Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14920/2019 24.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Müşfiq qızına qarşı aliment tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5900/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh Müşfiq qızı (bundan sonra – cavabdeh) xx.xx.2015-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Etibar, xx.xx.2016-cı il tarixdə Aylin və xx.xx.2017-ci il tarixdə Aysu adlı uşaqları anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6233/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar atalarının yanında saxlanılmışdır. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç yerdə işləmir. Valideynlərinin himayəsində yaşayır. Uşaqların onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldırıb. İddiaçı aliment almaqdan ötrü onu təhdid edərək uşaqlarını əlindən alıb. İddiaçı məhkəmə iclasında şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanununu tətbiq etməklə iddianı tam təmin etmişdir. Belə ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməyib. Ailə qanunvericiliyi uşaqların saxlanmasında hər iki valideynin bərabər iştirakını nəzərdə tutub. Kollegiya hesab edir ki, baxılan iş üzrə hər ay hər uşağa görə 160 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulması cavabdehin maddi və ailə vəziyyətinə uyğun deyil. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin maddi vəziyyətinin tələb olunan məbləğdə aliment ödəməyə imkan verdiyi barədə sübutlar təqdim etməmişdir. Cavabdeh isə apellyasiya şikayətində işləmədiyini və maddi imkanının pis olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli, hər uşaq üçün cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği 80 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Müşfiq qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5900/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Müşfiq qızından məhkəməyə müraciət edildiyi xx xxxxxx 2019-cu il tarixdən hesablanaraq, xx xxxxx 2015-ci il təvəllüdlü X1, xx xxxxx 2016-cı il təvəllüdlü X2 (Əliyevnanın) və xx xxx 2017-ci il təvəllüdlü X3 (Əliyevnanın) yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə hər ay 80 manat (səksən) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-14920/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14920/2019
24.12.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver