Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1470/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə «xxxx» QSC-nin direktoru İddiaçı2 21.600 manat və mühasib İddiaçı1 3.360 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə «xxxx» QSC-nin direktoru İddiaçı2 18.000 manat və mühasib İddiaçı1 2.800 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə «xxxx» QSC-nin direktoru İddiaçı2 19.800 manat və mühasib İddiaçı1 3.080 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mövcud qanunvericiliyə uyğun olaraq müvafiq vergilər tutulmaq şərti ilə «xxxx» QSC-nin direktoru İddiaçı2 20.700 manat və mühasib İddiaçı1 3.220 manat məbləğində ödənilməmiş əmək haqqlarının qanunvericiliyə müvafiq qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək, ona münasibətdə iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-3344/2020 saylı qərardadı ilə iddia ona münasibətdə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Cavabdeh1xxxx«xxxx» QSC qiymətli kağızlar bazarında fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır. Şirkətin Nizamnamə kapitalı 230.000 manat təşkil edir. 2017-ci ilin dekabr ayından, Şirkətin təsisçisi olan Cavabdeh1 ASC-nin fəaliyyətinə xitam verilmişdir və bankın ləğv edilməsi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna (ADİF) həvalə edilmişdir. Təsisçi Cavabdeh1xxxx«xxxx» QSC-nin bağlanması deyil, Şirkətin özünün VÖEN-i, möhürü, hesablaşma hesabı, büdcəsi və ştat cədvəli mövcuddur. Həmin tarixdən bu günə kimi «xxxx» QSC-nin iki əməkdaşı müəssisədə çalışırlar: direktor – İddiaçı2 (işə götürən Cavabdeh1 ASC tərəfindən imzalanmış Əmək Müqaviləsinə əsasən aylıq əmək haqqı 900 manat), mühasib – İddiaçı1 (aylıq əmək haqqı 140 manat). «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa və şirkətin Nizamnaməsinə əsasən törəmə müəssisəsinin fəaliyyətinin dayandırılması, ləğv edilməsi, direktorun işə təyin və azad edilməsi təsisçinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə həyata keçirilir və bu hüquqlar Fonda keçdiyindən, onlar, Cavabdeh1 ASC bağlanandan sonra dərhal Əmanətlərin Sığortalanması Fonduna yazılı və şifahi şəkildə şirkətin cari məsələlərini həll etmək barədə müraciətlər etmişlər. Belə ki, xx.xx.2018-ci il tarixli 1 saylı məktubla Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayevdən «xxxx» QSC-nin qanunvericiliklə müvafiq qaydada ləğv edilməsi, müəssisənin investisiyaları, cari hesabındakı qalıq məbləği, vergi orqanları ilə hesablaşma və işçilərə əmək haqqı və işdən çıxma müavinətlərinin ödənilməsi barədə müvafiq qərar qəbul etməsini xahiş etmişlər. Lakin, bu məktub Fondun icraçı direktoru V.Abdullayev, ləğvetmə prosesində olan Cavabdeh1ın müşavirləri Leyla Kərimova və Fərid Abuşov tərəfindən imzalanaraq, heç bir rezolyusiyası olmadan yenidən onlara ünvanlanıb. Bundan sonra onlar şirkətə aid yuxarıda göstərilən məsələlərin həll edilməsi üçün dəfələrlə Fondun rəhbərliyinə müraciətlər etmişlər və heç bir cavab almamışlar. xx xxx 2019-cu il tarixdə o, yəni xxxxnin direktoru İddiaçı2 Fondun icraçı direktoru V.Abdullayevin qəbulunda olmuş və ondan şirkətə məxsus BFB səhmlərinin satılması, onların iki əməkdaşının 2017-ci ilin dekabr ayından bu günədək əmək haqqlarının ödənilməsi və şirkətin ləğv edilməsi barədə Fondun mövqeyinin bildirilməsini xahiş etmişdir. Cavab olaraq V.Abdullayev məlumat vermişdir ki, şirkətə məxsus səhmlərin satılması və şirkətin ləğv edilməsi barədə X2 Palatasına Fond müraciət edib və Palatanın rəyindən sonra bu məsələlər öz həllini tapmalıdır. O ki qaldı ödənilməmiş əmək haqqına, bu məsələni şirkətin cari 51-70203176- 2 saylı hesabına 2018-ci ildə daxil olmuş 154.475 manat, o cümlədən 21.600 manat məbləğində Birjadan daxil olmuş divident hesabına ödənilməsinin mümkünlüyünü bildirmişdir. Lakin bu sahədə heç bir iş görülmədiyi səbəbindən, onlar yenidən xx xxxx 2019-cu il tarixdə teleqramla Fondun icraçı direktoru V.Abdullayevə müraciət edərək, əmək haqqının ödənilməsi məsələsini onun şəxsi nəzarətinə götürülməsini xahiş etmişlər. Təəssüflər olsun ki, bu dəfə də heç bir cavab almamışlar. Şirkətin işçilərinin ödənilməmiş əmək haqqlarının alınması üçün köməklik göstərilməsi xahişi ilə onlar xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nazir S.R.Babayevə müraciət etmişlər. Nazirliyin 23 saylı region Dövlət Əmək Müfəttişliyi tərəfindən onlara ünvanlanmış xx xxxx 2019-cu il tarixli ********** saylı cavab məktubunda göstərilmişdir ki, şirkətə aid sənədlərin Əmək Müfəttişliyinə təqdim edilməsi barədə Fonda məktub göndərilmişdir, lakin bu sorğuya heç bir cavab verilməmişdir və onlara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Onlar da «pul» tələbinə dair olan iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişlər (2(006)- 6712/2019). Lakin bu zaman Fond **********765 saylı xx.xx.2019-cu il tarixli məktubla şirkətə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməyi məqsədəuyğun hesab etmiş və onlar xx.xx.2019-cu il tarixdə Nəsimi rayon Məhkəməsinin hazırlıq iclasında iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edərək, iddia ilə Apellyasiya Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə «xxxx»nin iddiası mümkün sayılmamış və əmək haqqının ödənilməsi iddiası ilə yenidən rayon məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. «xxxx» QSC-nin LPO Cavabdeh1xxxxolan cari 51- 70203176-2 saylı hesabına Cavabdeh1 bağlanandan sonra, 2018-ci ildə 154.475 manat vəsait daxil olmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə «Unibank»dan 132.875 manat (125.000 manat alınmış istiqrazların nominal dəyəri və 7.875 manat kupon faizi gəliri); xx.xx.2018-ci il tarixdə xxxxndan 21.600 manat (nominal dəyəri 60.000 manat olan səhmlər üzrə) divident. Beləliklə, Cavabdeh1 bağlanandan sonra, 10 % mənbədən vergi tutulmaq şərti ilə, şirkətin uğurlu investisiyası nəticəsində əldə edilən təmiz qazanc 29.475 manat təşkil etmişdir. Hal-hazırda şirkətə məxsus BFB-nin 60.000 manat nominal dəyəri olan səhmlərinin bazar dəyəri 85-90 min manat qiymətləndirilir. Bu günə şirkətin hesabında 175.933 manat 43 qəpik vəsait vardır. Şirkətin əməkdaşları direktor İddiaçı2 və mühasib İddiaçı1 əmək müqaviləsində və şirkətin Nizamnaməsində göstərilən bütün əmək funksiyalarını (qiymətli kağızlar bazarında fəaliyyət istisna olmaqla) bu günədək icra edirlər. Belə ki, Cavabdeh1 ASC-nin 1.000 artıq sayda olan səhmdarlarının səhmlərinin sayı və dividentləri barədə hesablarından çıxarış əldə etmək üçün şirkətə mütəmadi olaraq müraciət edirlər və onlar bu sualları cavablandırırlar. Hazırda şirkət həm hüquqi, həm də faktiki olaraq fəaliyyətini davam etdirir: dövlət orqanlarına (vergi, sosial müdafiə, statistika, məşğulluq, FATCA) qanunvericilikdə nəzərdə tutulan müddətdə müvafiq bəyannamələr və hesabatlar təqdim olunur. Əks halda şirkətə cərimə sanksiyaları tətbiq olunacaq. Şirkətin direktoru İddiaçı2 «xxxx» QSC audit komitəsinin sədri qismində çalışır, bu da onu göstərir ki, onların fəaliyyəti legitimdir. Qeyd edirlər ki, Cavabdeh1 bağlanan tarixə 800 nəfərdən artıq əməkdaşı var idi. Onların əksəriyyəti işdən azad olunanda son əmək haqqlarını və işdən çıxma müavinətlərini «xxxx»da hesab açmaq vasitəsi ilə almışlar. Bu gün Cavabdeh1ın ləğv etmə prosesini həyata keçirən yerdə qalan əməkdaşlar hər ay öz əmək haqqlarını alırlar. Düzdür, onlar Cavabdeh1ın ştat cədvəlində deyillər, lakin 100 % iştirak payı ilə olan törəmə müəssisəsi kimi bankın funksional bir strukturudurlar. Hətta, Şirkətin direktorunun əmək müqaviləsi «işəgötürən» Cavabdeh1ın İdarə Heyətinin sədri tərəfindən imzalanıb. «xxxx» QSC-nin işçilərinin xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən əmək haqqı (24 ay müddətində) cəmi 24.960 manat təşkil edir. Belə ki, direktor İddiaçı2 900 manat aylıq vəzifə maaşı x 24 ay = 21.600 manat; mühasib İddiaçı1 140 manat aylıq vəzifə maaşı x 24 ay = 3.360 manat. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) olan dövr üçün İddiaçı2 ödənilməli olan 20.700 (on doqquz min səkkiz yüz) manat əmək haqqı məbləği cavabdeh LPO Cavabdeh1 ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə mövcud huquqi və faktiki halları qətnamədə aşağıdakı formada əsaslandıraraq iddia tələbini təmin etmişdir: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, X1 “Əmək haqqının müdafiəsi haqqında” 95 saylı Konvensiyasının 11-ci maddəsinə görə müəssisənin iflası və ya məhkəmə qaydasında ləğvi halında işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əwəki dövr üçün vəzifə səlahiyyətlərin n yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Digər üstün kreditlərə münasibətdə əmək haqqını təşkil edən üstün kreditin ödənilməsinin növbəliliyi milli qanunvericiliklə müəyyən edilir." Bununla bağlı bildirilir ki, qeyd olunan əməkdaşların əmək haqqlarının verilməsi mərhələli şəkildə həyata keçiriləcəkdir. Belə ki, sözügedən əmək haqqı məbləği Banklar haqqında Qanunun 82.1 8-ci maddəsinə əsasən təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. xx.xx.2020-ci il tarixdə qeyd olunan qorunmayan əmanətin ilk tranşı- 13361 manat məbləği şirkətin əməkdaşlarının 10 aylıq əmək haqqlarının ödənilməsi məqsədi ilə şirkətin “xxxx" manat hesabına köçürülmüşdür. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı2 «xxxx» QSC-nin direktorudur. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməyə əsasən «xxxx» QSC Cavabdeh1 ASC-nin törəmə müəssisəsidir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli 4 saylı əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işəgötürən Cavabdeh1 ASC ilə işçi İddiaçı2 arasında bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli 0391 saylı qəbz məlumatlarında qeyd edilir ki, «xxxx» QSC-nin LPO Cavabdeh1xxxx«xxxx» QSC-nin direktoru İddiaçı2 LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fonduna ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 3 saylı ərizədən aydın olur ki, Cavabdeh1xxxx«xxxx» QSC-yə məxsus qorunmayan əmanətin 13.361 manat məbləğində növğəti tranş şirkətin «xxxx» ASC-nin Nərimanov filialındakı manat hesabına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Bu məbləğ şirkətin əməkdaşlarının 10 ay müddətində (2017-ci ilin dekabr ayından 2018-ci ilin oktyabr ayınadək) əvvəlki illərdə ödənilməmiş əmək haqlarının ödənilməsinə yönəldilmişdir, həmçinin direktor İddiaçı2 7.949 manat 18 qəpik. İddiaçı2 məhkəməyə təqdim etdiyi ərizədən (MPM-in 53-cü maddəsinə istinad edərək) aydın olur ki, ona hesablanmış 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) ödənilməli əmək haqqı 20.700 manat təşkil edir. İddiaçının vəzifə maaşı 900 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli («Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair) qərarında qeyd olunmuşdur ki, X1 «Əmək haqqının müdafiəsi haqqında» 95 saylı Konvensiyasının 11-ci maddəsinə görə, müəssisənin iflası və ya məhkəmə qaydasında ləğvi halında işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Digər üstün kreditlərə münasibətdə əmək haqqını təşkil edən üstün kreditin ödənilməsinin növbəliliyi milli qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının da qoşulduğu «Əmək haqqının müdafiəsi haqqında» 95 saylı Konvensiya üstün kreditorların tələblərinin ödənilməsi növbəliliyinin müəyyən edilməsini milli qanunvericiliyin öhdəsinə vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsində müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda işçilərə həmin ödənclərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsi müəyyən edilmişdir. Müflis elan olunmuş bank lisenziyasının ləğvi ilə əlaqədar ləğv edilmiş bankla müqayisədə öz öhdəliklərini tam yerinə yetirmək, bütün kreditorların tələblərini ödəmək iqtidarında olmur. Bu zaman əmək haqqı tələb edən işçilər də kreditorlardan birinə çevrilir. Ona görə «Banklar haqqında» Qanunun 82-ci maddəsində müflis elan olunmuş banka qarşı tələblərin xüsusi ödəniş növbəliliyi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, «Banklar haqqında» Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 10.3-cü maddəsinə uyğundur. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı2 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) əmək haqqını almamışdır, aylıq vəzifə maaşı 900 manat olan iddiaçıya həmin dövr üçün ödənilməli əmək haqqı məbləği 20.700 manat təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) olan dövr üçün İddiaçı2 ödənilməli olan 20.700 (on doqquz min səkkiz yüz) manat əmək haqqı məbləği cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan İddiaçı2 xeyrinə tutulmalıdır. Kollegiya apelyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, işçilər milli qanunvericiliklə müəyyən olunmuş qaydada müəssisənin iflası və ya ləğv olunmasından əvvəlki dövr üçün vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinə görə əmək haqqına və ya milli qanunvericiliklə müəyyən olunmuş məbləğdən artıq olmayan məbləğdə əmək haqqına münasibətdə üstün kreditorların vəziyyətində olur. Bu üstün krediti təşkil edən əmək haqqı tələbi adi kreditorların tələbləri təmin edilənədək ödənilməlidir. Göründüyü kimi, İddiaçı2 hesablanmış 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayınadək (23 ay üçün) ödənilməli əmək haqqı 20.700 manat təşkil etsə də, cavabdeh təşkilat həmin məbləği ödəməmişdir. Kollegiya hesab edir ki, şikayətdə göstərilənlər yuxarıda qeyd edilən hallarla təkzib olunduğundan qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərəkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlililləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilə halları yuxarıda qeyd edilən iin halları ilə təkzib edilməklə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh LPO Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3344/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1470/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1470/2021
03.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver