Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1346/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin nümayəndəsi Aysel Əhmədovanın iştirakı ilə, İddiaçı Cavabdeh QSC-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Masallı şəhəri, Qarabağ küçəsi, ev № 22-də yerləşən 24 №-li mənzilin ipoteka ilə yüklü edilməsinə dair iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 40M000000021 №-li ipoteka müqaviləsi və həmin müqavilənin əsasında mənzilin ipoteka ilə yüklü edilməsinin reyestrdə qeydə alınması barədə RX seriyalı, ******* №-li reyestr çıxarışı etibarsız hesab olunsun və ipotekaya xitam verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Aysel Əhmədova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya şikayəti rədd olunmalıdır. Belə ki, iddia ərizəsi və apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinə görə ipoteka müqaviləsində əsas öhdəliyin ölçüsü (məbləği) göstərilməlidir, əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. İddiaçının tərəf olduğu ipoteka müqaviləsi kredit öhdəliyinin (bank ilə Rəhman Ağayevin arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətt müqaviləsindən əmələ gələn öhdəliyin) icrasının təmin edilməsi üçün bağlanmışdır. Lakin nə kredit xətt müqaviləsində, nə də ipoteka müqaviləsində əsas öhdəliyin məbləği göstərilməmiş, habelə ipoteka müqaviləsində əsas öhdəliyin məbləğini gələcəkdə müəyyən etmə qaydası göstərilməmişdir. Ona görə də ipoteka müqaviləsi etibarsız sayılmalıdır. Lakin müəyyən olunur ki, ipoteka müqaviləsinə əsas öhdəliyin məbləği göstərilib. Belə ki, müqavilənin 1.1-ci bəndində qeyd olunub ki, kredit xəttinin məbləği 50.000 ABŞ dollarıdır. Göründüyü kimi, ipoteka müqaviləsi bağlanarkən “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsinin göstərişinə əməl edilib. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1346/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver