Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1445/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil2 Əlyeviçin, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakların açıq hərracda satılması və əldə olunan vəsaitin tərəflər arasında paylara uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3143/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; Bakı şəhəri, Xətai rayonu, Sergev Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzil; Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylın evin 9 nömrəli mənzil və ünvan 1 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın açıq hərracdan satılması, əldə olunan vəsaitin İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə 1/2 hissədə bölüşdürülərək onlara ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi xahiş etmişdir. Mülki işə apellyasiya qaydasında baxılarkən iddiaçı və cavabdeh qarşılıqlı razılıq əldə etmiş və ərizələrlə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Ərizələrə tərəflərin bağladıqları “Barışıq sazişi” əlavə edilmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1.Yuxarıda qeyd edilən qətnamə ilə İddiaçı onun mülkiyyət hüquqları tanınmış X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Cavabdeh xeyrinə və Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin ½ hissəsinə olan mülkiyyət hüquqlarından övladlarının xeyrinə imtina edir.
2. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin İddiaçı məxsus ½ hissəsindən ¼ hissəsini övladı X1 və ¼ hissəsini X2 adına (mülkiyyətinə) keçirməyi (notarial qaydada bağışlamağı) öhdəsinə götürür. Qeyd edilən bənd mübahisəli əmlaka dair Çıxarış əldə edildikdən sonra ən geci 60 (altmış) gün müddətində icra olunur.
3. İddiaçı, Barışıq Sazişi təsdiq edilib qüvvəyə mindikdən sonra Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağı və Cavabdeh razılığı ilə Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilə qeydiyyata düşməyi öz üzərinə öhdəlik götürür.
4. Yuxarıda qeyd edilən qətnamə ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilinin ½ hissəsinə, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 45 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsindən İddiaçı xeyrinə imtina edir və bu Saziş imzalandığı andan ən geci 60 (altmış) gün ərzində həm bütövlükdə mübahisəli mənzili, İddiaçı Sabir oğluna notarial qaydada bağışlamağı (və ya digər formada özgəninkiləşdirməyi) öhdəsinə götürür. Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 45 ünvandakı yaşayış binasının 1ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsinə dair payından imtina edir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni MTK-ya təqdim edir. Özgəninkiləşdirmə isə mübahisəli əmlaka dair Çıxarış əldə edildikdən sonra ən geci 60 (altmış) gün müddətində icra olunur.
5. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin ½ hissəsinə dair İddiaçı tərəfindən imtinanı nəzərə alaraq növbəti 5 (beş) il ərzində həmin mənzili üçüncü şəxslərə satmamağa və ya girov qoymamağa dair üzərinə öhdəlik götürür. Əgər bu müddət ərzində belə bir niyyət olarsa və qeyd edilən mənzilin satışı və ya girovu tələb edilərsə (yaxud məlumat vermədən özgəninkiləşdirmə həyata keçirilərsə) bu zaman mənzilin dəyərinin ¼ hissəsi nisbətində kompensasiya Cavabdeh tərəfindən İddiaçı ödənildikdən sonra satış və ya girov qoyma həyata keçirilə bilər.
6. X6 işə baxan məhkəmə tərəfindən qəbul edilmiş qərardad qüvvəyə mindiyi andan qüvvəyə minir.
7. Bu sazişdə göstərilməyən hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
8. Tərəflər Sazişin şərtlərini icra etməyə borcludurlar.
9. Tərəflər sazişin şərtlərini pozduqda yaranmış mübahisə danışıqlar yolu ilə həll olunur. Bu mümkün olmazsa, tərəflər yuxarıda qeyd edilmiş məhkəməyə müraciət etməklə məcburi icranı tələb etmək hüququna malik olurlar.
Məhkəmə kolegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı Cavabdeh bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: 1.Yuxarıda qeyd edilən qətnamə ilə İddiaçı onun mülkiyyət hüquqları tanınmış X4 markalı minik, **-FN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinə Cavabdeh xeyrinə və Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin ½ hissəsinə olan mülkiyyət hüquqlarından övladlarının xeyrinə imtina edir.
2. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin İddiaçı məxsus ½ hissəsindən ¼ hissəsini övladı X1 və ¼ hissəsini X2 adına (mülkiyyətinə) keçirməyi (notarial qaydada bağışlamağı) öhdəsinə götürür. Qeyd edilən bənd mübahisəli əmlaka dair Çıxarış əldə edildikdən sonra ən geci 60 (altmış) gün müddətində icra olunur.
3. İddiaçı, Barışıq Sazişi təsdiq edilib qüvvəyə mindikdən sonra Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağı və Cavabdeh razılığı ilə Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilə qeydiyyata düşməyi öz üzərinə öhdəlik götürür.
4. Yuxarıda qeyd edilən qətnamə ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7, 38 saylı mənzilinin ½ hissəsinə, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 45 ünvandakı yaşayış binasının 1-ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsindən İddiaçı xeyrinə imtina edir və bu Saziş imzalandığı andan ən geci 60 (altmış) gün ərzində həm bütövlükdə mübahisəli mənzili, İddiaçı Sabir oğluna notarial qaydada bağışlamağı (və ya digər formada özgəninkiləşdirməyi) öhdəsinə götürür. Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 45 ünvandakı yaşayış binasının 1ci girişinin 1-ci mərtəbəsində 21,0 kv.m olan 5 nömrəli qarajın ½ hissəsinə dair payından imtina edir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni MTK-ya təqdim edir. Özgəninkiləşdirmə isə mübahisəli əmlaka dair Çıxarış əldə edildikdən sonra ən geci 60 (altmış) gün müddətində icra olunur.
5. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 125 saylı evin 9 nömrəli mənzilinin ½ hissəsinə dair İddiaçı tərəfindən imtinanı nəzərə alaraq növbəti 5 (beş) il ərzində həmin mənzili üçüncü şəxslərə satmamağa və ya girov qoymamağa dair üzərinə öhdəlik götürür. Əgər bu müddət ərzində belə bir niyyət olarsa və qeyd edilən mənzilin satışı və ya girovu tələb edilərsə (yaxud məlumat vermədən özgəninkiləşdirmə həyata keçirilərsə) bu zaman mənzilin dəyərinin ¼ hissəsi nisbətində kompensasiya Cavabdeh tərəfindən İddiaçı ödənildikdən sonra satış və ya girov qoyma həyata keçirilə bilər. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3143/2021 saylı, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov