Məhkəmə qərarları › İş №2(103)-1368/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1368/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1368/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Qardaş Həsən oğlu, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Cavabdeh10, Cavabdeh9 Şayəddin oğlu, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN BDYPİ, X8 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: ər-arvadın birgə əmlakı, müqavilənin ləğvi, müqavilənin etibarsız hesab edilməsi, vicdanlı əldə edən) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh11, Paşayev Aİlahverdi Sahibəddin oğluna, Cavabdeh9 Şayəddin oğluna, Cavabdeh8, Cavabdeh7, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə, X8 hüquqi varisləri Cavabdeh2 və Cavabdeh3, Cavabdeh6, X11 qarşı (Bakı şəhəri 6 saylı notariat ofisi, Bakı şəhəri 11 saylı notariat ofisi, Bakı şəhəri 15 saylı notariat ofisi, Bakı şəhəri 27 saylı notariat ofisi, Bakı şəhəri 28 saylı notariat ofisi, Bakı şəhəri 38 saylı notariat ofisi, Bakı şəhəri 51 saylı notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 Bakı şəhər Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilələrin ləğv və etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-315/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə X5 1995-ci ildə nikaha daxil olmuş, birgə nikahdan 1996-cı ildə Kənan və 1998-ci ildə Diana anadan olmuş, əri Lütfəli 2016-cı ildə ad və soyadını dəyişərək Əli Quluzadə kimi rəsmiləşdirmişdir .

2. “İnfiniti FX35” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobil (bundan sonra – mübahisəli avtomobil) xx.xx.2007-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) xx.xx.2006-cı il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.2013cü il tarixdə iddiaçının xüsusi mülkiyyətinə keçmişdir.

3. Mübahisəli avtomobil xx.xx.2011-ci il tarixdə iddiaçının adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adında qeydiyyatda qalmaqla yalnız dövlət qeydiyyat nişanı dəyişdirilərək nəqliyyat vasitəsinə yeni **-VB-*** dövlət qeydiyyat nişanı təhkim olunmuş, xx.xx.2014-cü il tarixdə komisyon mağazada satılması üçün Cavabdeh2 adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı təhvil verilmiş, xx.xx.2014-cü il tarixdə hesab-arayış əsasında Cavabdeh8 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə **-BP-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, xx.xx.2019-cu il tarixdə isə avtomobil Cavabdeh8 adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanı dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 adına təkrar dövlət qeydiyyatına alınmışdır.

4. Mübahisəli mənzil 27 saylı notariat kontorunda 4Ə-01/187 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh3 adına qeydiyyata alınmış, 51 saylı notariat kontorunda bağlanmış 4ə122 reyestr nömrəli xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 mülkiyyətinə keçmişdir.

5. Mübahisəli torpaq sahəsi 11 saylı notariat kontorunda bağlanmış 4Ə/163 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına, 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına qeydiyyata alınmışdır. Əmlak hazırda sonuncunun mülkiyyətindədır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin 2011-ci il tarixdə dəyəri olmuş 32 000 manatın Cavabdeh2 alınaraq ona verilməsi; **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması; mübahisəli torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X18 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış, 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması; mübahisəli mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə X5 tərəfindən Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqısatqı müqaviləsinin ləğv olunması və qeyd olunan torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mülkiyyətində olmuş əmlaklar cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. Avtomobil xx.xx.2011-ci il tarixdə BDYPİ-də Cavabdeh2 adına alqı-satqı müqaviləsi əsasında sənədləşdirilmiş, həmin vaxt avtomobilin dəyəri 32 000 manat olmuş, Cavabdeh2 avtomobili xx.xx.2012-ci il tarixdə Cavabdeh9 Şayəddin oğluna satmış və pulunu mənimsəmiş, bununla da ona 32 000 manat maddi ziyan vurmuşdur. Bundan başqa, avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı Cavabdeh2 tərəfindən Cavabdeh9 verilmiş, daha sonra həmin qeydiyyat nişanı Cavabdeh10 məxsus “BMW-750" markalı avtomobilə təhkim olunmuşdur. Avtomobilin alqı-satqısı onun adından Cavabdeh3 tərəfindən saxta yolla tərtib olunmuş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, Rusiya Federasiyası, Tümen vilayəti, Xantı- Mansiysk vilayəti, Radujnıy şəhərində xx-xx/489000 nömrəli xx.xx.2010-cu il tarixdə hazırlanması adı ilə əldə olunmuş saxta etibarnaməyə əsasən guya o, Cavabdeh2 avtomobilə dair etibarnamə vermişdir. Halbuki, heç vaxt heç kəsə belə bir etibarnamə verməmişdir və bunu notarius K.V.Osipovun xx.xx.2020-ci il tarixli məktubu və həmin iş üzrə aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi də təsdiq edir. Mübahisəli torpaq sahəsi xx.xx.2013-cü il tarixdə 11 saylı DNK-da 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 tərəfindən Cavabdeh4 satılmış, bu zaman bir neçə saxta etibarnamələrdən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh3 adına 6 saylı notariat kontorunda xx.xx.2011-ci il tarixdə ƏN-İ seriyalı 287878 saylı saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər 38 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ötürülmüş, daha sonra isə həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər notarius E.H.Qurbanov tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qanunsuz etibarnamə ilə Cavabdeh2 tərəfindən X12 ötürülmüşdür. X18 da həmin etibarnamədən istifadə edərək torpaq sahəsini Cavabdeh4 satmışdır. Beləliklə, əmlaklara dair bağlanmış müqavilələrdən məlumatı və onlara razılığı olmamış, cavabdehlər bunları özbaşına etmişlər. Qeyd olunanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmuş və göstərdiyi faktlar öz əksini tapmışdır.

8. Cavabdehlər X6 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddia tələbinin tamamilə əsassız olduğundan rədd olunmasını xahiş etmişlər.

9. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil iddiaçıya məxsus olmuş, həmin avtomobil 2007-ci ildə alınmışdır. 2011-ci il tarixdə qardaşı Lütvəli ona öz tanışı vasitəsi ilə etibarnamə göndərmiş, o da, həmin etibarnaməni hava limanından götürmüşdür. Sonradan Lütvəli Cavabdeh2 2011-ci il tarixdə avtomobili öz adına keçirməsini, banka girov qoyaraq pul götürüb ona göndərməsini xahiş etmiş o da, avtomobili öz adına keçirmiş, bankdan pul götürüb qardaşı Lütfəliyə Dağıstan Respublikasında vermişdir. Həmin avtomobili adına keçirdikdən sonra iddiaçıya və qardaşı Lütfəliyə etibarnamə də vermişdir. Yəni hər ikisinin razılığı ilə adına avtomobil rəsmiləşdirilmişdir. Əgər qanunsuz olaraq maşını öz adına keçirsəydi, onda etibarnamə verməyə də ehtiyac qalmazdı. Sonradan həmin avtomobili qardaşı Lütfəlinin göstərişi ilə X1 və pulu Anar qardaşı Lütfəliyə vermişdir. Qardaşı Lütfəli (Əli) avtomobilin üzərində olan **-VL-*** qeydiyyat nişanını isə Sahibəddindən aldığı borcun əvəzinə ona vermişdir. Bu halı Sahibəddin də təsdiq etmişdir. İddiaçı hazırkı iddia tələbində göstərilən xüsusatlarla bağlı Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Nərimanov Rayon Polis İdarəsinin 2021-ci ilin yanvar ayında qəbul etdiyi qərarla “mübahisəli avtomobilin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cavabdeh2 və Cavabdeh3 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə xitam verilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, avtomobili sataraq pulu əldə edən şəxs iddiaçının əri X9r. Yəni, qərarla sübut olunmuşdur ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili onların razılığı ilə satmış və əldə olunmuş pul vəsaitini isə əri Əli (Lütfəli) Quliyevə vermişdir. Qərara əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərarın 13-cü bəndinə əsasən mübahisəli torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi Cavabdeh2 və X8 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, mərhum ataları X18 xx.xx.2014-ci il tarixdə Lütfəli (iddiaçının həyat yoldaşı) ilə birlikdə notariat kontoruna getmiş, orada torpağı Seyran adlı şəxsə satmışdır. Alınan pul Lütfəliyə verilmişdir, ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin satışından pulu əldə edən şəxs onun əri X24 (Quliyev Lütfəli) oğludur. Bu fakt şahid ifadələri, həmçinin cinayət işi materiallarında olan X24 (Quliyev Lütfəli) oğlunun özünün xətti ilə yazdığı imzası ilə təsdiq etdiyi ərizəsi ilə tam təsdiq olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil 70 Bakı səhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-ci il tarixdə Qulizadə Əli (Quliyev Lütvəli) tərəfindən qardaşı Zülfinin adına bağışlanmışdır. X30 (Quliyev Lütvəli) istəyi ilə banka girov qoyularaq, 50 000 manat kredit alınmışdır. Həmin pulu Əli Quluzadə (Quliyev Lütvəli) götürmüşdür. Bu hal Quluzadə Əlinin (Quliyev Lütvəli) öz ifadəsi və ərizəsi, şahid ifadələri ilə tam təsdiqini tapmışdır. Əli Quluzadə öz ifadəsində göstərmişdir ki, banka olan borcunu ödəyə bilməmişdir və qardaşı Cavabdeh2 müraciət etmişdir. Cavabdeh2 də pul vermiş və banka olan borcunu qaytarmışdır. Sonra qardaşı Cavabdeh3 ona verdiyi etibarnamə əsasında mənzili Cavabdeh11 adlı şəxsə satmış, evin satışından artıq qalan pul iddiaçının həyat yoldaşı Quliyev Lütvəliyə (Quluzadə Əliyə) verilmişdir. Qərara əsasən mənzilin ələ keçirilməsi xüsusatı üzrə aparılan cinayət təqibinə və cinayət işinin icraatına CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

10. İşə baxılarkən iddiaçının şikayətləri əsasında başlanmış cinayət işinin icraatına xitam verilməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Ceyhun Kərimovun xx.xx.2022-ci il tarixli qərar təqdim edilmişdir.

11. Həmin istintaq araşdırması zamanı alınmış məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/59 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli, ƏN-İ seriyalı, 287878 saylı etibarnamədə olan "imza" qrafasındakı imza və "Qulijeva" soyadı- İddiaçı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 12.İstintaq araşdırması zamanı müəyyən edilmişdir ki, etibarnaməyə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsi X18 və Cavabdeh2 tərəfindən satılmışdır. Bakı şəhəri 6 saylı notariat kontorundan verilmiş xx.xx.2011-ci il tarixli 7E/28071 reyestrdə qeydə alınmış etibarnamədə göstərilmişdir ki, İddiaçı həmin tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda qaynı Cavabdeh3 əmlak hüquqlarına dair baş etibarnamə vermişdir. Lakin 6 saylı notariat kontorundan verilmiş məktubdan görünür ki, xx.xx.2012-ci il tarixli 7E/28071 reyestrdə belə bir etibarnamə qeydiyyatdan keçməmişdir. Həmçinin müəyyən edilmişdir ki, etibarnamənin verildiyi tarixdə İddiaçı Azərbaycan Respublikası hüdudlarından kənarda olmuşdur. Həmin xüsusat üzrə dindirilmiş Cavabdeh3 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri 6 saylı notariat kontorundan verilmiş xx.xx.2011-ci il tarixli 7E/28071 reyestrdə qeydə alınmış etibarnamədən xəbəri olmamışdır, etibarnamə əsasında Cavabdeh3 Cavabdeh2 xx.xx.2012-ci il tarixdə etibarnamə vermişdir. xx.xx.2012-ci il tarixdə həmin etibarnamə əsasında Cavabdeh2 atası Qardaşxan Quliyevə etibarnamə vermişdir. Sonuncu etibarnamə əsasında torpaq sahəsi X18 tərəfindən Cavabdeh4 satılmışdır. Həmin torpaq sahəsi 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmışdır. İddiaçının mülkiyyətində olan mübahisəli mənzil Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 bağışlamış mənzilə dair çıxarış alınmış, xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da 4Ə-122 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh11 satmışdır.

13. Məhkəmə iclasında Cavabdeh11 göstərmişdir ki, ev almaq üçün Eldar adlı maklerə müraciət etmiş, o 3-4 ev göstərmişdir. Mübahisəli mənzilə baxmış, mənzili satan Ülvi olmuş, onu əvvəllər tanımamışdır. Pulunu verib mənzili almışdır. Eşitdiyinə görə Ülvinin qardaşı xəstə olduğundan mənzili satmışdır. Hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasında izahat vermiş Cavabdeh5 göstərmişdir ki, 25 ildir Badamdarda yaşayır. Torpaq sahəsi almaq üçün alqı-satqı şirkətinə müraciət etmişdir. Ağabəy adlı maklerin vasitəsi ilə mübahisəli torpaq sahəsini xx.xx.2013-cü ildə Cavabdeh4 130000 ABŞ dollarına almışdır. Seyranı ondan qabaq tanımamışdır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. 15.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-315/2022 nömrəli iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbləri təmin edilməmişdir. 16.Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu 1995-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahları dövründə tərəflər iş üzrə mübahisəli avtomobili, torpaq sahəsini və mənzili əldə etmişlər və əmlaklar iddiaçının adına qeydiyyatdan keçmişdir. Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu onkoloji xəstəliyə tutulmuş və müalicə xərclərini qarşılamaq məqsədi ilə qardaşları Cavabdeh2 və Cavabdeh3 yardımı ilə iddiaçının adından verilmiş saxta etibarnamələr əsasında mübahisəli daşınar və daşınmaz əmlakları özgəninkiləşdirmiş, əldə olunmuş pul vəsaitini müalicəsinə və bu məqsədlə götürdüyü borcların ödənilməsinə sərf etmişdir.

17. Məhkəmə iş üzrə araşdırılmış sübutlarla belə qənaətə gəlmişdir ki, iddiaçının adına qeydiyyatdan keçən, sonuncunun Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə birgə nikahları dövründə əldə edilmiş torpaq sahəsini və mənzili alqı-satqı anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatsız olmuş cavabdehlər Cavabdeh11 və Cavabdeh5 vicdanlı alıcıdırlar. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, iddiaçı Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olmuş, bu müddət ərzində birgə təsərrüfat aparmış, özgəninkiləşdirilən əmlakların pulu ailə ehtiyacları üçün sərf olunmuşdur. 18.Məhkəmə hesab etmişdir ki, mübahisə obyekti olan torpaq sahəsinin və mənzilin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışlar (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. İddiaçı qeyd olunan müqavilələrin etibarsızlığına dair əsaslı və şübhədən kənar sübutları məhkəməyə təqdim edə bilməmişdir. 19.Məhkəmə mübahisəli avtomobillə bağlı hissədə tələb qiymət verərək qeyd etmişdir ki, avtomobilin satılaraq əldə olunmuş vəsaitin ərinin xəstəliyinə sərf olunmasının 2012-ci ilin yay aylarında ona məlum olması iddiaçının ibtidai istintaqa vermiş olduğu ifadəsində birbaşa etiraf olunmuşdur. Həmin avtomobilin dəyərinin tələb olunmasının heç bir hüquqi əsası yoxdur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 20.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 148.2, 152.1, 157.2, 225.6, 324.1, 324.5, 337.1, Ailə Məcəlləsinin 33.1, 33.2, 33.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Şikayətdə işin halları, iddia ərizəsində göstərilənlər sadalanaraq, həmçinin qeyd edilmişdir ki, qətnamə əsassız və qanunsuzdur, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutlara düzgün qiymət verməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4227/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd etdiyi kimi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski pr-ti, ev 106-da yerləşən 2 otaqlı 70 saylı mənzil, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi və "İNFİNİTİ FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun mülkiyyətində olmuşdur. Sonradan isə həmin əmlaklar onun məlumatı və razılığı olmadan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində saxta sənədlər hazırlamaq yolu ilə onun mülkiyyətindən çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə ki, mülkiyyətində olan "İNFİNİTİ FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ-də onun mülkiyyətindən çıxarılaraq Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin vaxt avtomobilin dəyəri 32000 manat olmuşdur. Avtomobilin **-VL-*** dövlət qeydiyyat nişanı dəyişdirilərək ona yeni **-VB-*** qeydiyyat nişanı təhkim edilmişdir. O, bu alqı-satqını onun adından Cavabdeh3 tərəfindən saxta yolla tərtib olunmuş etibarnamə əsasında həyata keçirilmişdir. Belə ki, avtomobili Rusiya Federasiyası Tümen Vilayəti Xantı-Mansiysk vilayəti, Radujnıy şəhərində xx-xx/489000 nömrəli, xx.xx.2010-cu il tarixdə hazırlanması adı ilə əldə olunmuş saxta etibarnamə vasitəsilə özgəninkiləşdirmişlər. Etibarnaməyə əsasən guya o, Cavabdeh2 "İNFİNİTİ FX35" markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair etibarnamə vermişdir. Lakin, o heç vaxt heç kəsə belə bir etibarnamə verməmişdir. Bunu adından etibarnamənin təsdiq edilməsi qeyd olunan notarius K.V.Osipovun xx.xx.2020-ci il tarixli məktubu və həmin iş üzrə aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının 4/59 saylı rəyi də təsdiq edir. Qeyd olunan məktuba və rəyə əsasən həmin notarius belə bir etibarnamə təsdiq etməmiş və saxta etibarnamədə olan imza və "X31 kızı" yazıları Cavabdeh3 tərəfindən icra olunmuşdur. Avtomobilin alqı-satqısının saxtalaşdırılmasının digər halı ondan ibarətdir ki, Cavabdeh2 öz adına saxta yolla tərtib etdirdiyi etibarnamə ilə avtomobili özü özünə satmışdır. Cavabdeh2 isə sonradan həmin avtomobili xx.xx.2014-cü il tarixdə Cavabdeh8 satmış və pulunu da mənimsəmişdir. Həmin vaxt avtomobilə **-BP- *** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Daha sonra isə Cavabdeh8 həmin avtomobili xx.xx.2019-cu il tarixdə Cavabdeh7 satmışdır. Bununla da Cavabdeh2 ona 32000 manat dəyərində maddi ziyan vurmuşdur. Ona görə də, Cavabdeh2 onu vurduğu maddi ziyanı ödəməlidir. Bundan başqa isə mülkiyyətində olan "İNFİNİTİ FX35" markalı minik avtomobilinin**-VL-*** dövlət qeydiyyat nişanı Cavabdeh2 tərəfindən xx.xx.2012-ci il tarixdə Cavabdeh9 verilmiş, Cavabdeh9 həmin qeydiyyat nişanını özünə məxsus "Mazda" CX9 markalı avtomobilə, xx.xx.2013-cü il tarixdə isə özünə məxsus "X32" markalı avtomobilə təhkim etmiş, daha sonra xx.xx.2015-ci ildə həmin qeydiyyat nişanı Cavabdeh10 məxsus "Vaz-21214" markalı, daha sonra isə xx.xx.2018-ci ildə "BMW-750" markalı avtomobilə təhkim olunmuşdur. Hesab edir ki, **-VL-*** dövlət qeydiyyat nişanı adları qeyd olunan şəxslərin istifadəsindən alınaraq onun istifadəsinə qaytarılmalıdır. Bundan başqa, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi 29 mart 2013-cü il tarixdə 11 saylı DNK-da 4ə/163 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən guya onun adından etibarnamə ilə X18 tərəfindən Cavabdeh4 satılmışdır. Həmin torpaq sahəsi satılarkən bir neçə saxta etibarnamələrdən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh3 adına 6 saylı notariat kontorunda xx.xx.2011-ci il tarixdə ƏN-İ seriyalı, 287878 saylı saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər Cavabdeh3 tərəfindən 38 saylı notariat kontorunda xx.xx.2012-ci il tarixdə Cavabdeh2 ötürülmüş, daha sonra isə həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər notarius E.H.Qurbanov tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş qanunsuz etibarnamə ilə Cavabdeh2 tərəfindən X12 ötürülmüşdür. X18 da həmin etibarnamədən istifadə edərək torpaq sahəsini Cavabdeh4 satmışdır. Həmin iş üzrə araşdırması aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının 4/59 saylı rəyinə əsasən xx.xx.2011-ci il tarixli, ƏN-İ seriyalı, 287878 saylı etibarnamədə olan "İMZA" qrafasındakı imza və "Quliyeva" soyadı onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Etibarnamənin tərtibi zamanı notariat kontorunda Cavabdeh1 özünü onun adından təqdim etmişdir. Bundan sonra isə, həmin torpaq sahəsi 28 saylı Notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmışdır. Hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində 29 mart 2013-cü il tarixdə 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış 4Ə-1-289 reyestr nömrəli alğı-satqı müqaviləsi isə ləğv olunmalı və onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa olunmalıdır. Bundan başqa, mülkiyyətində olan Nərimanov rayonu F.X.Xoyski küçəsi ev 106, 70 saylı mənzil X5 tərəfindən Bakı şəhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Mənzil özgəninkiləşdirilərkən də saxta etibarnamədən istifadə olunmuşdur. Belə ki, adından Cavabdeh6 adına notarius A.K.Məmmədov tərəfindən (indiki 15 saylı notariat kontorunda) xx.xx.2013-cü il tarixdə saxta baş etibarnamə tərtib olunmuş, daha sonra həmin etibarnamədə müəyyən olunan səlahiyyətlər Cavabdeh6 tərəfindən 15 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə X3 ötürülmüşdür. X5 da həmin etibarnamədən istifadə edərək mənzili Cavabdeh3 bağışlamışdır. Həmin iş üzrə araşdırması aparılan cinayət işi üzrə istintaq orqanına təqdim olunmuş xx.xx.2017-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının 14827 saylı rəyinə əsasən xx.xx.2013-cü il tarixli etibarnamədə olan "İMZA" qrafasındakı imza, "Quliyeva" soyadı və ********** rəqəmləri onun tərəfindən deyil, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Etibarnamənin tərtibi zamanı notariat kontorunda Cavabdeh1 özünü onun adından təqdim etmişdir. Sonradan Cavabdeh3 adına həmin mənzilə dair çıxarış alınmışdır. Çıxarış alındıqdan sonra Cavabdeh3 qardaşı Cavabdeh2 (11 saylı notariat kontoru tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli etibarnamə) vasitəsilə həmin mənzili xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da 4Ə-122 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh11 adlı şəxsə satmışdır. Hesab edir ki, X5 tərəfindən Bakı şəhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh3 (qardaşı Cavabdeh2 vasitəsilə) ilə Cavabdeh11 arasında 51 saylı DNK-da bağlanmış xx.xx.2016-cı il tarixli 4Ə-122 reyestr nömrəli alğı-satqı müqaviləsi isə ləğv olunmalı və onun mənzil üzərində mülkiyyət hüquqları bərpa olunmalıdır. İddia tələbində qeyd olunan saxtakarlıq halları Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin baş müstəntiqi Ceyhun Kərimovun “Cinayət işinin icraatına xitam verilməsi haqqında” 11 mart 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. Məhkəmə həmin qərarda qeyd olunan bir sıra əsaslara istinad edərək göstərmişdir ki, onunla Əli Quliyev nikahda olduğundan və əmlaklar birgə nikahları dövründə əldə olunduğundan həmin əmlakların bir neçəsinin onun tərəfindən satılması dələduzluq cinayətini istisna edir. Lakin, məhkəmə nəzərə almamışdır ki, onun məlumatı olmadan satılan əmlakların satılmasında başlıca qanunsuz əməl həmin əmlakların satılmasında istifadə olunmuş etibarnamələrin saxta yollarla hazırlanması olmuşdur. Həmin faktla bağlı isə istintaq orqanı təqsirkar şəxsləri cinayət məsuliyyətinə cəlb etmə müddətləri ötdüyündən məsuliyyətə cəlb etməmişdir. Cinayət işində olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 14827 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən, ekspertizaya təqdim edilmiş. İddiaçı adından Cavabdeh6 adına verilmiş xx.xx.2013-ci il tarixli etibarnamədə "İMZA” qrafasındakı imza və “Quliyeva” soyadı, həmin etibarnamənin qeydiyyatdan keçdiyi 7E/8 reyestr jurnalının 25-ci vərəqəsində '“6642” sırada "İddiaçı" yazıları qarşısında “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza. "Quliyeva” soyadı və "**********” rəqəmləri- Cavabdeh1 tərəfindən icra olunmuşdur. Cinayət işi materiallarında olan Məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/59 saylı rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Rusiya Federasiyası Tümen vilayəti Xantı-Mansiysk Muxtar vilayəti Radujnıy şəhərində xx.xx.2010-cu il tarixli, 02- 01/489000 nömrəli etibarnamənin kserosurətində "Podlisğ” qarafasındakı imza və “X31 kızı” yazıları Cavabdeh3 tərəfindən icra olunmuşdur. ƏN-İ seriyalı 287878 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamənin kserosurətində "İMZA:" qrafasındakı imza və "Qulijeva" soyadı-İddiaçı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox, Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. ƏN-İ seriyalı 287378 nömrəli xx.xx.2011-ci il tarixli xx.xx.2009-cu il tarixli xx-xx/489000 nömrəli etibarnamənin kserosurətində “İMZA:" qrafasındakı imzanın və “Quliyeva” soyadının Quliyev Lütfəli (Quluzadə Əli) Qardaşxan oğlu tərəfindən icra olunub- olunmamasını tədqiqat prosesinin təsviri hissəsində 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. xx.xx.2009-cu il tarixli xx-xx/489000 nömrəli etibarnamənin kserosurətində olan “X31 kızı" yazılarında yazıların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. xx.xx.2009-cu if tarixli xx-xx/489000 nömrəli etibarnamənin kserosurətində "Podlisğ" qarafasındakı imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 cinayət işi materiallarında olan xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyası Tümen Vilayəti Xantı- Mansiysk Muxtar vilayəti Radujnıy şəhərində xx-xx/489000 nömrəli etibarnaməni saxtalaşdırmışdır. Həmin hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM 75.1.1cı maddəsinə əsasən, nəzərdə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə müddətin keçməsi ilə bağlı şəxs cinayət məsuliyyətindən azad edilir. Ona görə də Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 320.1-cı maddəsi ilə olan hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh3 həmin saxta sənəddən istifadə etməsi cinayət işi materialları ilə öz təsdiqini tapmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cinayət işi materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli 7E/28071 reyestr nömrəsi ilə qeydiyyatdan keçməyən etibarnamə əsasında Cavabdeh3 Cavabdeh2 xx.xx.2012-ci ıl tarixdə etibarnamə vermişdir. xx.xx.2012-ci il tarixdə həmin etibarnamə əsasında Cavabdeh2 atası Qardaşxan Quliyevə etibarnamə vermişdir. Sonuncu etibarnamə əsasında torpaq sahəsi X18 tərəfindən Cavabdeh4 satılmışdır. Cinayət işi materiallarında olan məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 4/59 saylı rəyində qeyd edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş. ƏN-l seriyalı 287878 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamənin kserosurətində "İMZA:” qrafasındakı imza və ‘'Quliyeva” soyadı-İddiaçı tərəfindən yox, Cavabdeh1 tərəfindən yox: Cavabdeh3 tərəfindən yox, Cavabdeh2 tərəlindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Etibarnamənin kserosurətində "İMZA" qrafasındakı imzanın və “Quliyeva" soyadının - Quliyev Lütfəli (Quluzadə Əli) Qardaşxan oğlu tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3- cü bəndində göstərilən səbəblərə görə müəyyən elmək mümkün olmamışdır. Məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə Mülki Məcəllənin və digər qanunvericilik aktlarının normalarına istinad edərək hesab etmişdir ki, iş üzrə mülkiyyətçinin deyil, əsasən vicdanlı alıcıların hüquqları müdafiə olunmalıdır. Lakin, işin faktiki halları baxımında qanunvericilik məhkəmənin bu mövqeyini təkzib edir. Belə ki, oxşar mübahisələrlə bağlı məhkəməyə tərəflərindən təqdim olunmuş qanuni qüvvəyə minmiş məhkəmə qərarları da bunu təsdiq edir. Belə ki, mübahisə ilə bağlı məhkəməyə tərəfimdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4429/2019 saylı, 30 aprel 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 6430/2019 saylı mülki iş üzrə xx.xx.2019 tarixli qərarı təqdim olunmuşdur. Ali Məhkəmənin həmin qərarında da qeyd olunmuşdur ki, “Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi əhəmiyyətsiz əqdlərə tətbiq edilə bilməz. Belə ki, həmin maddəyə əsasən əqd üzrə əldə edən şəxs reyestrdəki qeydin həqiqiliyinə əsaslanır. Əhəmiyyətsiz əqd nəticəsində aparılmış qeyd isə həqiqi hesab edilə bilməz. Çünki Mülki Məcəllə ilə imperativ qaydada müəyyən olunur ki, əhəmiyyətsiz əqd özü-özlüyündə və bağlandığı andan etibarsız əqddir və heç bir hüquqi nəticəyə səbəb olmur. Kollegiya qeyd etmişdir ki, əks yanaşma mülkiyyətin müdafiəsini mümkünsüz edir və mülkiyyətçinin məlumatı olmadan, saxta sənədlər əsasında və ya digər qanuna zidd şəkildə mülkiyyətin özgəninkiləşdirilməsinə şərait yaratmış olur.” Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsi əhəmiyyətsiz əqdlərə tətbiq edilə bilməz. Belə ki, həmin maddəyə əsasən əqd üzrə əldə edən şəxs reyestrdəki qeydin həqiqiliyinə əsaslanır. Əhəmiyyətsiz əqd nəticəsində aparılmış qeyd isə həqiqi hesab edilə bilməz. Çünki Mülki Məcəllə ilə imperativ qaydada müəyyən olunur ki, əhəmiyyətsiz əqd özü-özlüyündə və bağlandığı andan etibarsız əqddir və heç bir hüquqi nəticəyə səbəb olmur. Əks yanaşma mülkiyyətin müdafiəsini mümkünsüz edir və mülkiyyətçinin məlumatı olmadan, saxta sənədlər əsasında və ya digər qanuna zidd şəkildə mülkiyyətin özgəninkiləşdirilməsinə şərait yaratmış olur.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X15 (məruzəçi), X4 və X33) 2(102)-5359/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4227/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi iddia tələbinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X18 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış, 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi tələblərinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamə qalan hissələrdə, yəni iddia tələbinin “İnfiniti FX35” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobilin dəyərinin və **- VL-*** dövlət qeydiyyat nişanının qaytarılması tələbinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır.

28. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli avtomobillin satışından əldə olunmuş vəsaitin iddiaçının ərinin xəstəliyinə sərf olunduğu və iddiaçının uzun illər əvvəl bu barədə məlumatlı olduğu üçün məhkəmələr avtomobilin özgəninkiləşdirilməsindən əldə edilmiş pulun cavabdehlərdən tələb edilməsinin qanuni əsasının olmaması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Tələbin **-VL-*** dövlət qeydiyyat nişanının Cavabdeh10 alınaraq ona qaytarılması hissəsində məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticə ilə razılaşaraq bildirmişdir ki, hər hansı avtonəqliyyat vasitəsini fərqləndirmək üçün verilmiş və avtomobilə bərkidilən dövlət nömrə nişanının həmin nişanın əvvəllər vurulduğu avtomobilin keçmiş sahibi tərəfindən ayrıca əşya kimi başqasından tələb edilməsinin hüquqi əsası yoxdur.

29. İddianın digər tələbləri ilə əlaqədar məhkəmə kollegiyası vurğulamışdır ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların ilkin özgəninkiləşdirilməsi onun adından verilmiş saxta etibarnamələr əsasında aparılmışdır. Birinci instansiya məhkəməsi iddiaçının adına olmuş hər iki əmlakın ilkin olaraq saxta etibarnamələrlə özgəninkiləşdirildiyini işin mübahisəsiz halı kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmənin əqdin mülkiyyətçinin iradəsi olmadan, saxta etibarnamə əsasında özgəninkiləşdirildiyini müəyyən etdiyi halda, yuxarıda göstərilən əsaslarla etibarsızlıq tələblərini təmin etməməsi barədə gəldiyi nəticə ziddiyyətli olmaqla yanaşı, müvafiq hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarına uyğun deyil.

30. Nəzərə alınmalıdır ki, daşınmaz əşya mülkiyyətçisinin iradəsinə zidd olaraq digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra həmin əşyanı vicdanlı üçüncü şəxslərin əvəzli qaydada əldə etməsi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən sonuncu müqavilələrin etibarsızlığını istisna etsə də, bu hal birinci müqavilələrin etibarsız sayılmasından imtina edilməsi üçün qanuni əsas ola bilməz. Əksinə özgəninkiləşdirmə barədə birinci əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş şəxslərə zərər vurulmasında təqsirli olan şəxslərin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.

31. Digər tərəfdən birinci instansiya məhkəməsi iddiaçıya məxsus xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinin və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinin rədd olunmasını, həmçinin iddiaçının Quliyev Lütfəli (Qulizadə Əli) Qardaşxan oğlu ilə 1995-ci ildən sonuncunun vəfatına qədər ailə münasibətində olması, onların bu müddət ərzində birgə təsərrüfat aparması, özgəninkiləşdirilmiş əmlakların pulunun ailə ehtiyacları üçün sərf olunduğu ilə əsaslandırmışdır. Halbuki istinad olunan hallar əhəmiyyətsiz əqdin etibarsızlığının məhkəmə qaydada təsbit olunması barədə iddianın rədd edilməsi üçün deyil, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi, yəni tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaq və ya onun dəyərini pulla ödəmək öhdəliyinin olub-olmadığının müəyyən edilməsi zamanı hüquqi əhəmiyyət kəsb edə bilər.

32. İddia tələbinin iddiaçıya məxsus olmuş daşınmaz əşyalara dair sonradan bağlanmış alqı-satqı müqavilələrinin ləğvi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən işə baxan məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur.

33. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 14.2.1, 21, 140, 152.1, 225, 324.1, 324.2, 337.1, 337.5, 339.1, 421.1, 421.2, 422.1-ci maddələrinə, MPM-nin 14.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 385.1, 407.2, 416.1, 416.2, 418.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir.

Təkrar apelyasiya instansiyası məhkəməsindəki icraat

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsində vicdanlı alıcı barədə qeyd etmişdir. Birinci instansiya məhkəməsində və hal-hazırda da bildirirlər ki, burda vicdanlı alıcı məsələsi tətbiq oluna bilməz, çünki hər üç əmlakın özgəninkiləşdirilməsinin ilkin mərhələsi saxta yolla həyata keçirilmiş, yəni saxta etibarnamədən istifadə olunmuşdur. Bununla bağlı müvafiq araşdırma aparılmış, ekspertiza rəyləri mövcuddur. Ali Məhkəmə qərarında həmin hallara istinad edir. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı tərəfi olmadığı müqavilənin ləğvini tələb edir. Avtomobillə bağlı isə Ali Məhkəmənin bu hissədə qərarı vardır və həmin hissəni mübahisələndirə bilmirlər. Lakin məhkəmənin nəzərinə çatdırır ki, avtomobilin satışından sonra pulun hara xərclənməsi məsələsi qaldırılıb. Tərəf burda bir qədər susqunluq edibdir, məhkəmə də hesab edib ki, tərəf həmin halla razılaşıbdır. Lakin işin faktiki hallarından görünür ki, avtomobilin də satışı saxta etibarnamə əsasında həyata keçiribdir. Qarşı tərəfin mövqeyi ondan ibarətdir ki, guya bütün pullar iddiaçının ərinin xəstəlik məsrəfləri üçün xərclənibdir. Lakin bu hal şübhəsiz ki, özünümüdafiə xarakteri daşıyır. Nərimanov rayonu, Xoyski küçəsində olan mənzillə bağlı bildirir ki, 20 may 2014-cü il tarixində bağışlama müqaviləsi əsasında Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Sənədləşdirmə zamanı saxta etibarnamədən istifadə olunubdur. İddiaçı adından Cavabdeh6 adına 2013-cü il tarixində saxta etibarnamə hazırlanıbdır. Həmin saxta etibarnamə 2013-cü ildə ötürülür Lütfəlinin adına, daha sonra Lütfəli həmin etibarnamədən istifadədə edərək sənədləşməni Cavabdeh3 adına edir. Həmin hallar ekspert rəyləri ilə təsdiq olunur. Notariusda Cavabdeh3 həyat yoldaşı Cavabdeh1 İddiaçı adından iştirak edir. İddiaçının əsas məqsədi avtomobilin, evin geri qaytarılmasıdır. Bu əmlakların özgəninkiləşdirilməsinin əsasında saxta sənədlər olduğu üçün həmin sənədlərin ləğv olunmasını xahiş edir. Bundan başqa qanunvericilikdə qeyd edilmişdir ki, müqavilənin tərəflərindən başqa maraqlı şəxslər də müqavilənin ləğv olunması tələbini irəli sürə bilər. Səbail rayonu ərazisindəki torpaq sahəsi ilə bağlı hesab edir ki, dəymiş ziyan Bakı şəhəri 6 saylı Notariat Kontorundan, Cavabdeh3 və Cavabdeh2 tutulmalıdır. Mənzillə bağlı dəymiş ziyan Bakı şəhəri 15 saylı Notariat Kontorundan, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulmalıdır.

35. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, satılmış bütün əmlaklardan əldə edilmiş gəlir qardaşının xəstəlik məsrəflərinə xərclənibdir. Qardaşı xərçəng xəstəsi olubdur. Rəhmətə gedən qardaşının iki övladı univeristet bitiribdir. Qardaşı 3 dəfə beyin əməliyyatı, bir dəfə ağciyər əməliyyatı, bir dəfə çanaq əməliyyatı həyata keçiribdir. Bütün mülklərini qardaşı özü satıbdır. O, özü də özünə məxsus evini sataraq pulu qardaşına vermişdir. Qardaşı öz qaynına pul borclu idi, öz maşınını həmin pulun əvəzində ona vermişdir. Qardaşı Lütfəli 9 il müddətində nə satıbsa hamısını öz uşaqlarına, xəstəliklərinə xərcləmişdir.

36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər nümayəndələri məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

37. 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

38. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 39.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

41. 225-ci maddəsinə əsasən, Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

42. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

44. 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

46. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

47. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

48. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

50. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

54. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

Apelyasiya baxışının hədləri

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi barəsində xx.xx.2013-cü il tarixdə X18 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış, 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Cavabdeh5 arasında 28 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 21 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə 51 saylı DNK-da bağlanmış 40-122 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi” hissəsində ləğv edildiyindən və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanıldığından hazırda apellyasiya baxışının predmetini qətnamənin iddianın qeyd edilən hissəsi təşkil edir.

İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddia bu hissədə qismən təmin edilməlidir.

Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 106 saylı evin 70 saylı mənzili

60. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi X7 xahişi ilə Cavabdeh1 özünü İddiaçı kimi təqdim edərək iddiaçının adından mübahisəli mənzilə dair etibarnamənin Cavabdeh6 verilməsinin notariat qaydasında təsdiq edilməsinə nail olmuş, sonuncu isə öz növbəsində ona “etibar edilmiş” səlahiyyətləri xx.xx.2013-cü il tarixdə X10 ötürmüşdür. Bundan sonra xx.xx.2014-cü il tarixdə X16 ilə qardaşı Cavabdeh3 arasında bağışlama müqaviləsi bağlanılmış, sonuncu tərəfindən 50.000 manat məbləğində veriləcək kreditin təminatı olaraq mənzil bankın xeyrinə yüklü edilmişdir.

61. X16 ilə İddiaçı birgə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilin iddiaçının icazəsi olmadan özgəninkiləşdirilməsi faktı üzrə əməllərində AR CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından X7, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 barəsində aparılan cinayət təqibi üzrə icraata AR CPM 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Cavabdeh1 barəsində AR CM-nin 320.2-ci maddəsi ilə cinayət təqibinin başlanması AR CPM 39.1.3cü maddəsinə əsasən rədd edilmişdir.

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi

62. İşin müəyyən edilmiş hallarından göründüyü kimi reyestr nömrəsi ilə qeydiyyatdan keçməyən etibarnamə əsasında iddiaçı tərəfindən Zülfiəli Quliyevə, sonuncu tərəfindən Cavabdeh2, sonuncu tərəfindən isə Qardaşxan Quliyevə etibarnamə “verilmişdir”. Qardaşxan Quliyev verilmiş etibarnamə əsasında mübahisəli torpaq sahəsini Cavabdeh4 satmışdır. İddiaçı tərəfindən verilməsi araşdırılan etibarnamə üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ƏN-İ seriyalı 287878 nömrəli 31.010.2011-ci il tarixli etibarnamənin kserosurətində “İMZA:” qrafasındakı imzanın və “Quliyeva” soyadının nə iddiaçı, nə də cavabdehlər tərəfindən icra edildiyi müəyyən edilmişdir.

63. X16 ilə İddiaçı birgə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinin ələ keçirilməsi faktı üzrə əməllərində AR CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından X7, Cavabdeh2 və X8 barəsində aparılan cinayət təqibi üzrə icraata da AR CPM 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

64. Birinci instansiya məhkəməsi qeyd edilən daşınmaz əmlaklara dair bağlanmış bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbini rədd edərkən ilk növbədə iş üzrə cavabdeh olan sonuncu alıcıların həmin müqavilələrin bağlanması anında dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına əsaslanan və həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olan satıcılarla bağlanmış alqı-satqı müqavilələri əsasında əldə etmələri, digər cavabdehlər X7, Cavabdeh2, X8 və Cavabdeh3 qanunazidd əməlləri barədə məlumatlarının olmaması və bununla da, vicdanlı alıcı olmalarına əsaslanmışdır.

65. Birinci instansiya məhkəməsi iddiaçıya birgə mülkiyyət hüququ ilə məxsus olmuş əmlakların ilkin olaraq saxta etibarnamə ilə özgəninkiləşdirildiyini işin mübahisəsiz halı kimi qəbul etməsinə baxmayaraq bu iki əqdin etibarsız hesab edilməsinə dair tələblərin rədd edilməli olması barədə ziddiyyətli nəticəyə gəlmişdir.

66. Halbuki mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır.

67. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olub-olmaması aydınlaşdırılmalıdır. Mülki qanunvericilikdə əqdin təmsilçi vasitəsi ilə bağlanması imkanı nəzərdə tutulsa da hazırkı işdə mübahisələndirilən müqavilələrin bağlanması zamanı istifadə edilmiş etibarnamələrin iddiaçı tərəfindən verilmədiyi müəyyən edilmişdir. Belə olan halda həmin əmlakları özgəninkiləşdirmək hüququna malik olmayan subyektlərlə bağlanmış müqavilə etibarsızdır (əhəmiyyətsizdir). Mübahisələndirilən digər əqdlərə münasibətdə işin hallarının başqa cür olmasının da sözügedən müqavilələrin etibarsızlığının (əhəmiyyətsizliyinin) məhkəmə qaydasında təsdiq edilməsinə təsiri yoxdur.

68. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş bağışlama müqaviləsi etibarsız hesab edilməli və bu müqaviləyə əsasən Cavabdeh3 adına tərtib olunmuş çıxarış ləğv edilməlidir. Həmçinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə İddiaçı adından verilmiş etibarnamə əsasında X18 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqaviləyə əsasən Cavabdeh4 adına tərtib olunmuş çıxarış ləğv edilməlidir.

69. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) hazırki mübahisəyə tətbiqi ilə əlaqədar ilk öncə qeyd edir ki, mübahisəli əmlakın, sonrakı əldə edənləri vicdanlı əldə edən olduqları üçün, bu Məcəllənin 157.3-cü maddəsinə əsasən əvvəlki vəziyyətə qaytarılması mümkün deyildir. Ona görə ki, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur və bu qaydalar vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməməlidir.

70. Bundan başqa hazırki qətnamə ilə etibarsızlığı təsdiq edilmiş əqdlər üzrə də Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın tətbiq edilməsi mümkün deyildir.

71. Belə ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının və öz adından mübahisəli bağışlama müqaviləsini bağlayan X7 niyyəti müqaviləni bağlamaqla qarşı tərəfi-hədiyyə alanı zənginləşdirməkdən ibarət deyildir. Belə ki, cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən müəyyən edilmişdir ki, bankın xeyrinə yüklü edilmiş mənzil müqabilində verilmiş 50.000 manat məbləğində pul Əli Quluzadə tərəfindən götürülmüşdür. Pulun onun tərəfindən götürülməsi digər cavabdehlər və özü tərəfindən təsdiq edilmişdir. Sonradan banka olan borcu ödəyə bilmədiyi üçün Əli Quluzadə qardaşı Cavabdeh2 müraciət etmiş, Ülvi də pul verib banka olan borcunu bağlamışdır.

72. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi ilə əlaqədar müəyyən edilmiş hallardan və yuxarıda qeyd edilən qərardan da görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin satışından pulu əldə edən şəxs əri X16 olmuşdur. Bu fakt şahid ifadələri, həmçinin cinayət işinin materiallarında olan Əli Quluzadənin öz xətti ilə yazdığı və imzaladığı ərizəsi ilə təsdiq olunmuşdur.

73. Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh4 ilə Cavabdeh5 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunmasına dair iddia tələbləri ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, kollegiya kassasiya instansiyası məhkəməsinin verdiyi məcburi göstərişlərinə əsasən iddiaçı tərəflə mübahisələndirilən əqdlərlə bağlı əldə etmək istədiyi hüquqi nəticəni müzakirə etmiş, o, hazırki tələbini, müqavilənin ləğv olunmasının tərəfi olduğu şəxslərdən başqa maraqlı şəxslər tərəfindən tələb edilməsinin mümkün olması ilə əsaslandırmışdır.

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrinə istinad edərək məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, müqavilənin ləğvini yalnız həmin müqavilə üzrə tərəf olan şəxs tələb edə bilər. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçı, müqavilələrin ləğv edilməsi barədə tələbi irəli sürmək üzrə müqavilə tərəfi olmadığı üçün subyektiv hüquqa malik deyildir.

75. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

76. Beləliklə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

77. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın bu hissədə, yəni müqavilələrin ləğv edilməsi hissəsində, tələbi əqdlərin etibarsızlığına dair maddi hüquq normaları ilə deyil, iddiaçının tələbinə uyğun gələn qanuni əsasının dispozisiya şərtləri üzrə yoxlamaqla, rədd edilməsi qənaətinə gəlir.

78. İddianın “müqavilələrin ləğv edilməsi” hissəsində rədd edilməli olması barədə gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə bu tələbdən doğan digər tələbləri (bu müqavilələr üzrə torpaq sahəsi və mənzilə dair mülkiyyət hüquqlarına dair tərtib edilmiş çıxarışların etibarsız hesab edilməsi) ilə əlaqədar münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

79. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-315/2022 saylı, 18 mart 2022-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia bu hissədə qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixdə X18 ilə Cavabdeh4 arasında 11 saylı DNK-da bağlanmış 4ə/163 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və bu müqaviləyə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü tarixdə Cavabdeh4 adına qeydiyyata alınmış çıxarış ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 106, 70 saylı mənzilə dair Bakı şəhəri 27 saylı Notariat kontorunda xx.xx.2014-cü il tarixdə Cavabdeh3 adına tərtib olunmuş 4ə-01/187 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin və bu müqaviləyə əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü tarixdə Cavabdeh3 adına qeydiyyata alınmış çıxarış ləğv edilsin. İddia digər hissədə, yəni “Cavabdeh3 ilə Cavabdeh11 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh4 ilə Cavabdeh5 arasında xx.xx.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması və bu müqavilələrə əsasən tərtib edilmiş mülkiyyət hüquqlarına dair çıxarışların etibarsız hesab edilməsi” hissəsində rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmdov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar