Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1348/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X14rşı mülki iş üzrə (Açar sözlər: atanın icazəsi omadan uşağın ölkədən kənara çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X20 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X21 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X14rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5218/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Tərəflərin rəsmi nikahları pozulduqdan sonra xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladları olmuş, uşağın atası X17ması Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2267/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir. Hazırda xx.xx.2017-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsindədir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X14rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək X18 razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına və qaytarılmasına icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o və cavabdeh 05 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 24 iyun 2016-cı ildə onların nikahı pozulmuş və uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Onların birgə nikahlarından 30 iyun 2017-ci ildə anadan olmuş X6 adlı bir uşaqları vardır. O, uşağı X4 çox sevir, onun normal yaşayış tərzini təmin etmək üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şəraiti yaratmağa çalışır. Bunun üçün onu məşğələlərə, hazırlıqlara aparır. Uşağı tətildə xaricdə gəzməyə aparmaq istəyir, həm dünya görüşü artsın, həm də uşağın özü də onunla getmək istəyir. Uşağın xarici ölkəyə aparılması üçün cavabdehə dəfələrlə müraciət etsə də o buna razılıq verməmişdir. Cavabdehdən belə bir razılıq almaq onun üçün mümkün deyildir.
4. Cavabdeh məhkəməyə İddiaçı cavabdeh X14rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, sabiq həyat yoldaşı İddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikah bağlamış, 2016-cı il tarixədək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə yaşayışlarının mümkün olmadığı səbəbindən nikahları xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Boşandıqdan sonra 5 ay yenə də, bir yerdə yaşamış, lakin sonradan birgə yaşamaqlarının mümkün olmadığını görüb ayrılmışlar. Uşaq doğulandan sonra cavabdeh uşağın hansı xəstəxanada dünyaya gəlməsi, sosial şəbəkədən xəbər tutaraq “Oksigen” xəstəxanasına gedərək uşağın doğum haqqında tibbi şəhadətnaməsini aldı. Oğlunun anadan olması barədə tibbi şəhadətnamədə onun soyadı Quliyev, ata adı Behrouz yazılmışdır, lakin sabiq həyat yoldaşı oğluna 1 saylı Bakı Asan Xidmət X9 doğum haqqında şəhadətnamə alarkən ona məlum olmayan səbəbdən şəhadətnamədə oğlunun soyadı qanunazidd olaraq X12 qeyd etdirərək saxta sənəd əldə etmişdir. Bu sənəd sonradan oğluna verilmiş Azərbaycan Repsublikası vətəndaşının AZE seriyalı 18240934 saylı şəxsiyyət vəsiqəsində də öz əksini tapmışdır. Belə ki, istər doğum haqqında şəhadətnamədə istərsə də, şəxsiyyət vəsiqəsində Seyyedi Vəfai əvəzinə X12 qeyd edilmişdir. Bu məlumatlardan xəbəri olduqda sabiq həyat yoldaşının əldə etdiyi sənədlərdə təshihlər aparılması üçün o, min bir əzabla atalığının müəyyən edilməsi üçün maddi xərclərə məruz qalmağı ilə bahəm mənəvi əzablara düçar olmuşdur. Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ № 694624 saylı nikah haqqında şəhadətnamədə ərə, yəni ona Seyyidi Vefaei, sabiq həyat yoldaşına Quliyeva soyadı verilmişdir. Lakin sabiq həyat yodaşı 1 saylı Bakı Asan Xidmət X13 yalan məlumat verməklə xx.xx.2017-ci il tarixli təhrif olunmuş şəhadətnamədə oğlunun soyadını qanunazidd olaraq qəsdən X22 qeyd etdirərək saxta sənəd əldə etmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin təhrif olunmuş sənədi sonradan oğlunun şəxsiyyət vəsiqəsində də təhrif olunmasına zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də, onun xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulduğu, soyadı Quliyev (Seyyadi Vəfaei) əvəzinə Bəylər Behrouz oğlu, anası İddiaçı qeyd edilmişdir. Atalıq ərlə ananın nikahı haqqında təsdiq olunan tələblərini, həmçinin MPM-in 106.1 və 311-ci maddələrini rəhbər tutaraq onun cavabdeh X11 qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddiasını təmin edərək qeydiyyat orqanı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv olunması və yeni verilmiş doğum haqqında şəhadətnamədə oğlunun soyadı Seyyedi Vəfaei, atasının adı isə Cavabdeh olması barədə düzəlişlər aparılması öhdəliyinin qeydiyyat orqanın üzərinə qoyulması barədə iş 2(006)-2267/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamə çıxarmış və qətnamə icra olunmuşdur. Qeyd olunanlara rəğmən sabiq həyat yoldaşının xaricdə yaşayan rəfiqələri ilə görüşmək adı ilə oğlunu respublikadan xarici dövlətlərə sərbəst surətdə gedib-gəlmə hüquqlarının verilməsi barədə ona qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Doğma övladını atası ilə görüşmək imkanından məhrum edən ana hansı dünya görüşünə malikdir ki, övladını da xarici dövlətə aparmaqla dünya görüşünü artıracaq. Onun özünün dünya görüşünün artırılması ehtiyacı olması halda oğlunun dünya görüşünün artırılmasını iddia ərizəsində bildirməsi acı təəssüf doğurur. Qeyd olunanları nəzərə alaraq sabiq həyat yoldaşının onun övladını respublikadan xarici dövlətlərə sərbəst gedib-gəlmə hüquqlarının verilməsinə dair onun razılıq verməyinə dair iddiasıya qəti etirazını bildirir və məhkəmədən MPM-in və Ailə Məcəlləsinin maddə və müddəalarını rəhbər tutaraq iddianın təmin edilməməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5218/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək cavabdeh X18 razılığı olmadan müvəqqəti olaraq, anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getməsinə icazə verilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, himayəsində olan valideyn tərəfindən uşağın müvəqqəti olaraq xarici ölkəyə aparılmasında cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqları pozulur. Bu zaman isə himayəsində uşaq olan valideyn kimi iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq ezamiyyət, istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Uşağın da hər bir ölkə vətəndaşı kimi ölkə daxilində və xaricdə hərəkət etmək, istirahət və digər sosial təminat hüquqları vardır. Bunların həyata keçirilməsinin qarşısının alınması ədalətli olmamaqla qanuna və uşağın mənafeyinə uyğun hesab edilə bilməz.
7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin –cü hissəsinə, Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə, Ailə Məcəlləsinin 51.2, 51.4 və 60 –cı maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli 13 nömrəli qərarının 1.7-ci bəndinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(004)-5218/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxaran zaman işi obyektiv araşdırmamış, birtərəfli mövqedən çıxış etmişdir. Əlbəttə, məhkəmə praktikasında əksər hallarda bu kimi iddialar təmin olunur. Lakin qanunvericiliyin tələbi ondan ibarətdir ki, nə valideynlik hüquqları, nə də uşağın hüquları pozulmamalıdır. Məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmişdir, iddiaçının mütəmadi olaraq onun valideynlik hüquqlarının həyata keçirilməsində maneələrin yaratmasını nəzərə almamışdır. Hal-hazırda X21 öz oğlu ilə görüşə bilmir, onun tərbiyyəsində iştirak etməkdən məhrum olmuşdur. Belə olduğu halda birmənalı olaraq müəyyən etmək olar ki, iddiaçı uşağın hüquqlarını müdafiə etmək əvəzinə onu uşaqdan uzaqlaşdırmağa çalışır. Əgər avtomatik olaraq bu kimi iddialar təmin olunacaqdısa, məhkəməyə nə ehtiyac var idi və ümumiyyətlə bu razılığın verilməsini qanunvericilik niyə tələb edir? Sözsüz ki, bu kimi mübahisələr həll olunan zaman məhkəmələr uşağın mənafeindən çıxış edir. Lakin hər bir halda xaricə çıxışın verilməsi, xüsusilədə mübahisələndirilən qətnamədəki qeyri-müəyyən formulirovka ilə məqsədəuyğundur? Əlbəttə ki, xeyir və hal-hazırki mübahisə üzrə iddianın təmin edilməsi qeyri-müəyyən bir hal yaradır ki, nəticədə faktiki olaraq uşaq atasından məhrum oluna bilər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, uşağının normal yaşam tərzinin təmin edilməsi üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şərait yaratmağa çalışır, bunun üçün məşğələlərə, hazırlıqlara aparır. O, bununla tam razıdır və bütün vasitələrlə uşağın normal inkişaf etməsini dəstəkləyir. Lakin 5 yaşlı uşağın bu yaşda xaricə çıxarılması hansı maraqlarına uyğundur? Məgər 5 yaşında uşağın Azərbaycan Dövlətində normal inkişafına şərait yoxdur və o, mütləq xaricə çıxarılmalıdır? Belə bir iddia yeniyetmə uşağa dair olsaydı, bunu izah etmək olardı. Hal-hazırda uşağın xaricə çıxarılması hansı zərurətdən yaranmışdır? İddiaçı iddia ərizəsində uşağın hansı ölkəyə, hansı müddətə çıxarılması barədə heç bir məlumat verməmişdir, lakin faktiki olaraq 13 il müddətinə onun valideynlik hüquqlarının məhdudlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Qətnamənin təmin olunması üçün faktiki səbəb, zərurət qeyd olunmamışdır, qeyri-müəyyən ifadələr qeyd olunmuşdur. Mövqeyi uşağın xaricə çıxarılmasına maneə yaratmaq deyil. Sadəcə olaraq o, uşağın hara, hansı müddətə və kiminlə çıxarılmasını bilmək istəyir və buna onun haqqı var. Amma Qətnamə onu bu hüquqdan məhrum etmişdir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X18 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə cavabdeh uzun müddət nikahda olublar. Nikah pozulduqdan sonra uşaq dünyaya gəlib və cavabdehin bundan xəbəri olmamışdır. Cavabdeh bunu bildikdən sonra Bakıya gəlmişdir. Uşağın doğum haqqında şəhadətnaməsinin “ata” qrafasında cavabdehin adı qeyd edilməmişdir. Bundan sonra cavabdeh məhkəməyə müraciət edərək məhkəmə yolu ilə atalığını müəyyən etmişdir. Uşaq dünyaya gələndən iddiaçının fikrində olmuşdur ki, uşağı atadan uzaqlaşdırsın, onu atadan təcrid etsin. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra da bu maneələr aradan qaldırılmır, uşaqla görüş hüququ mütəmadi olaraq pozulur. Hal-hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində uşaqla görüş hüququ ilə bağlı məhkəmə işi vardır. Uşağın beş yaşı vardır və 5 ildir ki, uşaqla ünsiyyətlə bağlı problem yaşanır. Cavabdeh uşağın ümumiyyətlə xaricə çıxarılmasına etiraz etmir, uşağın hansı ölkəyə, hansı səbəbdən hansı müddətə çıxarılması ilə bağlı qətnamədə heç nə öz əksini tapmamışdır. Cavabdeh atalıq hüquqlarının məhdudlaşdırılmasını istəmir. Hər iki valideyn bərabər hüquqla uşağın müqəddəratını həll etməlidir. İdidiaçının xaricə uzun müddət ərzində getmə ehtimalı vardır. Qeyd edilənlərə əsasən hesab edirik ki, həmin birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X21 apellyasiya şikayətini müdafiə edərək uşağın ölkə hüdudlarından kənara çıxarılmasına etiraz etdiyini bildirmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
18.17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. 28-ci maddəsinin İİİ və İV hissələrinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Azərbaycan Respubliaksı Ailə Məcəlləsinin
20.51.2-ci və 51.4-cü maddələrinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 21.60.1, 60.2 və 60.3-cü maddələrinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər.
Azərbaycan Respubliaksı Miqrasiya Məcəlləsinin 22.11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 23.11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin
24.4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. 25.6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.
“Uşaq hüquqları haqqında” Qanunun
26. 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
27. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 28.19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
29. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi dövlət hakimiyyəti orqanlarından uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etmələrini, tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət vermələrini, həmin maraqların onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutmalarını tələb edir.
“Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı Qərarının
30.7.18-ci bəndində qeyd edilmişdir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Belə ki, tərəflərin faktiki münasibətlərdən olan xx.xx.2017-ci il təvəllüdlü X5 himayəsində olduğu İddiaçı ilə birlikdə konstitusion hüquq olan - azad hərəkət etmək hüququnu, yəni ölkədən çıxmaq hüququnu valideynləri bu məsələyə dair ümumi razılığa gəlmədiklərindən sərbəst həyata keçirə bilmir. Məhkəmə vurğulayır ki, bu kateqoriyadan olan işlərdə uşaqların maraqları, yəni azad hərəkət etmək hüquqları valideynlərin maraqlarından üstün tutulmalıdır, mübahisə, valideynlər arasındakı ziddiyyətli münasibətlərə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll edilməməlidir. 33.Çünki tərəflərin ümumi olan uşağın malik olduğu ən təməl hüquqlardan biri də valideyni ilə birlikdə ölkə hüdudlarında və hüdudlarından kənarda istirahət etmək, müalicə almaq, qohumlarına baş çəkmək və s. məqsədlə sərbəst hərəkət etmək hüququdur və onun bu hüququ yalnız qanundan irəli gələn çox ciddi əsasların mövcudluğunda və mötəbər sübutlarla dəstəkləndiyi hallarda hər hansı məhdudiyyətə məruz qala bilər. 34.Mülki işin araşdırması zamanı xx.xx.2017-ci il təvəllüdlü Seyyedi X1 hüququ olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilməmişdir. Belə ki, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyncavabdeh səfərin onun mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etmək yükünü daşımasına baxmayaraq məhkəməyə qeyd edilən halları təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. 35.Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 36.Məhkəmə apelyasiya şikayətində cavabdehin iddianın təmin edilməsinin valideynlik hququnun məhsudlaşdırılmasına əsas olacağna dair istinad etdiyi dəlil ilə əlaqədar isə qeyd edir ki, cavabdeh-valideynin uşaqla ünsiyyətdə olması hüququ uaşğın həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşağın fiziki, psixi sağlamlığı, dünyagörüşünün inkşafına xidmət etməklə, mənafeyinə zidd olmamalıdır. Bundan başqa, hazırda cavabdeh-valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəsini almış qətnamənin mövcudluğu müəyyən olunmur və belə olan halda cavabdehin uşağı ilə görüş vaxtı hər hansı qaydalarla məhdudlaşmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud vəziyyətdə verilən icazəni formal edən məhdudlaşdırıcı şərtlərin məhkəmə tərəfindən tətbiq edilməsinə zərurət yoxdur. 37.Beləliklə birinci instansiya məhkəməsi hazırki işin halları baxımından əsaslı olaraq uşağın iddiaçı ilə birlikdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına imkan verən əsasların mövcud olmadığı nəticəsinə gəlmişdir. 38.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5218/2022 saylı, 03 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X21 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov