Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1411/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Bağırov Məmməd oğlunun, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxxxxxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxxxxxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində daşınar əmlakına dəymiş 30000 manat maddi zərərin və məhkəmə xərclərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə mülkiyyətində olan İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evində yanğın baş vermiş, iki mərtəbəli, 4 otaqlı evi içərisindəki əşyalarla birlikdə tamamilə yanmışdır. Yanğın hadisəsi Dövlət X2 tərtib etdiyi xx.xx.2017-ci iİ tarixli aktı ilə təsdiq olunur. “xxxxxxxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 043296 saylı "Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi"nin şərtlərinə görə sığorta hadisəsi nəticəsində daşınar əmlaka dəymiş ziyana görə sığortaçı ona 30000 manat pul ödəməlidir. Müqavilə xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur. İmişli "xxxxxxxxxxx" ASC-nin qiymətləndirməsinə əsasən yanğın zamanı yanaraq məhv olan daşınar əşyaların dəyəri hal-hazırkı bazar qiymətləri ilə 31400 manat təşkil edir. Cavabdeh daşınmaz əmlaka görə sığorta öhdəliyini yerinə yetirsə də, daşınar əmlaka görə sığorta öhdəliyini yerinə yetirməkdən imtina edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi-vəkili Vəkil Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, kollegiyanın əvvəlki iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunması, iş üzrə Yasamal rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Rx seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı şıxarışın surətindən görünür ki, İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Muğan regional Dövlət X2 tərtib etdiyi xx.xx.2017-ci iİ tarixli “Yanğın haqqında” aktının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı məxsus İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evində elektrik naqillərinin nasazlığı üzündən yanğın baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyatistintaq İdarəsinin baş təhqiqatçısı V.Süleymanovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, xx.xx.2017-cı il tarixdə, saat 04 radələrində İmişli şəhəri, P.Həsənov küçəsində yerləşən, İddiaçı məxsus 106A saylı fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş, nəticədə evin yanar konstruktiv elementləri və içərisində olan əşyalar yanaraq yarasız vəziyyətə düşmüşdür. FHN-in Əməliyyat-İstintaq idarənin təhqiqat şöbəsinin boyük təhqiqatçısı C.Mircavadov xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarı ilə həmin qərar ləğv olunmuş, əlavə araşdırma aparılması üçün FHN-nin Əməliyyat-İstintaq İdarəsinə qaytarılmışdır.Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı İmişli rayonu, P.Həsənov küçəsində yerləşən 106A saylı fərdi yaşayış evinin sahibi kimi üzərinə yanğın təhlükəsizliyi qaydalarına raiyət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda, Azərbaycan Respublikasında Yanğın Təhlükəsızliyı Qaydalarının 1.10.2-ci bəndinin, “Fərdi qarajlar, mehmanxana, yaşayış evləri və inzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları"nın 1.2.-cı bəndinin və “Azərbaycan Respublikası Elektrik X1"nın 3.4-cü bəndinin tələblərini pozaraq özünə məxsus fərdi yaşayış evində yanğın təhlükəsizliyinə riayət etməmişdir. Bu səbəbdən xx.xx.2017-cı il tarixdə, saat 04 radələrində özünə məxsus evin çardaq hissəsindən keçən daxili elektrik naqillərində qısaqapanmanın yaranmasından yanğın baş vermişdir. Baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işınin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 2189/FŞ/CFİ-0141/2017 saylı sığorta aktının surətindən görünür ki, BA № 608843 saylı sığortaşəhadətnaməsi əsasında 15000 manat məbləğində, xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmış İddiaçı məxsus İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evində xx.xx.2017-cı il tarixdə baş vermiş yanğın hadisəsinə görə sığorta məbləğindən 150 manat azadolma məbləği çıxılaraq 14850 manat sığorta ödənişinin sığortalının hesabına köçürülməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 5816 saylı ödəniş tapşırığının surətindən görünür ki, sığortaçı "xxxxxxxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli, 2189/FŞ/CFİ0141/2017 saylı sığorta aktına əsasən “xxxxxxxxx” ASC-nin İmişli filialında sığortalı İddiaçı məxsus AZ31AZER**********01AZN41010 saylı hesaba 14850 manatpul vəsaiti köçürülmüşdür. Kollegiyanın sorğusuna əsasən ƏMDK yanında DƏDRX-nin 6 saylı X4 **********33 saylı xx xxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı adına İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evi, İddiaçı məxsus İmişli şəhəri, H.Əliyev porspekti, 146 saylı fərdi yaşayış binası, İmiqli rayonu, Əlqulular kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və İmişli rayonu Əlqululuar kəndində yerləşən 3,06 ha kəndə təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə məlumat aşkarlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə görə, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 35.1-cı maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 361.1 və 36.1.3-cü maddələrinə əsasən daşınmaz əmlakın yanğın, elektrik naqillərində baş verən qısa qapanma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə, Bakı şəhərində, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak istisna olunmaqla, digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə görə isə daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015- ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı məxsus İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evinin "xxxxxxxxx" ASC tərəfindən BA № Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı Bakı Şəhəri Yasamal Rayon 608843 saylı sığorta şəhadətnaməsi əsasında 15000 manat məbləğində xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmasını, sığortaçı tərəfindən xx.xx.2017-ci il tarixli, 2189/FŞ/CFİ-0141/2017 saylı sığorta aktına əsasən xx.xx.2017-cı il tarixdə həmin evdə baş vermiş yanğın hadisəsinə görə sığorta məbləğindən 150 manat azadolma məbləği çıxılaraq 14850 manat sığorta ödənişinin sığortalının “xxxxxxxxx” ASC-nin İmişli filialında olan AZ31AZER**********01AZN41010 saylı hesabına köçürülməsini, bununla da, sığortaçı "xxxxxxxxx" ASC-nin qanunun və tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtlərinə tam olaraq əməl etməsini, sığortalı İddiaçı qeyd edilən sığorta müqaviləsi üzrə İmişli şəhəri, P.Həsənov küçəsi, 106A saylı fərdi yaşayış evindən savayı həmin evdə olan daşınar əşyalarını da sığorta etdirməsinə dair hər hansı sübutlar təqdim edə bilmədiyindən, iddia ərizəsini təmin etməməklə, birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1411/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1411/2020
05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver