Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1345/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2, Üçüncü şəxs "xxxx" Bankı ASC-nin nümayəndəsi X6, Üçüncü şəxs X7, Üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı X8 cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh2 iddiaçı X8 keçmiş həyat yoldaşıdır. Cavabdeh1 iddiaçı ilə cavabdehin övladıdır. Cavabdeh3 MMC ilə X12 arasında bağlanılmış 05 noyabr 2001-ci il tarixli müqaviləyə əsasən Kooperativ Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən MTK-nın tikilməkdə olan binasının İ korpus 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə X12 arasında bağlanılmış 05 noyabr 2001-ci il tarixli müqavilə və 03 avqust 2005-ci il tarixli əlavədən görünür ki, Kooperativ Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən MTK-nın tikilməkdə olan binasında 7 nömrəli mənzilin dəyərini tam ödədikdə 15,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə X12 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyriyaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə X8 payları müəyyən edilməsi; Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X8 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-571/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1761/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin təmin edlməməsi; iş üzrə Bakı Apellyasiya Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-571/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə mübahisəsi dövründə əmlakları Cavabdeh2 08 iyun 2023-cü il tarixdə qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İİİ korpusundakı sahəsi 15,5 kv.m olan qeyri-yaşayış sahəsini sifarişçiyə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İ korpusundakı 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, Sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Elektron Notariat” X3 Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 15 dekabr 2023-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. Astara rayonu, Pensər kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllə, ev 72-1, 7 saylı mənzil xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında 15,5 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X17 cavabdehlər "X30" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil, həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X13 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ehitibarın 1/2 hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X17 Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün 24.000 ABS dolları dəyərində olan İ korpus 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə iddiaçının pay hüququnun və Astara rayonu, Pensər kəndində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə "X30" MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində onun 1/2 hissədə; Astara rayonu, Pensər kəndində alqı-satqı edilmiş torpaq sahəsi üzərində onun 1/2 hissədə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb etdiyi əmlaklarla bağlı MTK-nin müqaviləsi, lakin çıxarış alınmayıb və maliyyə arayışına görə mənzilin pay haqqı tam məbləğdə ödənilmişdir. Qeyri-yaşayış sahəsi isə mənzil korporativ müqaviləsi əsasında əldə olunub, lakin çıxarışı yoxdur. Torpaq sahəsi isə alqısatqı müqaviləsi əsasında cavabdehin adına əldə olunmuş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində müqavilə dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh heç vaxt işləməmiş və o Rusiya Federasiyasında biznesmen olaraq işləmiş, pul göndərmişdir. Həmin əmlaklar da onun pulu hesabına satın alınmışdır. İddia müddətinin keçməsi ilə bağlı hissədə də o, 2021-ci ildə ölkəyə qayıtmış və nikahın pozulmasından 2021-ci ildə xəbər tutmuş və bu barədə qətnamənin surətini 2023-cıi ildə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən İ korpus 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-ci məhəllədə yerləşən sahəsi 15.5 kv.metr olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinə cavabdehin, 1/2 hissəsinə iddiaçının paylarının müəyyən edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh tərəflndən kassasiya şikayəti verilmiş, şikayət Ali Məhkəmənin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə mübahisəsi dövründə əmlkaların üzərinə həbs qoyulmamış və Cavabdeh2 bundan istifadə edərək əmlakları 08 iyun 2023-cü il tarixdə qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. İş üzrə yenidən sübutlar toplanarkən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-ci məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsi də mövcud olmuşdur. İş üzrə Cavabdeh2 08 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsini də qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Bununla yanaşı, iş üzrə Cavabdeh2 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi əsasında qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X13 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ekhtibarın payı tanınmalıdır. Daha sonra iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil, həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X13 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Səmədov Ekhtibarın 1/2 hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin və bu bağışlanma müqaviləsi əsasında yaranmış hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 15,5 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələr etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışın ləğv edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilməsi və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) X17 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qeyd edilən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edildiyindən, ümumi birgə mülkiyyət sayılır və həmin əmlaka tərəflərin (keçmiş ərarvadın) payları müəyyən edilməklə aralarında bölünməlidir. Bundan əlavə, müəyyən edilmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlaklar cavabdehlər arasında bağlanmış bağışlanma müqavilələri əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Hazırki iddianın predmetini həmin müqavilələrin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, keçmiş ər-arvad arasında hər birinin payı 1/2 olmaqla bölündüyündən, bu məsələnin yenidən sübüt edilməsinə hər hansı bir zərurət qalmamışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilən qətnamə ilə cavabdehin mülkiyyət hüquqları pozulmuşdur ona görə də iddia tələbi rədd olunaraq cavabdehin mülkiyyət hüquqlarının bərpa olunması zərurəti meydana gəlmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübutları qəbul etməməklə, onlara hüquqi qiymət verməməklə həqiqətə nail olmaq, işin hərtərəfli və obyektiv tədqiqi məqsədi daşıyan araşdırma aparmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-3755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlakların əsasında duran əqdlərə əsasən cavabdehin adına rəsmi dövlət reyestrində qeydə alınmış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır və belə olan halda müqavilələrin ləğv edilməsi vicdanlı alıcı Nərmin Məmmədovun mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən Yasamal Rayon Məhkəməsi birgə mülkiyyət kimi tanınmış əmlakın özgəninkiləşdirilməsi iddiaçının hüququnun pozulması kimi qəbul edilsə belə, bu pozuntu mübahisəli mənzili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçı, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı digər cavabdehə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna sahibdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 3755/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti təşkil edən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyriyaşayış sahəsi (qaraj) Cavabdeh1 tərəfindən özgəninkiləşdirilmişdir. Kollegiyanın sorğusuna əsasən daxil olmuş sənədlərdən müəyyən olunur ki, 22 kv.m.olan qaraj (hazırda 24.6 kv.m. təşkil edir) Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə X1. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil isə xx.xx.2024-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən X4. Məhkəmə kollegiyası tərəfindən "xxxx" Bankı ASC, X15 və X19 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" Bankı ASC-nin nümayəndəsi X16, üçüncü şəxs X15, üçüncü şəxs X19 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllə: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, X20 ilə X12 arasında 06 iyun 1993-cü il tarixdə, Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1052 nömrə ilə qeyd edilmiş nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3313/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, 1/2 hissədə X8 payları müəyyən edilməsi; Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha olan torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı X8 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. Göründüyü kimi qeyd edilən 3 əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, keçmiş ər-arvad arasında hər birinin payı 1/2 olmaqla bölündüyündən, bu məsələnin yenidən sübüt edilməsinə (qiymət verilməsinə) hər hansı bir zərurət qalmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Cavabdeh3 MMC ilə X12 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı sifarişçiyə verməyi, sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) istisna olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş digər əmlaklar keçmiş ər-arvad arasında hər birinin payı 1/2 olmaqla bölündüyündən, bu məsələnin yenidən sübüt edilməsinə (qiymət verilməsinə) hər hansı bir zərurət qalmaması nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 15,5 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində bağlanmış bağışlanma müqaviləsinin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsinə (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələrin etibarsızlığı, sonuncu müqavilə istisna olmaqla digər müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışlarının ləğvinə, yəni iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil Bakı həhər 29 saylı DNK-nın 4Ə-138 reyestr nömrəli xx.xx.2024-cü il tarixli ipoteka və alqı-satqı müqaviləsinə əsasən X10 adına, xx.xx.2024-cü il tarixdə isə Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda qaraj 24.6 kv.m. təşkil edir) 5 saylı Bakı “Asan xidmət” X2 adına özgəninkiləşdirilmişdir. Beləliklə müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri 4 əmlakdan ikisi, yəni, 3 otaqlı mənzil və 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda 24.6 kv.m. təşkil edir) məhkəmə çəkişmələri dövründə özgəninkiləşdirilmişdir. Bu hal istər ilk olaraq 3 əmlak üzrə payların müəyyən edilməsi iş üzrə, istərsə də sonradan payların müəyyən edilməsi ilə bağlı qaldırılmış iddia üzrə hazırki işə baxan məhkəmələrə məlum olmamışdır. Yeganə məlum olan hal, 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda 24.6 kv.m. təşkil edir) ilə bağlı olmuşdur ki, hazırki iş üzrə məhkəmə də onunla əlaqədar bağlanmış müqaviləni düzgün olaraq etibarsız saymışdır. Lakin hazırda həmin əmlak digər şəxsin adına mülkiyyət hüququ əsasında rəsmiləşdiyindən kollegiya bu əmlak üzrə payların müəyyən edilməsinə dair tələbin təmin edilməsini mümkün saymır. Məhkəmə kollegiyası bu qənaətə gəlməklə yanaşı həmçinin hesab edir ki, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda 24.6 kv.m. təşkil edir) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilə etibarsız hesab edilməsinə dair nəticə düzgün olsa da, iddiaçıya qeyd edilən qaraj sahəsinin satılması ilə bağlı hüquqlarının pozulması ilə əlaqədar müvafiq iddia qaldırması (alqı-satqı müqaviləsinin etibarsızlığı, payın müəyyən edilməsi və ya vurulmuş ziyanın tələbi) izah edilməlidir. Kollegiya bununla yanaşı vurğulayır ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzillə bağlı Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilə üzrə də gəlinmiş nəticə düzgün olsa da, hazırda həmin əmlak da digər şəxsin adına mülkiyyət hüququ əsasında rəsmiləşdiyindən və bu rəsmiləşmənin qanuniliyinə dair tələb irəli sürülmədiyi üçün kollegiya bu hissəyə qiymət verə bilməz. Lakin eyni zamanda iddiaçının bu alqı-satqı müqaviləsinin qanuniliyi və ya vurulmuş ziyanın tələbi ilə bağlı müvafiq iddia qaldırmaq hüquququnun olması da ona izah edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda qaraj 24.6 kv.m. təşkil edir) X17 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi hissə istisna olmaqla digər hiissələrdə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla sahəsi 22 kv.m.olan qaraj üzrə payların müəyyən edilməsi hissəsi istisna olmaqla qalan hissələrdə düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin istisna olan haldan başqa digər hissələr üzrə nəticəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (hazırda qaraj 24.6 kv.m. təşkil edir) X17 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünməsi və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. İddiaçıya qeyd edilən qaraj sahəsinin satılması ilə bağlı hüquqlarının pozulması ilə əlaqədar müvafiq iddia qaldırması (alqı-satqı müqaviləsinin etibarsızlığı, payın müəyyən edilməsi və ya vurulmuş ziyanın tələbi), mənzillə bağlı isə (alqı-satqı müqaviləsinin etibarsızlığı və ya vurulmuş ziyanın tələbi) izah edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3755/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə