Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1360/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4216/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2ı cavabdeh “Azsığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilən sığorta ödənişinə görə İddiaçı1 7800 manat və İddiaçı2 5200 manat dəbbə pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 4216/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4216/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldurlar və onların adına VÖEN açılaraq vergi orqanlarında qeydiyyata alnmışdırlar.İddiaçıların hər ikisi sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfələrin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4216/2020 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilməli və mülki iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. İşdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından görünür ki, İddiaçı1 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alnmışdır. Bundan başqa Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından görünür ki, İddiaçı1 əsas fəaliyyəti ixtisaslaşdırılmış mağazalarda xalşa, Divar və döşəmə üçün örtüklərin pərakəndə satışı olmuşdur. İşdə olan Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından görünür ki, İddiaçı2 sahibkalıq fəaliyyəti ilə bağlı işlə məşğuldur və onun adına (VÖEN **********) xx.xx.2018-ci il tarixdə qeydiyyata alnmışdır. Bundan başqa Ədliyyə Nazirliyi Elektron Məhkəmə Portalından görünür ki, İddiaçı2 əsas fəaliyyəti ixtisaslaşdırılmış mağazalarda xalşa, Divar və döşəmə üçün örtüklərin pərakəndə satışı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan mübahisə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərdən yarandığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxxxxxx 2020-ci il tarixli 10N o-li Qərarının 8-ci bəndində qeyd edilmişdir ki,”Nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar.” Kollegiya qeyd edir ki, ümumi məhkəmə xx xxxxxx 2020-ci il tarixədək məhkəmə aidiyyəti qaydaların pozmaqla işi öz icraatına qəbul etmişdirsə, öz təşəbbüsü ilə və ya tərəflərin vəsatətinə əsasən işi aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərməlidir. Bu qayda, xx xxxxxx 2020-ci il tarixdən sonra aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlərə münasibətdə də qüvvədədir. Çünki MPM-in 31.2-ci maddəsində təsbit edilmişdir ki, MPM-in 32.2, 32.3 və 32.4- cü maddələrində müəyyən olunmuşdur ki, işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Ona görə də qətnamə ləğv edilməli, mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğundan iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4216/2020 saylı qətnaməsi həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan ləğv edilsin və mülki iş aidiyyatı üzrə Bakı kommersiya məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1360/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1360/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver