Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1373/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdeh və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan - X5 və X1 üçün onların yetkinlik yaşına çatana qədər hər ayhər uşağa gör 300 (üç yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və xx.xx.2019-cu il tarixdə doğulmuş - X3 3 yaşına çatanədək hər ay 400 (dörd yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci ildə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsində 352N-li qeydi ilə rəsmiləşən nikahla cavabdeh - Cavabdeh ilə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2011-ci il tarixdə - X7 və xx.xx.2019cu il tarixdə - X6 adlı uşaqları doğulmuşlar. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ayn yaşayırlar, birgə təsərrüfat aparmlar. Bu vaxt ərzində uşaqları onun himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşma ödəmişdir. Uşaqları ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşma edə bilmir. Hal-hazırda işləmir. Onların bütün maddi xərdəri bacısı çəkir və onlar onun himayəsində yaşayırlar. Uşaqların maddi ehtiyaclarım ödəməsi üçün ərinin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqların saxlanması üçün məhkəmə qaydasmda alimentin tutulması tam qanunauyğundur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx xxxxx 2011-ci il tarixdə doğulmuş X7, xx xxxxxx 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa 170 manat miqdarında aliment və xx.xx.2019-cu il tarixdə doğulmuş X4 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Tahirə Əsədova). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin geri götürülməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə Cavabdeh İddiaçı Bəkir qızı ilə barışması səbəbindən apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1373/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver