Məhkəmə qərarları › İş №2(103)-1450/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1450/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1450/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Ofisi və “xxxx” BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslanıdırılıb ki, iş ərazi aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalı deyil. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, 1-ci cavabdehin ünvanı Nərimanov rayonuna, 2-ci cavabdehin ünvanı isə Nəsimi rayonuna aiddir. Mülki-Prosessual Məcəllənin 35-ci maddəsinə görə iddia ərizəsinə həmin rayonlardan birinin məhkəməsində baxıla bilər. 2-ci cavabdeh bəzi sənədlərdə özünün ünvanını Yasamal rayonu, M.F.Axundov küçəsi, 177 kimi göstərsə də bu ünvan hüquqi ünvan deyil. Hüquqi ünvan Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 101A ünvanıdır. Ona görə də iddia ərizəsinin geri qaytarılması Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar