Məhkəmə qərarları › İş №2(103)-1374/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1374/2024

29.01.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1374/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-13976/2016 saylı qərardadından cavabdeh Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinə əsasən Borclu 6931,78 manat əsas borc, 1162,92 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat, cəmi 8114,70 manat məbləğində pul vəsaitinin Kreditor ASC-nin xeyrinə tutulmalıdır. Borclu xx.xx.2023-cü il tarixdə həmin əmrə etiraz etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13976/2016 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)- 13976/2016 saylı məhkəmə əmrinə Borclu tərəfindən verilmiş etiraz geri gaytarılmışdır. Cavabdeh Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 13976/2016 saylı, xx.xx.2023cü il tarixli qərardadının ləğv edilməsi və Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinə tərəfindən verilmiş etirazın qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli məhkəmə əmrinə etiraz xx.xx.2023cü il tarixdə yox, xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə tərəfindən “məhkəmə əmrinin surəti Borclu ünvanına (ünvan 1ası bir daha təsdiq edir ki, həmin məhkəmə əmri ona rəsmi qaydada verilməyibdir (əgər hətta göndərilmiş olsa belə). Məhkəmə tərəfindən Yasamal rayon İcra Şöbəsinin icra sənədinin onun yaşayış ünvanına yox məhz, qeydiyyat ünvanına göndərilməsinə istinad etməsi, həmçinin, əlavə olaraq, Lənkəran Rayon Vəkil Bürosu ilə ilə icra məmuru arasında yazışmaların aparılmasına istinad etməsi də bir daha onu göstərir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 13976/2016 saylı məhkəmə əmrinin nüsxəsinin (və ya təsdiq edilmiş surətinin) ona rəsmi qaydada verilmədiyini məhkəmə özü də dolayısı ilə bir daha etiraf edir. Qeyd edir ki, bu abzaslardan görünür ki, məhkəmə nəhayət ki, birbaşa etiraf edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmri məhkəmə hakiminin imzası və məhkəmənin dairəvi möhürü ilə təsdiq edilmiş surəti rəsmi qaydada yalnız xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin inzibati binasında ona şəxsən əlbə-əl verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmri rəsmi qaydada yalnız xx.xx.2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin inzibati binasında ona şəxsən əlbə-əl verilmişdir. Qeyd edilən mülahizələr subyektiv və qərəzli xarakterlidir, nəticələr isə qüvvədə olan qanunvericiliyimizn tələblərinə ziddir, ona görə ki, qüvvədə olan qanunvericiliyimin tələbinə əsasən, nə "məhkəmə əmrinin tərəfin qeydiyyat ünvanına göndəril”məsi, nə icraya yönəldilmə, nə vəkil bürosu ilə çoxsaylı yazışmalar, nə də ki, hansısa telefon zənginin edilməsi və ya edilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərdə tutulmayıbdır. Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsində yalnız göstərilibdir ki, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-13976/2016 saylı qərardadı qərardadı ilə cavabdeh Borclu şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Borclu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 31 mart 2023-cü il tarixli ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinin nüsxəsinin özünə verilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsində Arxiv müdiri vəzifəsində çalışan X1 tərəfindən tərtib edilmiş telefonoqramdan görünür ki, borcluya məxsus ***-***-**-** nömrəli telefon nömrəsinə 10 aprel 2023-cü il tarixdə zəng edilərək, onun məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən məhkəməyə gəlib götürməsi barədə məlumat verilmişdir. 24 noyabr 2023-cü il tarixli qəbzə əsasən Babayev X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinin surətini xx.xx.2023-cü il tarixdə almışdır. Göründüyü kimi, Borclu həmin əmri mübahisələndirmək istədiyini xx.xx.2023-cü il tarixdə bildirməsinə, o cümlədən ona gəlib götürməsi barədə məlumat verilməsinə baxmayaraq 7 ay sonra həmin əmri gəlib götürməklə, rəsmi qaydada alınmaya (müddətin ötməsinin nəzərə alınmaması baxımından) istinad etməklə əmri mübahisələndirilməsi formal olmaqla əsassızdır. Belə ki, əmrin müvcudluğundan məlumatlı olmaqla müraciətindən uzun müddət sonra əmrin əldə edilməsinə cəhd etməməsi, bu müddətdə əmri əldə etməsi üçün öz iradəsindən asılı olmayaraq hansı üzrlü səbəblərin olmasını göstərməməklə 7 ay sonra (ona məlumat verilməsindən) əmri götürməklə həmin əmrə etirazın verilməsi həmin etirazın qanunla nəzərdə tutulmuş müddət ərzində verilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan da kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinə verilmiş etiraz qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi də haqlı olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-13976/2016 saylı məhkəmə əmrinə Borclu tərəfindən verilmiş etirazı geri qaytarmışdır. Bu səbəbdən cavabdeh Borclu tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 13976/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 282-ci, 397-398-ci, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-13976/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar