Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1372/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayıl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2,onun vəkili X7 iştirakı ilə, “xxxx” ASC-nin cavabdeh Akif Ağamirzə oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında mülki işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1423 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Akif Ağamirzə oğlundan 6506 (alt min beş yüz altı) manat sığorta ödənişi məbləğində və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində manat dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, “xxxx” ASC cavabdeh Akif Ağamirzə oğluna qarşı 6506 manat məbləğində sığorta ödənişi məbləği və 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində, Bakı şəhəri, Yasamal rayonu. S.Tağızadə küçəsində Akif Ağamirzə oğlu, “Kamaz” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 3(004)-268/12 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən, Akif Ağamirzə oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin idarə etmə hüququnun 1 il müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafıq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 6506 (altı min beş yüz altı) manat sığorta ödənişi həyata keçirilmişdir və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin olunması xahiş edilmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu qətnaməsindən cavabdeh Akif Ağamirzə oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki birinci instansiya məhkəməsi hazırkı mülki işə baxarkən yol verdiyi prosessual pozuntuların və maddi normaları düzgün təfsir edə bilməməsinin məntiqi nəticəsi olaraq məhkəməyə təqdim edilmiş mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, sübutlara düzgün qiymət verməyərək əsassız qətnamə çıxarmışdır. Kollegiyanın iclasında çıxış edən cavabdeh Akif Ağamirzə oğlu izahatında bildirmişdir ki, hazırkı işə onun iştirakı olmadan baxılmışdır, çəkişmə prinsipi təmin edilməmişdir. Ekspertizanın keçirilməsi labüd olduğu hadla məhkəmə bunu qərəzli olaraq etməmişdir.Bundan başqa iddia müddətinin ötürülməsini gördüyü halda tətbiq etməmişdir. üzrə Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu qətnaməsindən xəbəri olmayıb, yalnız 2019-cu ilin noyabr ayında aldığı maaşın 50% tutulduğunu gördükdə işlədiyi yerdən xəbər tutmuşdur. Əlavə olaraq məhkəmə kollegiyasına iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, hazırkı iş üzrə cavabdehin öhdəliyi hər hansı bir müqavilədən deyil, onun tərəfindən X3 mülkiyyətində olan "Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gəlir.İddiaçının cavabdehə qarşı tələbi aralarında bağlanmış hər hansı bir müqavilədən deyil, cavabdehin törətdiyi mülki hüquq pozuntusundan, deliktdən irəli gəlir. Cavabdehin vurduğu zərəri ödəmiş iddiaçı reqres hüququndan istifadə etmişdir. Qeyd olunanları nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi təmin edilməməlidir. İşə apellyasiya qaydasında baxan Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, Akif Ağamirzə oğlundan 6210,00 (alt min ik yüz on) manat sığorta ödənişi məbləği pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, X5 məxsus “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2008-ci il tarixdən xx.xx.2013-ci il tarixədək “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Akif Ağamirzə oğludur. İş materiallarında olan, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin (004)-268/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə “Kamaz” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Akif Ağamirzə oğlu tərəfindən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində “Honda” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirilmişdirCavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmə hüququnun 1 il müddətə məhdudlaşdırılması növündə inzibati tənbeh edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nın direktoru C.Məmmədov tərəfindən təsdiq edilmiş hesablamanın surətindən görünür ki, “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin qiyməti 7156 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, 155/20**-CM-***/2012 saylı, xx.xx.2012-ci il tarixli sığorta aktının surətindən görünür ki, X5 məxsus və “xxxx” ASC-də sığortalanmış “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı icbari sığorta ilə zərərçəkənə 7156 manat ödənildiyindən, sığorta müqaviləsində nəzərdə tutulmuş 650 manat franşiza (azadolma məbləği) çıxılmaqla sığorta ödənişi 6506 manat məbləğində təşkil etmişdir. İş materiallarında olan 313 saylı kassa məxaric orderinin surətindən görünür ki, 6506 manat məbləğində pul vəsaiti xx.xx.2012-ci il tarixdə X4 hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı avtomobilin təmirbərpa xərci, avtoehtiyyat hissələrinə düşən köhnəlmə faizi tətbiq edilməklə təxminən 7726 manat müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sığortalanmış “Honda CR-V” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Kamaz” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı “xxxx” ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “xxxx” ASC-yə keçmişdir. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. İşə apellyasiya qaydasında baxılarkən, iş üzrə, iş materiallarında olan sənədlərə əsasən məhkəmə-əmtəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4132 saylı xx xxxx 2020-ci il tarixli ekspert rəyinə görə iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Honda CR-V” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6210,00 manat müəyyən edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyi alınmadan dəymiş ziyanın hesablamasında səhv nətcəyə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, Akif Ağamirzə oğlundan 6210,00 (alt min ik yüz on) manat sığorta ödənişi məbləğində pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda ekspert tədqiqatının dəyəri 120 manatın 60 manatı iddiaçıdan, 60 manatı isə cavabdehdən tutularaq müvafiq hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh Akif Ağamirzə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilərək, Akif Ağamirzə oğlundan 6210,00 (alt min ik yüz on) manat sığorta ödənişi məbləğində pul vəsaiti alınaraq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 120 manatın 60 manat “xxxx” ASC-dən, 60 manat Akif Ağamirzə oğlundan tutulub dövlət büdcəsinə Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlıq Agentliyi KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1372/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1372/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver