Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1444/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Bəhrəmzadə sabit Xanlar oğlundan ibarət tərkibdə X3 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü Mirzəzadə X1 üçün hər ay cavabdehin aylıq gəlirlərinin ¼-i miqdarında alimentin, məhkəməyə müraciət üçün ödədiyi 850 manat məbləğində xərcin, 60 manat mediasiya xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) isə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, tutulacaq alimentin az payda və ya sabit pul məbləğində müəyyən edilməsi, birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün alimentin tutulması barədə qətnamə çıxarılarkən tutulacaq aliment məbləğinin 50 faiz hissəsinin uşağın adına açılacaq olan bank hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri gaytarılması qərara alınmış, buna əsas kimi dövlət rüsumunun ödənilmədiyi göstərilmişdir. Cavabdeh nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməldir; 152.1.5-ci maddəsinə əsasən isə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. İşin materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olunmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6143/2023 saylı iş üzrə 27 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1444/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1444/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver