Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1359/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, İddiaçı3 vəkili X3, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2, İddiaçı1, İddiaçı3 və "İddiaçı4" MMC-nin cavabdeh "xxxx" (Azərbaycan) ASC-yə qarşı "müqavilələrin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-4092/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" (Azərbaycan) ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4092/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ASC ilə X6 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 122937-1-10681 saylı “Baş kredit razılaşması”na əsasən öhdəliklərin icrasının təmin edilməsi barədə cavabdeh Bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 123515-NEDVİJ2622 saylı, xx.xx.2014-cü il tarixli, 123515-NEDVİJ-2623 saylı, İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 229607 saylı, xx.xx.2014-cü il tarixli, 229610 saylı, xx.xx.2014-cü il tarixli, 229613 saylı, xx.xx.2014-cü il tarixli, 229614 saylı, xx.xx.2014-cü il tarixli, 229615 saylı, xx.xx.2014cü il tarixli, 229617 saylı, xx.xx.2014-cü il tarixli, 229618 saylı, xx.xx.2014- cü il tarixli, 229620 saylı, xx.xx.2014-cü il tarixli, 229621 saylı, xx.xx.2014-cü il tarixli, 23324 saylı və İddiaçı3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23323 saylı “Daşınmaz əmlakın ipoteka müqavilə”ləri bağlanmamış hesab edilmiş, cavabdeh Bank ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014cü il tarixli, 111586-7-7076 saylı, İddiaçı4 MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 123521-G RAN-130 saylı və İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 123515-7-7072 saylı “Zaminlik müqavilə”lərinə xitam verilməsi, İddiaçı4 MMC arasında xx.xx.2014-cü il tarixli, 123521-3- 173 saylı və xx.xx.2014-cü il tarixli, 122937-3- 230 saylı “Dövriyyədəki malların girov müqavilə”lərinin bağlanmamış hesab edilməsi, ipoteka ilə yüklü edilmiş İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 88 saylı mənzilin, İddiaçı1nm mülkiyyətində olan, Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən, 30 saylı evin, 87 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 859 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1079 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1111 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 857 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1002 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 860 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1109 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1108 saylı mənzili, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 1100 saylı mənzilin, İddiaçı2 mülkiyyətində olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin, 491 saylı mənzilin və İddiaçı3 mülkiyyətində olan, Nizami rayonu, 8-ci km yaşayış sahəsi, Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzilinin yüklülüyü ləğv edilməsi qət edilmişdir. Cavabdeh "xxxx" (Azərbaycan) ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh "xxxx" (Azərbaycan) ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni, zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. İpoteka qoyan X1 eyni zamanda İddiaçı4 MMC-nin təsisçisidir və qanuni təmsilçi kimi zaminlik və girov müqaviləsi onun tərəfindən imzalanmışdır. Bundan əlavə, kredit alan şəxs, İddiaçı4 MMC adından xx.xx.2015-ci il tarixli möhürlü arayış banka təqdim etmişdir. Həmçinin iddiaçıları təmsil edən vəkillər eyni zamanda kredit alan X5 müdafiə edirlər ki, bu da onların bir-biri ilə əlaqəsini, eləcə də, müqavilə şərtlərinin onlara yaxşı məlum olmasını sübut edir. İş materiallarından göründüyü kimi, müqavilə şərtləri iddiaçılara məlum olsa da belə, onlar həqiqəti pərdələmək qərarına gəliblər və hazırki iddia ərizəsi hüquqdan sui-istifadə edilməsi məqsədi daşıyır ki, bu da qanunvericiliklə yolverilməzdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-4092/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması və birinci instansiya məhkəməsinin qənaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 vəkili X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər, onların vəkil və nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən (baş kredit razılaşması, ipoteka, girov, zaminlik müqavilələri və s.) görünür ki, Cavabdeh ASC ilə X6 arasında xx.xx.2014-cü il tarixdə 122937-1-10681 saylı baş kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Ş.Əsədova 120 ay müddətinə 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti olan məbləğdə kredit xətti açılmışdır. Cavabdeh bank ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixli 123515-NEDVİJ-2622 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 88 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixli 123515-NEDVİJ-2623 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsində yerləşən 30 saylı evin 87 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229607 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 859 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229610 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1079 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229613 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1111 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229614 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 857 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229615 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1002 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229617 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 860 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229618 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1109 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229620 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1108 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 229621 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 1100 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı3 arasında xx.xx.2014-cü il tarixli 23323 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu 8-ci km yaşayış sahəsi Əliağa Kürçaylı küçəsində yerləşən 5A saylı evin 95 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bank ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 23324 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində yerləşən 92A saylı evin 491 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, baş kredit razılaşması üzrə Ş.Əsədovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh bank ilə İddiaçı2 ilə xx.xx.2014-cü il tarixli 111586- 7-7076 saylı, İddiaçı4 MMC ilə xx.xx.2014-cü il tarixli 123521-G_RAN-130 saylı və İddiaçı1 ilə xx.xx.2014-cü il tarixli 123515-7-7072 saylı zaminlik müqavilələri bağlanmışdır. Bundan əlavə, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında xx.xx.2014-cü il tarixli 123521- 3-173 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Həmçinin, verilmiş kreditin təminatı üsulu kimi cavabdeh bank ilə İddiaçı4 MMC arasında xx.xx.2014-cü il tarixli 122937-3- 230 saylı dövriyyədəki malların girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı4 MMC-nin mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 88 ünvanda yerləşən mağazada olan mallar bankın xeyrinə girov qoyulmuşdur. Hazırda iddiaçılar cavabdehlə bağlanılan sözügedən əsas kredit xətti müqaviləsində faiz dərəcəsinin ümumiyyətlə göstərilmədiyini, sonradan onların razılığı alınmadan ******* ABŞ dolları ilə verildiyini və bununla da qanunverciliyin tələblərinin pozulduğunu, ipoteka və girov müqavilələrinin bağlanmamış hesab edilməsi, zaminlik müqavilələrinə xitam verilməsi, ipoteka predmetlərinin yüklülükdən azad edilməsinə dair qətnamə qəbul olunması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə müqavilələr bağlanandan sonra, zamin və ipoteka qoyana heç bir məlumat verilmədən və onlarla razılaşdırmadan, habelə ipoteka və zaminlik müqavilələrinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin təminatlar əsasında bankla Ş.Əsədov arasında bağlanmış xx.xx.2015-ci il tarixli 122937-1- 10681/2 saylı bərpa olunan kredit xətti müqaviləsinə əsasən Ş.Əsədova illik 12,5 % hesablanması şərti ilə 36 ay müddətinə 1.645.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, baş kredit razılaşması üzrə bərpa olunan kredit xətti müqaviləsi bağlanarkən ipoteka, girov qoyanlara və zaminlərə bu barədə məlumat verilməmiş, onların razılığı alınmamış, borcverənlə zaminlər və ipoteka qoyanlar arasında kredit məbləği, faiz həddi, kreditin verilmə müddəti və sair zəruri şərtlərin əks edildiyi müqavilə (saziş) bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Müqavilənin anlayışı isə Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx xxxxx 2014-cü il tarixli, 122937-1-10681 saylı “Baş Kredit Razılaşması”nın 5.1-ci maddəsinə əsasən kredit üzrə faizlərin miqdarı, ödənilməsi şərtləri və ödənişlərin silinməsi növbəliyi tərəflər arasında bağlanacaq kredit müqaviləsi ilə müəyyən ediləcək. Bu baxımdan məhkəmə kollegiyası sadalanan maddələrin tələblərini əsas tutub hesab edir ki, tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən əsas kredit müqaviləsi də niyyət razılaşması deyil, müqavilədir. Birinci instansiya məhkəməsi əsas kredit müqaviləsinin şərtlərini təfsir edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də bütün müvafiq halları, o cümlədən tərəflərin müqaviləyə qədərki danışıqlarını, sonrakı hərəkətlərini, cavabdeh Ş.Əsədova verilən 1.645.000 ABŞ dolları kreditin sazişdə göstərilən 5.000.000 manat məbləğində kreditin limitini aşmamasını, əsas kredit müqaviləsi üzrə hesablanacaq faizlərin tərəflər arasında olan razılaşmaya görə əlavə kredit müqaviləsi ilə tənzimlənməsini nəzərə almadan, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsini qanunverciliyin tələblərinin pozulması kimi göstrəib, sözügedən ipoteka, girov və zaminlik müqavilələrini müvafiq olaraq bağlanmamış hesab etməklə və xitam verməklə əslində Şamxal Əsədovun Cavabdeh ASC-yə olan 1.645.000 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Halbuki, müqavilə azadlığı və mülki dövriyyə iştirakçılarının sərbəst iradə ifadəsi prinsipinə uyğun olaraq mülki qanunvericilik imkan verir ki, tərəflər Mülki Məcəllədə sadalanan öhdəliklərin icrasının təminatı üsullarından fərqli təminat üsullarını öz aralarındakı müqavilədə nəzərdə tutsunlar. Hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir. Həmin Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminatı üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi ipoteka çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd edilməlidir ki, girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Girov və ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (Mülki Məcəllənin 269.11-ci maddəsi). Həmin Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.5-ci maddələrində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün əsas kredit müqaviləsində zəruri şərtlər ( məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Əsas kredit müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti- bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.1-48.1.5-ci maddələrinin mənasına görə ipotekaya- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; eləcə də bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan mənzilin ipotekasının ləğv edilməsi üçün qanuni əsaslar olmamışdır. Belə ki, iddiaçıların məsuliyyətinin artmasına və ya onlar üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin artması; kreditin faizinin artması; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan hallar baş verməmişdir. Həmçinin əlavə kredit müqaviləsi üzrə Şamxal Əsədova ayrılmış 1.645.000 ABŞ dolları əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 5.000.000 ABŞ dolları və ya manat ekvivalenti limitini aşmamışdır. Göründüyü kimi birinci instansiyası məhkəməsi sadalanan halları, eləcə də iddiaçıların xəbərləri olmadan bağlanmasını iddia etdikləri əlavə kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin konkret həcmi əsas kredit müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmasını nəzərə almamışdır. Əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 12,5 faiz dərəcəsinin, ona hesablanacaq cərimənin iddiaçılar ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi, ipotekasının, girovun və zaminliyin ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməz. İpoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktın müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınması zəruridir. Nəzərə alınmalıdır ki, yuxarıda sadalanan maddi hüquq normalarının məqsədi təminatla bağlı müqavilələrin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən ipoteka qoyana hüquqi müdafiə imkanının yaradılmasıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 4092/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1359/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1359/2020
18.02.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver