Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1379/2022 20.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki işin baxılmamış saxlanılması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(009)-19/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş ərizə üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(009)-19/2021 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək 03 dekabr 2021-ci il tarixli 2(009)-19/2021 saylı qərardadın ləğv edilib iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəyə qərardaddan şikayət kimi baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilmədən apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, iddiaçının nümayəndəsi iddianın baxılmamış saxlanılması haqqında qərardaddan şikayət verməmiş, ərizə verərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı müqavilənin ləğvi tələbinə dair mülki işin baxılmamış saxlanılması haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(009)-19/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş ərizə üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1379/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1379/2022
20.01.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver