Məhkəmə qərarları › İş №2(103)-1395/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1395/2021

27.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1395/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqı borcunun, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin icarə obyektindən çıxarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-182 saylı icarə müqaviləsinə xitam verilməsi, 8600 manat icarə haqqı (2019-cu ilin avqust və sentyabr ayları üçün ödənilməmiş qalan icarə haqqı üzrə 1600 manat və 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üçün ödənilməmiş qalan icarə haqqı üzrə 7000 manat), 300 manat vəkillərə ödənilmiş məbləğ, 20.000 manat əldən çıxmış fayda, 30 manat dövlət rüsumu olmaqla, cəmi 28.930 manatın tutularaq ona ödənilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçıla Cavabdeh MMC-nin nümayəndəsi X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-182 saylı icarə müqaviləsinə xitam verilməsi, cavabdehdən 8600 manat icarə haqqı, 300 manat vəkillərə xidmətə görə ödənilmiş məbləğ, 30 manat dövlət rüsumu olmaqla, cəmi 8930 manat borcun alınaraq, iddiaçının hesabına ödənilməsi, ünvan 1 (Aptek) ünvanındakı icarəyə verilmiş qeyri-yaşayış sahəsinin cavabdehin şəxsi vəsaiti hesabına boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X3, apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ona aid olmayan borcun silinməsi və iş yerinin bərpa edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər, xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ayrı-ayrılıqda ərizə ilə müraciət edərək, aralarında notaraial qaydada təsdiq olunmuş barışıq sazişi bağladıqlarını bildirərək, həmin sazişin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini, bununla bərabər Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 9262/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbirinin ləğv edilməsini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2, 261.0.4). Apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 391 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X3 arasında xx xxxxxx 2021-ci il tarixdə notaial qaydada bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər aralarında bağlanmış və notariat qaydada xx.xx.2019-cu il tarixdə, 3M- 182 saylı reyestr üzrə təsdiq edilmiş icarə müqaviləsi bu saziş bağlanan günü dərhal ləğv edilir.

2. Cavabdeh MMC-nin nümayəndəsi X3 barışıq sazişi təsdiq olunan gün yaranmış cəmi 10.800 manat icarə borcundan 7.500 (yeddi min beş yüz) manatı iddiaçı (əmlakın mülkiyyətçisi) İddiaçı ödəyir, yerdə qalan məbləğ isə İddiaçı tərəfindən ona güzəşt olunur. Güzəşt olunan məbləğlə bağlı İddiaçı tərəfindən gələcəkdə hər hansı tələb irəli sürülmüyəcək.

3. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələblərindən imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş edir.

4. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)9262/2020 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmini tədbirinin ləğv edilməsini xahiş edir.

5. Cavabdeh MMC-nin nümayəndəsi X3 barışıq sazişi təsdiq edildikdən, İddiaçı 7.500 manat pulu ödədikdən və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)9262/2020 saylı qərardadı ilə tətbiq edilmiş iddianı təmin tədbiri ləğv edildikdən (məhdudiyyət icra şöbəsi tərəfindən götürüldükdən sonra) sonra 10 gün ərzində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 (Aptek) ünvandakı əmlakı boşaldıb, icarəyə götürdüyü vəziyyətdə (əvvəlki vəziyyətdə) mülkiyyətçi İddiaçı təhvil verir.

6. Barışıq Sazişi işin icraatına xitam verilməsi və iddianı təmini tədbirinin ləğv edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə, iddianı təmini tədbiri ilə tətbiq edilmiş məhdudiyyətin götürülməsi üçün Bakı şəhər Sabunçu rayon İcra və Probasiya şöbəsinə təqdim olunur.

7. Bu Sazişin 5-ci bəndi Cavabdeh MMC-nin nümayəndəsi X3 tərəfindən icra olunmazsa (barışıq sazişi təsdiq edildikdən sonra onun tərəfindən qeyri-yaşayış sahəsi 10 gün ərzində boşaldılmazsa) o, İddiaçı 5000 manat cərimə ödəyir və əmlakın məcburi şəkildə boşaldılması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsi verilir.

8. Bu Sazişin tam və vaxtında icrası yuxarıda qeyd edilənlər üzrə tərəflər arasında bütün hesablaımalara son qoyur və onu imzalayan hər bir tərəf digərinə qarşı əlavə olaraq heç bir tələb irəli sürməyəcəyini qəti olaraq bildirir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir və hər iki tərəf göstərilən şərtlər əsasında barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş edirlər.

10. Saziş 7 (yeddi) nüsxədən ibarət hazırlandı, nüsxələrdən üçü notariat ofisində saxlanılır, digər nüsxələr isə tərəflərə verilir.

11. Müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir”. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4980/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə haqqı borcunun, əldən çıxmış faydanın ödənilməsi, cavabdehin icarə obyektindən çıxarılması” tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Bu qərardad, həm də Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbirinin götürülməsi üçün əsasdır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar