Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-13507/2019 05.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi-vəkili X7, Cavabdeh iştirakları ilə, İddiаçı Fətullаyеvа Fidаn Əhmədəli qızının cаvаbdеh Fətullаyеv Nəsib Yаşаr оğlunа qаrşı “аlimеnt və əlаvə хərclərin ödənilməsi” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1370/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı Fətullаyеvа Fidаn Əhmədəli qızı cаvаbdеh Fətullаyеv Nəsib Yаşаr оğlunа qаrşı “аlimеnt və əlаvə хərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə müraciət еdərək, Cavabdeh birgə nikahdan olan övladları, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik, yaşına çatanadək saxlanılması üçün aylıq məvacibinin 1/4 hissəsi miqdarında alimentin, uşağın 3 yaşına çatanadək, iddiaçının saxlanılması üçün 200 manat alimentin və əlavə xərclər olaraq çəkilmiş və gələcəkdə çəkilməsi zəruri olan xərcin, yəni 16275,22 pulun və xx.xx.2017-ci tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 154 manat olmaqla, yaranmış borc olaraq 770 manat pulun birdəfəlik olaraq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən хаhiş еtmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1370/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, İddiaçı xeyrinə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında və xx xxxx 2017-ci il təvəllüdlü təvəllüdlü X1 3 yaşına çatanadək baxılması ilə əlaqədar olaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 683 (altı yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması, iddia tələbinin qalan hissədə rədd edilmiş, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə nikahda bir müddət yaşamalarına görə ona məlumdur ki, Cavabdeh aylıq əmək haqqı 1200 manat təşkil edir. Lakin məhkəmə prosesində o, aylıq əmək haqqının 400 manat olmasına dair arayış təqdim etmişdir. Bildirr ki, həmin arayış həqiqəti əks etdirmir. O, vergidən və alimentdən yayınaraq qəsdən öz aylıq əmək haqqını az yazdırararq əmək haqqınının digər hissəsini nəğd şəkildə əlinə alır. Cavabdehin aylıq əmək haqqı arayışda göstəriləndən dəfələrlə çoxdur. Cavabdeh övladını saxlamaq, onun saxlanması, müalicəsi üçün tələb olunan məsrəfləri qarşılamaq ixtyarındadır. Hal-hazırda o, xəstə uşağı ilə tək qalmış, övladının ağır xəstə olmasına, daim xüsusi qayğı və diqqət tələb etdiyinə baxmayaraq cavabdehdən heç bir maddi və mənəvi dəstək də görmür. Hazırda çox çıxılmaz vəziyyətdə qalıb. Buna görə də bilmir ki. uşağın yanında qalıb ona qulluq etsin, ya da gedib işləyib pul qazansın. Buna görə o da, xəstə övladı da çox əziyyət çəkir. Aldığı məvacib isə tələb olunan xərclərin cüzi hissəsini belə ödəmir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, prosessual qanun pozuntusu işə onun iştirakı olmadan baxılmasıdır. Belə ki, məhkəmə onun iştirakını təmin etməmiş və zəruri sübutları təqdim etmək imkanı olmamışdır. Yaşadığı ünvana məhkəmədən çağırış vərəqi gec daxıl olmuşdır.İkinci hal isə tələb olunan 683 manatdır. İddiaçı həmin tələbinə əsas olaraq xx.xx.2017-xx.xx.2018-ci il tarixlərdə məzuniyyətdə olmasını göstərmiş və həmin dövr üçün də aliment məbləğinin tutulmasını xahiş etmişdir. Övladı X1 həm doğum xərcləri, həm də doğumdan sonrakı bütün müalicə xərcləri sığorta tərəfindən ödənilmişdir. Belə ki, həmin tarixlərdə onların aralarında nikah pozulmamış və nikahın faktiki pozulması halı baş verməmişdir. Ailə münasibətləri normal qaydada mövcud olmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, tərəflərin apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə qismən ləğv edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahndan xx xxxx 2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bаkı şəhəri X12 Dеpаrtаmеntinin xx.xx.2019-cu il tarixli dövriyyə və ödənilmiş vergilər haqqında məktubdan görünür ki, Fətullаyеv Nəsib Yаşаr оğlunun (VÖEN **********) xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan fəaliyyət dövrü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən malların (iş və xidmətlərin) təqdim edilməsindən əldə etdiyi ümumi hasilatın həcmi 4800 manat təşkil etmiş və onun tərəfindən göstərilən dövr ərzində dövlət büdcəsinə isə 190 manat vergi məbləği ödənilmişdir. «X15» tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məlumatda qeyd olunur ki, xx.xx.2017 Məhəmməd Cavabdeh oğlu - yeni doğulmuş dönəmdə traxeoezafaqul fıstula səbəbi ilə əməliyyat etdikləri xəstə, qastroezafaqual reflü səbəbi ilə medikal müalicə alır. Müalicə sonrasında əgər şikayətləri davam edərsə və ya reflü davam edərsə, cərrahi əməliyyat planlanmaqdadır. Hal-hazırda medikal müalicənin 3-cü ayındadır, şikayətləri olmazsa 6cı ayına qədər müalicənin davam etdirilməsi planlanır. Nissen fundoplikasyon əməliyyatı planlanır. Əməliyyat qiyməti olaraq 5500 manatdır. (əməliyyat məsrəfləri, 5-7günliik əməliyyat sonrasmda yatış daxil deyil (təqribi qiymət 2500- 3000azn). X15 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktuba əsasən, Fidan Məmmədova xx.xx.2017-ci ildə klinikada keysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirmiş, 889 manat məbləğində məsrəfləri sığortalandığı “A-Group” sığorta şirkəti qarşılamış, əlavə analizlərə görə klinikaya 220 manat özü tərəfindən ödənilmişdir. Övladı X5 doğulduqdan sonra xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixə kimi klinikasının Neonatologiya şöbəsində müalicə almış, 12199 manat manat məbləğində xərclər “A-Group” sığorta şirkəti tərəfindən qarşılanmışdır. Eyni zamanda xx.xx.2017-ci il tarixdə “Traxeoezafaqul fistula” səbəbilə əməliyyat olunmuş, və bunun müqabilində 7818 manat vəsait xəstənin anası Fətuilayeva/X4 tərəfindən plastik kart vasitəsi ilə və nağd şəkildə ödənilmişdir. Bundan başqa “BLS X9” MMC tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh 400 anat məbləğində əmə haqqı alır və əmək haqqısından 5% məbləğində vergi tutulur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd dir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valildeynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Uşaq hüquqlarına dair BMT Konvensiyası»nın 3-cü maddəsinə görə, məhkəmələr uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Məhkəmə xüsusi ilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüquqi vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafeylərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsisinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin məcəllənin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. Məhkəmə uşağın qanunla qorunan mənafelərini, eləcə də, təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın xəstə olmasını, cavabdehin müntəzəm gəlirlərinin mövcudluğunu əsas tutaraq hesab edir ki, alimentin onun qazancının (başqa gəlirlərinin) ¼ hissəsində, eyni zamanda hər ay 50 manat sabit pul məbləğində tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bir ata kimi övladnın qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması,uşağının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının artan tələbatını təmin etməlidir. Bundan başqa kollegiya qeyd edir ki, Azərbaycan Respublikaslı Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 80.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Kollegiya qeyd edir ki, uşağın müalicəsi ilə bağlı olan tibbi xidmətlər üçün xərclənən pul vəsaitinin məhz əlavə xərc kimi qiymətləndirilməsi ailə qanunvericiliyi tərəfindən nəzərdə tutulmuşdur. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahından olan uşağın müalicəsinə uşağın müalicəsinə ümumilikdə 8038 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən, həmin məbləğin yarısı yəni 4019 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya cavabdehin apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddia tələbi əvvəlki dövr üzrə alimentin tutulmasına dair hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsisinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Kollegiya qeyd edir ki, son xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının alimentin ödənilməsi üçün iddiaçıya müraciət etməsi və iddiaçı tərəfindən alimentin ödənilməsindən boyun qaçırması faktı müəyyən edilməmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin məhkəmə bildirişlərinin ona gec çatdırılması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, onun iddia ərizəsində qeyd olunduğu və apellyasiya şikayətində göstərdiyi-qeydiyyatda olduğu ünvan 1 ünvana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Bununla da birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından (başqa gəlirlərinin) ¼ hissəsində, eyni zamanda hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsinə ümumilikdə çəkilmiş 8038 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən, həmin məbləğin yarısı yəni 4019 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi əvvəlki dövr üçün 683 manat pul vəsaitinin Cavabdeh tutulması hissəsində ləğv edilməli və həmin hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1370/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından (başqa gəlirlərinin) ¼ hissəsində, eyni zamanda hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsinə ümumilikdə çəkilmiş 8038 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən, həmin məbləğin yarısı yəni 4019 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi əvvəlki dövr üçün 683 manat pul vəsaitinin Cavabdeh tutulması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-13507/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-13507/2019
05.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver