Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14728/2019 12.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat Kontoru və DƏDRXİ-nin 4 saylı X2) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5876/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat Kontoru və DƏDRXİ-nin 4 saylı X2) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxslər Abşeron rayon 1 saylı Notariat Kontoru və DƏDRXİ-nin 4 saylı X2) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə sonradan da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,0114 ha olan torpaq sahəsinin Abşeron rayonu, 1 saylı notariat kontorunda bağlanılmış xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə işlədiyi müəssisədə tanış olmuş və yaxın münasibətləri olmuşdur. Öhdəsində azyaşlı uşağının olmasını, aztəminatlı olduğunu və o cümlədən aralarında yaxın dostluq münasibətlərinin yaranmasını nəzərə alaraq cavabdehə həmişə dəstək olmuşdur. Belə ki, cavabdehə söhbətlərində özü üçün həyət evi alması barədə söyləmişdir. Belə danışıqlarda Cavabdeh1 yaşayış şəraitini yaxşılaşdırmaq və müstəqil yaşamaq üçün ona ayrıca kirayə yaşamaqda kömək olmasını istəmiş, o isə cavabdehə bildirmişdir ki, özü üçün alacağı həyət evində özünə gələcəkdə ev almaq və ya şəraitini yaxşılaşdırmaq imkanları əldə edənə qədər kirayə haqqı ödəmədən yaşaya bilər. Bundan sonra o, maklerlər vasitəsi ilə artıq yerini müəyyən etdiyi, üzərində ev tikilisi olan torpaq sahəsini özü üçün almaq məqsədi ilə maklerlərlə müqavilə bağlamışdır. Bu müqavilə üzrə onlar Cavabdeh2 məxsus içərisində ev tikilisi olan torpaq sahəsini 38.500 (otuz səkkiz min beş yüz) manata onlara satılmasını aralarında razılaşdırmışlar. Bundan ötrü onun tərəfindən 2000 (iki min) manat beh ödənilmişdir. Maklerlər və satıcı da bilmişdir ki, bu torpaq sahəsini o özü üçün alır. Lakin onlara bildirmişdir ki, bu torpaq sahəsini özü üçün almaqda qohumunun adına sənədləşdirəcəkdir. Bu niyyətlə də Cavabdeh1 adına həmin torpaq sahəsinin pulu onun tərəfindən ödənilməklə alınmış, nəticədə həmin torpaq sahəsinə Cavabdeh1 adına reyestrdən çıxarış verilmişdir. Alqı-satqı aparıldıqdan sonra evdən o, istifadə etmiş, hal-hazırda da həmin evdən istifadə, edir. Yaxınn günlərdə isə İlhamə Hüsevnova ilə aralarındakı münasibətlərlə anlasılmazlıq yaranmışdır. Bu anlaşılmazlıqdan istifadə edən Cavabdeh1 başqa bir şəxslə əlaqə yaradaraq mübahisələndirdiyi ev tikintisi olan torpaq sahəsinin onun adında olmasından istifadə edərək satmaqla əsassız varlanmaq yolu tutmuş və faktiki ona məxsus olan həmin əmlaka yiyələnmək istəyir. Binəqədi rayonunda 6-cı polis bölməsində onunla bağlı verdiyi şikayətə aid izahatında həmin evin onun pulu ilə alındığı barədə etirafedici məlumatlar vardır. Belə ki, dəfələrlə müqavilənin onun adına keçirilməklə dəyişdirilməsini təklif etsə də, cavabdeh bununla razılaşmamış, əksinə ondan gizli həmin əmlakı satmaq yolu tutmuşdur. Qeyd olunanları nəzərə alıb, iddia tələblərinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş edən Cavabdeh1 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə olan Abşeron rayonu 1 saylı notariat kontorunun 4Ə-2491 reyestr nömrəli xx xxxxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlı notariat işinin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə notarial qaydada bağlanmış «Daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə» əsasən, mülkiyyətçi X1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 ilə (satıcı) Cavabdeh1 (alıcı) arasında ünvan 1i ünvanında yerləşən 0,0114 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli Çıxarışın lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1ində 0,0114 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 985 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx xxxxxxx 2018-ci il tarixində qeydiyyata alınmışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1i ünvanında yerləşən 0,0114 ha torpaq sahəsi notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən dəyəri ödənilməklə P.Qədimlinin adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 əldə edilmiş, xüsusi mülkiyyət kimi onun adına dövlət reyestrində qeydə alınmış və hazırda xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ bəndinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ bəndinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Eyni Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Sadalanmış maddi hüquq normalarının məzmunundan göründüyü kimi, əqdin etibarlılığı aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: əqdin məzmununun qanuniliyi; əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; əqdin formasına riayət edilməsi;iradə və iradə ifadəsinin müvafiqliyi. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Həmin anlayış Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsində belə izah edilir: MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşin hallarının tam və hərtərəfli araşdırılmasına əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlığını şübhə altına alan qanunla müəyyən edilmiş heç bir əsas müəyyən edilməmiş, həmin müqavilə iştirakçıların iradə və bu iradə ifadəsinin müvafiqliyinə, habelə əqdin formasına riayət etməklə bağlanmış və bu müqavilənin etibarlığını şübhə altına alacaq hal müəyyən edilməmişdir. Sözügedən müqavilə etibarsız hesab edilmədiyindən onun əsasında qanunvericiliyin tələblərinə riayət edilməklə Cavabdeh1 verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxmada ləğv edilə və bu mənada yaranmış hüquqi nəticələr aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən, hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birrinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədirayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-14728/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14728/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver