Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1353/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1947/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə iddiaçıya vurulan zərərə görə 6432 manat pulun ödənilməsi öhdəliyinin qoyulması və iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1947/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxxxxxxxxxxx» ASC-dən İddiaçı xeyrinə 4.932 (dörd min doqquz yüz otuz iki) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumununödənilməsi qərara alınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, cəmiyyət tərəfindən “Nissan Pathfinder” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1300 (min üç yüz) manat, lakin iddiaçı tərəfindən vurulmuş zərər 6432 (altı min dörd yüz otuz iki) manat məbləğində müəyyənləşdirilmişdir, tərəflər arasında qiymətlə bağlı mübahisə olduğu halda, yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq qərar qəbul etmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli ekspert rəylərinin nəticələri eynilik təşkil edərək əsassız olaraq avtomobilə dəymiş zərərin məbləği 4932 (dörd min doqquz yüz otuz iki) manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəfin təqdim etdiyi qüsur aktına ümumiyyətlə münasibət bildirməmiş, yalnız iddiaçı tərəfin təqdim etmiş olduğu qüsur aktına əsaslanmışlar. Eləcə də cavabdeh qeyd etmişdir ki, avtomobil 2006-cı il buraxılışı olmasına baxmayaraq dəyişilməli olan ehtiyat hissələrinə amortizasiya (köhnəlmə əmsalı) tətbiq edilməmişdir. Bu səbəbdən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi F.Mustafazadə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili S.Bağırov apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdeh apelyasiya şikayətində dəyişilməli olan ehtiyat hissələrinə amortizasiya (köhnəlmə əmsalı) tətbiq edilməsini xahiş etmiş, həmçinin şikayətə hansısa ekspert rəyinin ksero surətini də qoşmuşdur. Cavabdehin həmin dəlili əsassızdır, belə ki, buraxılış ili köhnə olan avtomobillərə ehtiyat hissələri də çətin tapılır. Bu səbəbdən, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki işin materiallarında olan xx xxxxxx 2019-cu il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixində saat 09:46 radələrində “Cadillac” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Ə.Əliyev küçəsində düzgün ara məsafəsi seçməyib, qarşısında olan “Nissan” markalı **-LN-*** övlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “xxxxxxxxxxxxx” ASC-in zərərləri qiymətləndirmə şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli Dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 1.300 (bir min üç yüz) manatdır. İddiaçı tərəfindən təqdim edilmiş “Avtomobillərə texniki xidmət sahəsi” tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli Qüsur aktının surətindən görünür ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 6432 (altı min dörd yüz otuz iki) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, № 10526 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəymişdir. xx xxxx 2019-cu il tarixli məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək hər iki tərəfin təqdim etdiyi qüsur aktlarının nəzərə alınması həmin qəardadda göstərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, № 16286 nömrəli əlavə ekspertizanın nəticəsi üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Nissan Pathfinder” minik markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəymişdir. Mülki iş materiallarında olan hər iki ekspertizanın nəticəsi üzrə-Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli № 10526 nömrəli ekspert rəyi ilə xx xxxxxx 2019-cu il tarixli, № 16286 nömrəli əlavə ekspertizanın nəticəsi üzrə ekspert rəyi ilə “Nissan Pathfinder” minik markalı, **- LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) məbləğində maddi ziyan dəyməsi qeyd edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli,iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya qeyd edir ki, məhkəmədə X3 mülkiyyətində olan və özü tərəfindən idarə edilən, cavabdeh “xxxxxxxxxxxxx” ASC-də sığortalanmış “Cadillac SRX” markalı, 90NF646 dövlət qeydiyyat nişanlı avtomobil ilə mülki hüquq pozuntusu törətməsi, bu pozuntu nəticəsində İddiaçı mülkiyyətində və istifadəsində olan “Nissan Pathfinder” markalı, 99LN992 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəyməsi öz təsdiqi tapır və bu hal tərəflər arasında mübahisələndirilmir, lakin dəymiş ziyan hissəsində mübahisə mövcuddur. Qeyd edilən maddi zərər isə müvafiq ekspert rəyləri ilə 4932 manat (dəyişilməli hissələrin qiyməti 2782 manat, təmir işlərinin qiyməti 2150 manat) müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəməyə kifayət qədər güclü, biridigərini tamamlayan, yəni, təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübutlar təqdim etmədiyindən onun apelyasiya şikayəti təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1947/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsicavabdeh Azərbaycan Respublikası Dövlət X2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-1353/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1353/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver