur. İşlədiyi müddətdə cavabdeh cəmi bir dəfə 269 manat maaş ödəniş edib, həmçinin pandemiya dövründə isə cəmi 220 manat pul ödəmişdir. Qeyd olunmalıdır ki, 3 il müddətində cəmi 499 manat pul almışdır. Lakin işini itirməmək üçün cavabdehdən maaş tələb etməmişdir. Maaşının məbləğini isə daha sonra öyrənmişdir. 2021-ci ilin yanvar ayında işdən azad edilmiş və işdən çıxdığı gün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməmişdir, həmçinin qalıq əmək haqqı və son haqq-hesab ödənilməmiş, eyni zamanda bu günə qədər əmək kitabçası təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya üç il müddətində 9720 manat ödənilməmiş əmək haqqı qalmışdır və iddiaçı cavabdehdən dəfələrlə tələb etsə də həmin məbləği bu günə qədər iddiaçıya ödəməmişdir. Ona görə də cavabdehdən ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir. Bank tərəfindən verilmiş çıxarışdan da görünür ki, iddiaçı hesablanmış əmək haqqı düzgün verilməmişdir və cüzi hissəsi verilmişdir. Cavabdeh ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doqquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(010)- 4142/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 (min doqquz yüz otuz beş manat iyirmi qəpik), gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 (yeddi yüz otuz beş) manat, ümumilikdə 2670,20 (iki min altı yüz yetmiş manat iyirmi qəpik) manat qəpik tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, məhkəmə araşdırılması zamanı hər iki tərəfin izahatlarına və məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdehla əmək münasibətlərinin 3 il ərzində davam edilməsini iddia etsə də, tərəflər arasında əmək münasibətləri yaranmasının əsası olan və həmin münasibətləri tənzimləyən əmək müqaviləsi 01 dekabr 2019-cu il tarixdə bağlanmış, 08 yanvar 2021-ci il tarixdə əmək müqüviləsinə xitam verilmiş, həmin hallar həmçinin də mülki işin materiallarına əlavə olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 08 yanvar 2021-ci il tarixli əmək müqaviləsi bildirişi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin münasibətlərin daha əvvəl yaranmasına və rəsmi olaraq qeydə alınmasına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh işçi İddiaçı ilə 01 dekabr 2019-cu il tarixdə əsas iş yeri olmaqla avtobus sürücüsü vəzifəsi üzrə işçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil etməklə işəmuzd, müddətsiz olaraq əmək müqaviləsi bağlamışdır. İddiaçı işlədiyi dövr ərzində işəgötürən tərəfindən ona yalnız 489 manat ödənilməsini qeyd edir və işlədiyi dövr üçün ona ödənilməli olan 9720 manat ödənilməsini iddia edir. Cavabdeh X5 və onun nümayəndəsi və vəkili iddiaya olan etirazını əmək müqaviləsi ilə əhatə olunan dövr ərzində iddiaçının işəmuzd işlədiyi üçün həmin müddət ərzində müəyyən edilmiş iş saatlarından daha az saat işləməsi və bu səbəbdən də iddiaçıya ödənilmiş pul vəsaitini həmin saatlara uyğun olaraq, yəni nəzərdə tutulmuş aylıq 250 manatdan daha az hesablanmasına əsaslandırmışdır. İddiaya olan etirazın bu dəlilinə məhkəmə münasibət bildirərək qeyd etmişdir ki, istər məhkəmə araşdırılması zamanı tərəflərin verdiyi izahatlarında, istərsə də məhkəməyə təqdim olunmuş materiallara əsasən cavabdehin əmək müqaviləsi ilə əhatə olunmuş dövr ərzində iddiaçı işəmuzd işlədiyi üçün həmin müddət ərzində 250 manat əmək haqqının hansı saatlara uyğun olaraq ödənilməsini, hansı əsaslarla əmək haqqının daha az hesablanmasına, ümumiyyətlə əmək müqaviləsində hansı şərtlərə görə 250 manat əmək haqqının ödənilməsini, iş saatlarının hansı qaydada müəyyən edilməsinə, əmək müqaviləsində işçinin işəmuzd işlənməsi qeyd olunsa da, hər saat üçün nə qədər əmək haqqı hesablanmalı olduğunu, 250 manat aylıq əmək haqqının ödənilməsinin nəzərdə tutulması alınması üçün ayda nə qədər saat ərzində işləməli olduğu qeyd olunmamış, əmək haqqının yalnız işəmuzd şəkildə hesablanmasını göstərən cavabdeh hansı şərtlərə uyğun əmək haqqının hesablanmasına dair hər hansı mötəbər sübut və sənəd təqdim etməmişdir. Bundan əlavə cavabdeh iddiaçının müəyyən edildiyi saatlarından daha az işlənməsini qeyd etsə də, buna dair təqdim olunmuş aktlar və əmrlər cavabdehin özü tərəfindən tərtib olunub, hər hansı qaydada rəsmi oaraq qeydə alınmıyıb, möhürlənmiyib, digər sözlərlə hər hansı rəsmi sənədin əlamətlərini özündə əks etdirmirlər və məhkəmə tərəfindən həmin halı təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəməyə hər iki tərəfin təqdim olunmuş sənədlərə, o cümlədən əmək müqaviləsinin qeydə alınmasına dair və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişlərə, ödəniş tapşırıqlarına, hesabdan çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xx.xx.2021-ci il tarixədək: xx.xx.2020-ci il tarixdə - 108 manat, xx.xx.2020-ci il tarixdə - 100 manat, xx.xx.2020-ci il tarixdə -71.22 manat, xx.xx.2020-ci il tarixdə - 75 manat, 29 sentyabr 2020-ci il tarixdə 94.96 manat, 13 oktyabr 2020-ci il tarixdə - 3.50 manat, xx.xx.2020-ci il tarixdə - 95 manat, 08 yanvar 2021-ci il tarixdə - 219.85, xx.xx.2021-ci il tarixdə 220 manat, ümumilikdə 987,53 manat ödənilmişdir. Sonradan artıq hazırki mülki işə baxılması zamanı cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayı üçün əmək haqqı 32.17 manat, 2020-ci ilin aprel ayı üçün əmək haqqı 80.42 manat, 2020-ci ilin mart ayı üçün əmək haqqı 56.29 manat, 2020ci ilin may ayı üçün əmək haqqı 88.46 manat, 2021-ci ilin iyun ayı üçün əmək haqqı 24,13 manat, son haqq-hesab 45.80 manat ödənilmiş, ümumilikdə 327,27 manat ödənilmişdir. Beləliklə, yuxarıda müəyyən edilidyi kimi İddiaçı ümumi olaraq 13 ay ərzində işləmiş, həmin müddət ərzində bir dəfə rəsmi olaraq məzuniyyətə çıxmış, 12 ay ərzində ona hər ay 250 manat məbləğində nəzərdə tutulmuş əmək haqqının, ümumilikdə 3000 manat əmək haqqının və 250 manat məzuniyyət haqqının ödənilməli olduğunu nəzərə alaraq, həmin məbləğ əvəzinə 1314, 80 manat ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə araşdırılması zamanı, o cümlədən 02 noyabr 2021-ci il tarixdə bir neçə ayın ödənilməmiş əmək haqqısı ödənilmiş, həmin hal məhkəməyə təqdim olunmuş ödəniş tapşırıqlarında da öz əksini tapır. Həmin halı məhkəmə ödənilməli olan əmək haqqının ödənilməsinin gecikdirilməsinin etiraf kimi qiymətləndirməklə, ödənilməsi gecikdirilmiş əmək haqqının 08 yanvar 2021-ci il tarixdə 02 noyabr 2021-ci il tarixə qədər hər gecikdirilmiş günə əmək haqqının bir faizinin tutulmasını məqsədəmüvafiq hesab etmişdir. Aparılmış hesablamalara əsasən, həmin dövr üçün, o cümlədən 9 ay 24 gün üçün əmək haqqının 1% tutularaq (294x2,5=735), əmək haqqının gecikdirilməsi üçün ödənc 735 manat təşkil edir. İddiaçının ödənilməmiş əmək haqqının və sair tələbi qismən olaraq əsaslı olsa da, məhkəmə, iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə tənqidi yanaşaraq, həmin tələbi əsası kimi irəli sürülmüş dəlilləri əsassız saymış və hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının vahid kontekstdə mənəvi ziyanın vurulması həm mənəvi sarsıntı keçirməsi, həmdə ki, mənəvi iztirablara məruz qalması sübuta yetirilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hər bir mənəvi stressin, emosional gərginliyin keçirilməsi nəticə etibarı ilə şəxsin daha dərin psixoloji məhrumiyyətlərinə səbəb olan mənəvi iztirablarla nəticələnmədikdə, onun mənəvi zərərlə üzləşməsindən söhbət gedə bilməz. Başqa bir sözlə, şəxsin hər bir emosional stressin və gərginliyin keçirməsi onun mənəvi zərərə məruz qaldığına dəlalət etmir. Mənəvi zərərin vurulması şəxsiyyətin mənəvi komponentinə elə bir ağır və bir cox hallarda bərpaedilməz ziyanın vurulmasını nəzərədə tutur ki, bu halda şəxs nəinki emosional gərginlik halını keçirir və bu halda qalmaqda davam edir, eyni zamanda bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi halları müşahidə edilir. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.3, 9, 154, 172, 287; Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 80, 217.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına və «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarına istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin -iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilmsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə bilik tələb edən suallar olmasına baxmayaraq ekspertiza təyin etmədən primitiv hesablamalar apararaq işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində İddiaçı 13 ay ərzində işləməsini, hər ay 250 manat əmək haqqı almasını, eyni zamanda 250 manat məzuniyyət haqqı ödənilməli olduğunu göstərməsinə baxmayaraq (13x250=3250(əmək haqqı)+250(məzuniyyət haqqı) cəmi 3500(üç min beş yüz) nədənsə 3000 manatdan ödənilmiş 1314,80 manatı çıxaraq 1685,20 manat əmək haqqı+250 manat məzuniyyət pulu olmaqla cəmi 1935,20 manat pulun ödənilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi məhkəmənin hesablamaları nəzərə alınsa 1935,20 manat əmək haqqı və 250 manat məzuniyyət haqqı olmaqla cəmi 2185,20 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə qətnaməsində ödənilməsi gecikdirilmiş əmək haqqının 08 yanvar 2021-ci il tarixdə 02 noyabr 2021-ci il tarixə qədər hər gecikdirilmiş günə əmək haqqının bir faizinin tutulmasını məqsədəmüvafiq hesab etməsini, 9 ay 24 gün üçün əmək haqqının 1% tutularaq (294x2,5=735), əmək haqqının gecikdirilməsi üçün ödənc 735 manat təşkil etməsini göstərmişdir ki, məhkəmənin həmin mövqeyi də tam əsassızdır. Belə ki, iddia tələbinin artırılması barədə ərizədən də göründüyü kimi iddiaçı hər gecikdirilmiş gün üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bu isə qanunvericiliyin tələbinə əsasən o deməkdir ki, hər ay üçün ödənilməli əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməlidir. Yəni gecikdirilmiş hər bir ay üçün ayrı-ayrılıqda ödənilməli əmək haqqının ödənildiyi günə qədər(nəzərə alınsa ki, cavabdeh tərəfindən bu gündə həmin məbləğ ödənilməmiş, həmçinin qeyd edilən iddia tələbi təmin edildiyi halda həmin məbləğ icra qaydasında ödənildiyi günə münasibətdə hesablanaraq ödənəcəkdir) tutulacaq məbləğin 1% (bir faizi) məbləğində hesablanmalı, sonra həmin məbləğlər toplanaraq iddiaçıya ödənilməlidir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələbi nəzərə alınmaqla tərəflərindən aparılmış təxmini hesablamalara əsasən cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi günə qədər, yəni xx.xx.2021-ci il tarixinə kimi əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya təxminən 15000(on beş min) manatdan artıq pul ödənilməlidir. Nəzərə alınsa ki, cavabdeh tərəfindən bu gün də həmin məbləğ ödənilməmiş, həmçinin qeyd edilən iddia tələbi təmin edildiyi halda həmin məbləğ icra qaydasında ödənildiyi günə münasibətdə hesablanaraq ödənəcəkdir onda cavabdeh tərəfindən iddiaçıya əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləği 15000(on beş min) manatdan daha artıq məbləğ təşkil edəcəkdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmək münasibətinin əmək haqqının ödənilməsi ilə bağlı hissəsi “İşəmuzd” hesablanması müəyyən edilmişdir. Bəlli məsələdir ki, belə bir halda işçinin aylıq əmək haqqısı, iş günü müddətində onun yerinə yetirdiyi iş həcmindən asılıdır. Bu məbləğ əmək müqaviləsindən müəyyən edilmiş 250 manatdan çox da ola bilər, az da ola bilər. Digər tərəfdən “işəmuzd”u kənara qoyub, sırf əmək müqaviləsində qeyd olunan 250 manat aylıq maaşı olması baxımından yanaşılsa, əmək müqaviləsində qeyd olunan 250 manat bir ay üçün müəyyən edilmiş məbləğdir və bir ay üçün iş günlərinin sayı 21 gündür. Yəni işəmuzd ödənişi olmasa belə, ayda 250 manat iddiasını edən şəxs, əmək müqaviləsinin qüvvədə olduğu müddətdə hər ayda ən azından 21 gün işləməli idi. Məhkəməyə də hər ayda 21 gün işlədiyinə dair sübut təqdim etməlidir. Lakin işdə belə bir sübut mövcud deyildir. Tam əksinə onun bir ay belə olsun tam olaraq 21 gün işə çıxması olmamışdır. İşdən çıxmasına səbəb də işə vaxtı-vaxtında gələ bilməməsi olmuşdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il tarixə kimi iddiaçıya aid iş günlərinin cədvəlinə əsasən iddiaçı 2019-cu ilin dekabr ayında 4 gün, 2020-ci ilin yanvarında və fevralda–0 (işə çıxmamış), martda–7 gün, apreldə 10 gün, mayda 11 gün, iyunda-9 gün, iyulda 12 gün, avqustda–8 gün, sentyabrda 10 gün, oktyabrda–7 gün, noyabrda-8 gün,dekabrda 10 gün, 2021-ci ilin yanvar ayında 3 gün cəmi 95 gün işə çıxmışdır. Halbuki, 13 ay müddətində işçi ən azından 273 gün işə çıxmalı idi. Ona görə də məhkəmənin hesabladığı kimi işçi 3000 manat əmək haqqı alması üçün işlədiyi günlərin sayı 273 gün olması tələb olunur. Faktiki işlədiyi 95 gün olduğundan, ona hesablanmalı olan əmək haqqının həcmi 1.010,99 (3000:273x(95-3)) manat təşkil edir. Halbuki, bu müddət üçün ona 1.314,80 manat yəni 303,81 manat çox ödənilmişdir. Məhz bu fərq işçinin əmək haqqının işəmuzd ödənişlə hesablanmasından irəli gəlmişdir. Yəni əmək müqaviləsində qeyd olunan 250 manat maaşla deyil, işlədiyi gün ərzində yerinə yetirdiyi iş həcminə görə muzd hesablanmışdır. Ona görə də məhkəmə əmək müqaviləsi bildirişində qeyd olunan 250 manata nisbətdə mübahisəni həll edirdisə, onda qeyd olunanları da nəzərə almalı idi. Lakin məhkəmə qətnamə qəbul edərkən, işçiyə faktiki ödənişləri işəmuzd hesabla, əlavə hesablamaları isə aylıq maaşla götürdüyündən qeyri-normal bir şəkil alınmışdır. Bundan başqa işçiyə hesablanmış əmək haqqının ödənilməsinin gecikdirilməsi cavabdehin günahı üzündən baş verdiyinə dair işdə dəlil mövcud deyildir. Tam əksinə aylar üzrə əmək haqqı vaxtında hesablanmış, lakin maliyyə vəsaiti olmadığından ödənişlərin vaxtında təmin edilməsi mümkün olmamışdır. Həmçinin hazırda ödənişlə bağlı işəgötürənlə işçi arasında əmək mübahisəsi vardır və bu fərdi xarakter daşıyır. Bu baxımdan hakim qeyd edilən 172.5-ci maddəni düzgün şərh etməmiş və hazırkı mübahisə ilə bağlı səhv tətbiq etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən hər gecikdirilmiş günə hesablanmış vəsait düzgün hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, bu barədə məhkəməyə hər hansı məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsini iddianın təmin edilməyən, cavabdeh isə qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinin 1-ci bəndində əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən Cavabdeh işçi İddiaçı ilə 01 dekabr 2019-cu il tarixdə əsas iş yeri olmaqla avtobus sürücüsü vəzifəsi üzrə işçinin aylıq əmək haqqının məbləği 250 manat təşkil etməklə işəmuzd, müddətsiz olaraq əmək müqaviləsi bağlamışdır. Tərəflər arasında əmək münasibətləri yaranmasının əsası olan və həmin münasibətləri tənzimləyən əmək müqaviləsi 01 dekabr 2019-cu il tarixdə bağlanmış, 08 yanvar 2021-ci il tarixdə əmək müqüviləsinə xitam verilmişdir. İddiaçı X3 cavabdehə məxsus 592 saylı marşrut xəttində olan avtobusun sürücüsü kimi 3 il müddətində işləməsi, 3 il müddətində cəmi 499 manat pulun alınması və iddiaçıya üç il müddətində 9720 manat ödənilməli olan ödənilməmiş əmək haqqının tutulmasını və istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi olaraq ümumilikdə 9720 (doquz min yeddi yüz iyirmi) manat pulun, mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun tutulmasını iddia etmiş, cavabdeh isə iddiaya etiraz edərək əmək müqaviləsi ilə əhatə olunan dövr ərzində iddiaçı işəmuzd işlədiyi üçün həmin müddət ərzində müəyyən edilmiş iş saatlarından daha az saat işləməsi və bu səbəbdən də iddiaçıya ödənilməsi pul vəsaitini həmin saatlara uyğun olaraq, yəni nəzərdə tutulmuş aylıq 250 manatdan daha az hesablanmasına əsaslanmışdır. İş materiallarından görünür ki, 03 sentyabr 2020-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş “Bank of Baku”-ya təqdim edilmiş 2020-ci il iyul üçün əmək haqqının cədvəlinə əsasən İddiaçı iyul ayında 71.22 manat, 29 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 94,96 manat ödənilmişdir. 592 saylı marşrut xətti üzrə işçilərin məzuniyyət cədvəlinə uyğun olaraq İddiaçı məzuniyyətinin başlanma tarixi 01 sentyabr 2020-ci, məzuniyyətin bitmə tarixi 21 sentyabr 2020-ci il tarixi kimi qeyd edilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2019-cu ilin dekabr ayı üçün əmək haqqı 32.17 qəpik manat, 2020-ci ilin aprel ayı üçün əmək haqqı 80.42 qəpik manat, 2020-ci ilin mart ayı üçün əmək haqqı 56.29 qəpik manat, 2020-ci ilin may ayı üçün əmək haqqı 88.46 qəpik manat ödənilmişdir. 09 iyul 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin iyun ayı üçün əmək haqqı 108.00 manat ödənilmişdir. 08 yanvar 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayı üçün əmək haqqı 219.85 qəpik, 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən 2021-ci ilin yanvar ayı üçün əmək haqqı 24,13 qəpik manat ödənilmişdir. 02 noyabr 2021-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı son haqq-hesab üçün 45,80 manat ödənilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarına, hesabdan çıxarışlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xx.xx.2021-ci il tarixədək: xx.xx.2020-ci il tarixdə - 108 manat, xx.xx.2020-ci il tarixdə - 100 manat, xx.xx.2020-ci il tarixdə -71.22 manat, xx.xx.2020-ci il tarixdə - 75 manat, 29 sentyabr 2020-ci il tarixdə 94.96 manat, 13 oktyabr 2020-ci il tarixdə - 3.50 manat, xx.xx.2020-ci il tarixdə - 95 manat, 08 yanvar 2021ci il tarixdə - 219.85, xx.xx.2021-ci il tarixdə 220 manat, ümumilikdə 987,53 manat ödənilmişdir. Cavabdeh tərəfindən 2019-cu ilin dekabr ayı üçün əmək haqqı 32.17 manat, 2020-ci ilin aprel ayı üçün əmək haqqı 80.42 manat, 2020-ci ilin mart ayı üçün əmək haqqı 56.29 manat, 2020-ci ilin may ayı üçün əmək haqqı 88.46 manat, 2021-ci ilin iyun ayı üçün əmək haqqı 24,13 manat, son haqq-hesab 45.80 manat ödənilmiş, ümumilikdə 327,27 manat ödənilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi İddiaçı ümumi olaraq 13 ay ərzində işləmiş, həmin müddət ərzində bir dəfə rəsmi olaraq məzuniyyətə çıxmış, 12 ay ərzində ona hər ay 250 manat məbləğində nəzərdə tutulmuş əmək haqqının, ümumilikdə 3000 manat əmək haqqının və 250 manat məzuniyyət haqqının ödənilməli olduğunu nəzərə alaraq, həmin məbləğ əvəzinə 1314, 80 manat ödənilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində tutulmalı olan məbləğin ekspertiza təyin edilmədən düzgün hesablanmamasını qeyd etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının dəlillərinə qiymət verilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı mülki işin materiallarında olan sənədlər nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə haqq nə qədər təşkil etməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il (yəni iddiaya verilən tarixdən əvvəlki bir il) tarixədək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə haqq nə qədər təşkil etməsi, xx.xx.2021-ci il tarixinə ödənilməli olan son haqq-hesab nə qədər təşkil edir və həmin məbləğ ödənilmişdirmi. Əgər tam və ya qismən ödənilmişdirsə, ödəmə tarixləri müəyyənləşdirilməsi kimi suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 9/45 nömrəli, 14 aprel 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqi hissəsinda göstərildiyi kimi, iş materiallarında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə iddiaçının işlədiyi dövr ərzində əmək haqqı hesablanmasına dair cədvəllər, tabel uçot vərəqələri, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları), son haqq hesab barədə məlumat, tam olaraq öz əksini tapmamışdır. Təqdim edilmiş mövcud iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən əməyin ödənilməsi forması işəmuzd qeyd edilmiş və eyni zamanda aylıq əmək haqqının məbləği 250 manat (minimum əmək haqqı) göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, əmək müqaviləsi bildirişində əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) göstərilməmişdir. Ekspert qeyd edir ki, təqdim olunan iş materiallarında olan İddiaçı məxsus əmək haqqı üzrə bank hesabından çıxarış, işçilərin əmək haqqı cədvəlləri, ödəniş tapşırıqları və s. sənədələrə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 494.03 manat məbləğində əmək haqqı hesablanmış və ödənilmişdir. Eyni zamanda iş materiallarında olan yuxarıda qeyd olunan əmək haqqı üzrə bank hesabından çıxarış, işçilərin əmək haqqı cədvəlləri, ödəniş tapşırıqlar və s. sənədlərə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində işlədiyi günlərin sayına görə (iş materiallarında olan dispetçerlər tərəfindən imzalanmış akta əsasən ümumilikdə 99 iş günü) ümumlikdə 775.5 manat məbləğində (o cümlədən xx.xx.2021-ci il tarixədək 494.03 manat+həmin tarixdən xx.xx.2021-ci il tarixədək 281.47 manat) əmək haqqı hesablanmış və ödənilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 592 saylı marşurut xətti üzrə işçilərin məzuniyət cədvəli məlumatları və məzuniyyət əmrlərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə 21 gün məzuniyyət hüququndan istifadə etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası təqdim edilmiş ekspert rəyini işin müəyyən edilmiş halları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, hazırki rəydə ekspert İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə iddiaçının işlədiyi dövr ərzində əmək haqqı hesablanmasına dair cədvəllər, tabel uçot vərəqələri, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları), son haqq hesab barədə məlumat, tam olaraq öz əksini tapmaması, əmək müqaviləsi bildirişində əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) göstərilməməsi əsası ilə xx.xx.2019-cu il tarixli əmək müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə haqq nə qədər təşkil etməsi, sualını tam cavablandırmamış, digər suallara natamam cavab verərək iş materiallarında olan İddiaçı məxsus əmək haqqı üzrə bank hesabından çıxarış, işçilərin əmək haqqı cədvəlləri, ödəniş tapşırıqları və s. sənədələrə əsasən hesablama aparmışdır ki, bu da birinci instansiya məhkəməsinin iş materiallarında olan sənədlər üzrə apardığı hesablamalarla fərqlənir. Məhkəmə kollegiyası ekspert rəyinin məcburi olmamaqla rəyə digər sübutlar yanaşı hüquqi qiymət verilməsinə dair prosesual normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ümumi olaraq 13 ay ərzində işləməklə ona əmək haqqı və məzuniyyət haqqı qismində 1314, 80 manat ödənilməsinə dair hesablaması daha düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 manat tutulmasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin birinci instansiya məhkəməsinin gecikdirilmiş əmək haqqı üzrə ödənci 735 manat təşkil etməsinə dair nəticəsi ilə də razılaşır. Belə ki, məhkəmənin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi cavabdeh tərəfindən o cümlədən 02 noyabr 2021-ci il tarixdə bir neçə ayın ödənilməmiş əmək haqqısı ödənilmiş, həmin hal məhkəməyə təqdim olunmuş ödəniş tapşırılarında da öz əksini tapmışdır. Ödənilməsi gecikdirilmiş əmək haqqının 08 yanvar 2021-ci il tarixdə 02 noyabr 2021-ci il tarixə qədər hər gecikdirilmiş günə əmək haqqının bir faizinin tutulması aparılmış hesablamalara əsasən, həmin dövr üçün, o cümlədən 9 ay 24 gün üçün əmək haqqının 1% tutularaq (294x2,5=735), əmək haqqının gecikdirilməsi üçün ödənc 735 manat təşkil edir. İddiaçının cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi günə qədər, yəni xx.xx.2021-ci il tarixinə kimi əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məblərində iddiaçıya təxminən 15000(on beş min) manatdan artıq pul ödənilməli olmasına dair apellyasiya şikayətinin dəliləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, apellyator bu dəlilini cavabdeh tərəfindən qeyd edilən iddia tələbi təmin edildiyi halda həmin məbləğin icra qaydasında ödənildiyi günə münasibətdə hesablanaraq ödəniləcəyini nəzərə alaraq onda cavabdeh tərəfindən iddiaçıya əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləği 15000(on beş min) manatdan daha artıq məbləğ təşkil etməsi ilə əsaslandırmışdır ki, məhkəmə bu hesablamanı iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi təxmini olaraq hesabladığını qeyd edir və subyektiv mülahizəsi kimi qiymətləndirməklə hesab edir ki, bu dəlil birinci instansiya məhkəməsinin qətnaməsinin əmək haqqının gecikdirilmiş hər günü üçün tutulacaq məbləğin 1% (bir faizi) məbləğində iddiaçıya ödənilməsi hissəsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh hansı şərtlərə uyğun əmək haqqının hesablanmasını, həmçinin cavabdeh iddiaçının müəyyən edildiyi saatlarından daha az işlənməsini bildirsə də bu barədə hər hansı mötəbər sübut və sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd etdiyi kimi iddiaçının işlədiyi günlərinin az olması eləcə də iddiaçıya 250 manat əmək haqqının ödənilməsi öz təsdiqini tapmadığından cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində hesablanmış əmək haqqının ödənilməsinin gecikdirilməsi cavabdehin günahı üzündən baş vermədiyini bildirsə də apellyasiya şikayətinin davamında göstərmişdir ki, aylar üzrə əmək haqqı vaxtında hesablanmış, lakin maliyyə vəsaiti olmadığından ödənişlərin vaxtında təmin edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdeh tərəf ödənişlərin məhz öz təqsiri nəticəsində vaxtında edilməməsini təsdiq etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ödənilməmiş əmək haqqının və məzuniyyət haqqı qismində 1935,20 (bir min doqquz yüz otuz beş manat iyirmi qəpik), gecikdirilmiş əmək haqqı üzrə ödənc 735 (yeddi yüz otuz beş) manat, ümumilikdə 2670,20 (iki min altı yüz yetmiş manat iyirmi qəpik) manat qəpik tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin - mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində hesab edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərər vurulması mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu qanunvericiliyin mənasına görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(010)- 4142/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manatın 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə Cavabdeh tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə