Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1427/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçının Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçının Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası təmin olunmamışdır. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsininin 2(010)- 1189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-ci il tarixdə rəsmi qaydada almışdır və onun tərəfindən xx.xx.2023-ci il tarixdə qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmişdir. Lakin Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Buna səbəb kimi apelyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilməsinə baxmayaraq, həmin şikayətin elektron imza ilə imzalanmadığı göstərilmişdir. Hazırda nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apelyasiya şikayəti verilmişdir. Bu səbəbdən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən vaxtında verilmiş apelyasiya şikayəti üzrə müddətin bərpa edilib apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh həmin qərardadla razılaşmayaraq şikayət vermiş, Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadla razılaşmaq mümkün deyildir. Belə ki, iddiaçı tərəf qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddətin bərpa olunması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə öz mülahizəsinə uyğun qeyri-obyektiv qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən rəsmi qaydada xx.xx.2023-ci il tarixdə alınmış və xx.xx.2023-cü il tarixdə onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilsə də, apellyasiya şikayəti elektron imza ilə imzalanmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3913/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddakı göstərişlər əsasında iddiaçının apellyasiya şikayəti Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı Suraxanı Rayon Məhkəməsinin 03 apel 2023-cü il tarixli qətnaməsindən ilk dəfə apellyasiya şikayəti verərkən şikayət verilməsi ilə bağlı prosessual müddət tələbini pozmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. (maddə 128.1). Apellyasiya şikayəti qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində verilir. (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Kollegiya hesab edir ki, İddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti ilk dəfə şikayət verərkən ötürməmişdir. Şikayət qaydaya (şikayətin elektron imza ilə imzalanması) əməl olunmadığına görə apellyatora geri qaytarılmışdır. Həmin nöqsanın aradan qaldırılması müəyyən bir vaxt tələb etdiyindən iddiaçı mübahisələndirdiyi qətnamədən növbəti dəfə şikayət verərkən üzrlü səbəbdən prosessual müddəti pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməklə düzgün nəticəyə gəlmişdir, ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1189/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1427/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1427/2024
31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver