Məhkəmə qərarları › İş №2(103)-1475/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1475/2021

16.02.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1475/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Kreditor MMC-nin cavabdeh Borclu qarşı “pulun tutulması” tələbinə dair 2(003)- 1705/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor cavabdeh Borclu qarşı tələblə məhkəməyə müraciət edərək, Borclu 600 manat pulun və 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Borclu kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1465,0 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 600 manat borcu qalıb. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianını təmin edilməməsi barədə qətnamə çıxarılmaısnı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcu iddiaçıya tam olaraq ödəmişdir. İş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, ekspertiza keçirilməmişdir. Mülki prosessual hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəlfər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Kreditor MMC ilə Borclu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, MPKE4512256 saylı müqaviləyə əsasən, cəmi dəyəri 1465 manat olan məişət avadanlığı Borclu 18 ay müddətinə hər ay 80 manat ödəmək şərti ilə nisyə satılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2014-cü il tarixə 600 manat ödənilməmiş borcu hesablanmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası MM-nin 385.1 və 442-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, cavabdeh müqaviləyə uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirmədiyinə görə borcun tutulmasına dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Belə ki, cavabdeh tərəfindən borcun tam ödənilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. İş üzrə xüsusi biliyin tətbiq edilməli olduğu ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(003)- 1705/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar